Xayada ağrı
Xayada ağrı qasıq və qarında gedən patoloji proseslərin əlaməti kimi meydana çıxa bilər. Bu tip xəstəliklərə xayada qrıja və damar genişlənməsi, böyrək daşı aiddir. Ağrı bir və ya hər iki tərəfli olur. Bu nahiyə çox həssas olduğundan hətta yüngül ağrılar diskomfort hissi törədir.
Xayada ağrı – səbəbləri
Xayalarda olan xəstəliklər adətən ağrı ilə müşahidə olunur:
- orxit (xayaların iltihabı) – ani başlayır. Xəstələrdə bədən temperaturu kəskin yüksəlir, qasıq və bel hissədə ağrılar əmələ gəlir. İltihablaşmış xayanın ölçüləri böyüyür, xayalığa qansızma baş verir. Onun dərisi hamarlaşır və parıldayır. Bədən vəziyyətini dəyişdikdə, yeridikdə, yük qaldırdıqda ağrı hissi şiddətlənir. Bəzən yanaşı olaraq, baş ağrılarına da rast gəlinir.
- epididimit (xaya artımının iltihabı)
- qanqrena (Furnye qanqrenası – aralığın dəri səthinin nekrozlaşması)
- hidroselin ağırlaşması
- xayaların burulması
- kriptorxizm (xayanın xayalığa enməməsi)
- xayada travma
- varikosel (toxum ciyəsi venalarının varikozu)
- daha öncə keçirilmiş vazoektomiya (damar çıxarılması) əməliyyatı
- diabetik neyropatiya (şəkərli diabet nəticəsində sinirlərin zədələnməsi)
- xayanın xərçəngi
- bəzi cinsi infeksiyalar, məsələn, ureaplazmoz. Bu xəstəlik Ureaplasma urealyticum mikroorqanizmləri tərəfindən törədilir. İnfeksiya bəzən ömrün sonuna qədər simptomsuz keçə bilər. Son araşdırmalara əsasən praktik sağlam kişi və qadınların 70% ureplazmoz daşıyıcısıdır. Əlamətlər mikroorqanizmlərin konsentrasiyasının müəyyən səviyyəni aşdığı təqdirdə təzahür edir.
Xayanın ağrıması – digər orqanlardan qaynaqlanan səbəblər
- Şyonleyn-qenox hemorragik vaskuliti (damarların iltihabı və qansızması ilə xarakterizə olunan ağır sistem xəstəliyidir)
- idiopatik ağrı (səbəbi bilinməyən ağrı)
- qasıq yırtığı
- böyrək daşı xəstəliyi
- epidemik parotit (svinka)
- prostatit (prostat vəzin iltihabı)
- sidik yollarının infeksiyası
- kimyəvi terapiya və ya antibiotiklərin mənfi təsiri
Hansı hallarda xayada ağrı olduqda həkimə müraciət olunmalıdır?
Aşağıdakı hallarda təcili şəkildə androloqun qəbuluna getmək lazımdır:
- xayanın və ya xayalığın travması, eləcə də onun burulmasına şübhə yarandıqda;
- qasıq və xayalıqda anidən güclü sancı baş verdikdə;
- xayada ağrılar qızdırma, ürəkbulanma, sidikdə qan ilə müşayiət olunduqda.
Bu vəziyyətlərdə isə planlı şəkildə androloq və ya uroloq-androloqa müraciət edilməlidir:
- qasıq nahiyəsində ağrılar ev şəraitində müalicə fonunda bir neçə gün ərzində azalmadıqda;
- xayalarda yüngül dərəcəli sancı bir neçə gün davam etdikdə;
- xayada və ya onun ətrafında ödem və bərkimə əmələ gəldikdə;
- ağrılar qarnın aşağı hissəsinə, qasıq və xayalığa yayıldıqda.
Xülasə
Xayada ağrı yarandıqda mütləq müayinədən keçib, diaqnozu dəqiqləşdirmək tələb olunur. Daha sonra ağrını törədən əsas xəstəlik medikamentoz (dərman) və ya cərrahi yolla aradan qaldırılır.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Şərhlər
Oxşar mövzuları oxuyun: