Prostat əməliyyatının qiyməti

15 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5117
Prostat əməliyyatının qiyməti foto 1
5/5 - (2 votes)

Prostat vəzin transureteral rezeksiyası (TUR) – vəzdəki xoşxassəli şişlərin kəsilməsinə yönəldilmiş minimal invaziv əməliyyatdır. Bu əməliyyat prostat adenomasının müalicəsinin qızıl standartdır. Transuretral, yəni sidik kanalından müdaxilə edildiyindən heç bir tikiş və kəsik yeri olmur. Prostat əməliyyatının qiyməti xəstəliyin ağırlığından asılı olaraq müəyyən aralıqda dəyişir.

Prostat əməliyyatının keçirilməsi haqqında

Adenoma – vəzili və birləşdirici toxumanın böyüməsi nəticəsində əmələ gəlir. 50 yaşdan yuxarı kişilər arasında daha çox rast gəlinir. Onun simptomlardan biri qanlı sidiyin ifrazıdır. Bundan əlavə xəstələrdə kiçik porsiyalarla tez-tez sidiyəçıxma, uroloji orqanların infeksiyalaşması müşahidə olunur.

Prostat əməliyyatının qiyməti foto 2

Prostat əməliyyatı barədə bir qədər ətraflı

Yaxın zamanlara qədər adenoma əməliyyatı qarında kiçik kəsiklə və endotraxeal narkozla aparılırdı. Müdaxilədən sonra xəstə 1 həftədən çox stasionarda qalmalı olurdu. Həmçinin postoperasion ağrılar yaranırdı.

Müasir dövrdə endoskopik cərrahiyənin inkişafı sayəsində vəziyyət xeyli asanlaşmışdır. Transuretral rezeksiyanın köməyilə adenomanı kəsiksiz, tikişsiz, qansız, ağrısız yolla aradan qaldırmaq mümkündür.

TUR üsulunun üstünlükləri

  • Minimal əməliyyat travması. Bütün manipulyasiyalar transuretral yerinə yetirilir. Müdaxilə vizual kontrol altında aparılır və ətraf toxumalar zədələnmir.
  • Sürətli sağalma. Əksər hallarda stasionarda 2-3 sutkadan artıq qalmağa ehtiyac olmur.
  • Minimal ağırlaşma faizi. Müasir cihazların istifadəsi ağırlaşma (qanaxma, sfinkterin zədələnməsi və sidik qaçırma) riskini azaldır.
  • Ümumi narkozun verilməməsi. Əməliyyat epidural (spinal) anesteziya ilə aparılır.
  • Az sayda əks-göstərişlər. Bu cərrahi müdaxilə çox yaşlı, zəifləmiş, nevroloji və kardioloji əməliyyatlar keçirmiş xəstələrə də tətbiq oluna bilər.

Prostat əməliyyatının qiyməti foto

Prostat əməliyyatının qiyməti nə qədərdir?

Prostat əməliyyatının keçirilməsi üçün əsas göstərişlər aşağıdakılardır:

  • Sidiyin kəskin ləngiməsi, kateteriasiyadan sonra vəziyyətin düzəlməməsi;
  • Sidik kisəsində daşların formalaşması;
  • Hematouriyanın (sidikdə qan) residivləşməsi;
  • Prostatitin və ya sidik-ifrazat yollarının iltihabının residivləşməsi;
  • Sidik kisəsinin iri ölçülü divertikulu (divarının torbaşəkilli qabarması);
  • Qalıq sidiyin miqdarının çox olması;
  • Sidiyin ləngiməsi fonunda böyrək çatışmazlığı inkişafı;
  • Konservativ müalicə qeyri-effektiv olması.

Adenoma ağırlaşdıqda prostatektomiya (vəzin hissəvi və ya tam kəsilməsi) əməliyyatı göstərişdir. Belə hallara yol verməmək üçün ilkin əlamətlərlə üzləşdikdə uroloqa müraciət edib, TUR əməliyyatı ilə müalicə olunmaq lazımdır. Klassik formada prostat əməliyyatının qiyməti 400-500 azn-dir. TUR metodu ilə prostat əməliyyatının qiyməti isə 700-800 azn intervalında dəyişir.

Xülasə

TUR metodu ilə prostat əməliyyatının qiyməti ənənəvi adenoma əməliyyatından bir qədər bahalıdır. Bu da həmin üsulun yuxarıda qeyd etdiyimiz üstünlükləri ilə bağlıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir