Prostatit

31 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 921
Prostatit şəkil
3/5 - (1 vote)

Prostatit – prostat vəzin iltihabı olub, qıcıqlandırıcı və obstruktiv simptomların kombinasıyası, eləcə də aralıqda ağrı ilə müşahidə edilir. Obstruksiya – tutulma, daralma deməkdir. Prostat vəzin iltihabının bəzi formaları bakterial infeksiya, digərləri isə qeyri-infeksion iltihabi proseslərdən yaranır.

Prostat iltihabı

Prostatit bakterial və qeyri-bakterial səbəblərdən inkişaf edir. Bakterial forma xlamidiya, bağırsaq çöpü, klebsiella və digər törədicilər tərəfindən yaranır. Kəskin və xroniki gedişata malik olur. Qeyri-bakterial forma isə iltihabi və qeyri-iltihabi ola bilər.

Prostatitin təsnifatı

Prostatit 4 kateqoriyaya bölünür. Bu qrupları kliniki əlamətlərinə görə differensasiya edirlər.

Prostatitin ÜST tərəfindən təsdiqlənmiş təsnifatı    

Kateqoriya

Adı

Əlamətlər

Sidikdə göstəricilər

I

Kəskin bakterial prostatit Kəskin infeksiyanın əlamətləri leykositlər

bakteriyalar

II

Xroniki bakterial prostatit

Eyni mikroorqanizmlə sidik yollarının təkrari yoluxması

leykositlər

bakteriyalar

III

Xroniki prostatit/xroniki çanaq ağrıları sindromu

Ağrı simptomu,

sidik ifrazı pozulması əlamətləri,

seksual disfunksiya

 

leykositlər

bakteriyalar

IIIa

İltihabi

IIIb

Qeyri-iltihabi

 

IV

Simptomsuz iltihabi prostatit

Uroloq müayinəsi əsnasında və ya spermaqramma analizindən təsadüfi aşkarlanır

leykositlər

bakteriyalar

Prostatitin kliniki təzahürü

Prostatin əlamətləri onun tipindən asılıdır. Kişilərdə qıcıqlanma nəticəsində tezləşmiş sidik ifrazı, yalançı çağırışlar, nikturiya (gecə sidiyi), sidik kisəsinin tam boşalmaması hissi yaranır. Prostat ağrısı, aralıqda, cinsi orqanın qurtaracağında, belin aşağısında və xayada ağrı qeyd edilir. Bəzi xəstələr ağrılı eyakulyasiyadan (sperma ifrazı) şikayətlənirlər.

Kəskin bakterial prostatitin əlamətləri

Xəstələrdə adətən sistem şəklində dəyişikliklər – qızdırma, halsızlıq, əzginlik müşahidə edilir. Prostat vəzi ağrılı, diffuz ödemli, yumşaq və ya bərkimiş halda olur. Bundan əlavə taxikardiya (nəbz vurğularının sayının artması), taxipnoe (təngnəfəslik), hipotenziya (arterial təzyiqin enməsi) kimi kompleks əlamətlər meydana çıxır.

Xroniki prostatit əlamətləri kəskinləşmə dövründə yuxarıda qeyd edildiyi kimi, lakin bir qədər zəif formada biruzə olur. Xroniki prostat iltihabı zamanı çanaq ağrıları xəstəliyin ən başlıca simptomudur. Diskomfort hissi həyat keyfiyyətini bəlli dərəcədə aşağı salır. Prostat əllə müayinədə ağrılı və yumşaq olur, şişkinlik qeydə alınmır.

Simptomsuz iltihabi prostatit heç bir əlamətlə təzahür etmir. Rutin və ya profilaktik müayinə zamanı təsadüfən aşkarlanır.

Prostatit foto 1

Prostatitin diaqnostikası

Xəstəliyi aşkar etmək üçün aşağıdakı müayinələr aparılır:

  • Sidiyin ümumi analizi;
  • Spermaqramma;
  • Ultrasəs müayinəsi;
  • Androloqun və ya uroloqun əllə müayinəsi (palpasiya);
  • Prostat şirəsinin bakterioloji əkilməsi;
  • Sidiyin əkilməsi;
  • Ehtiyac yarandıqda KT.

Prostatit foto 3

Prostatitin müalicəsi

Müalicə xəstəliyin tipindən və mənşəyindən asılı olaraq dəyişir.

Kəskin bakterial prostatit

Yataq rejimi, antibiotiklər, analgetiklər, işlədicilərin qəbulu müalicənin əsasını təşkil edir. Terapiya flüorxinolonlarla (məsələn, gündə 2 dəfə 500 mq siprofloksasin və ya 300 mq ofloksasinin daxilə qəbulu) aparılır. Müsbət nəticə aldıqda 30 gün ərzində xəstəlik xroniki formaya keçmədən tam sağalır. Antibiotiklər fərdi şəkildə analizin nəticələrinə əsasən seçilir. Xəstələrə çoxlu miqdarda su içmək tövsiyə olunur.

Xroniki bakterial prostatit

6 həftə ərzində antibiotiklərlə müalicə aparılır. Antibiotiklər sidiyin əkilməsinə əsasən təyin edilir. Əlavə olaraq miorelaksantlar (çanaq əzələlərinin spazmını azaltmaq üçün), alfa-adrenoblokatorlar və oturma vannaları məsləhət görülür.

Xroniki çanaq ağrıları sindromu/xroniki prostat iltihabı

Xəstəliyin bu forması müalicəyə çətin tabe olur. Yuxarıdakı qrup preparatlarla yanaşı anksiolitiklər (məsələn, serotoninin geriyə sorulmasını ləngidən dərmanlar, benzodiazepinlər), oma sinirinin stimulyasiyası, fizioterapiya təyin edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir