Aygün Hüseynova

Urologiya-andrologiya.az saytında dərc olunan bütün məqalələr Azərbaycan Tibb Universitetinin məzunu Aygün Hüseynova tərəfindən hazırlanmışdır. O, rus, türk və ingilis dilində tibbi ədəbiyyatlara istinad edərək, kişilərdə rast gəlinən sidik-cinsiyyət sisteminin xəstəliklərini bu saytda ətraflı şəkildə izah etmişdir.

Son zamanlar kişi sonsuzluğu, varikosele, cinsi zəiflik hallarının qabarıq olduğunu nəzərə alaraq, A.Hüseynova saytın böyük bir hissəsini bu problemin həllinə həsr etmişdir. İnsanların əksəriyyətini müalicənin növü, əməliyyatların qiyməti maraqlandırdığından müəllif bu suallara da öz məqalələrində geniş formada cavab vermişdir.

Saytın digər bölməsində A.Hüseynova cinsi yolla keçən infeksiyalar, onların səbəb olduğu ağırlaşmalar, müalicə üsulları ilə xəstələri tanış etmişdir. Əlavə olaraq, böyrək daşı, sistit, prostat vəzinin patologiyaları mövzusunda faydalı məlumatlar hazırlamışdır.
Müəllif xəstəliklərin xarakterik əlamətlərini yazmaqla, əhalini maarifləndirərək, baş verə biləcək fəsadların qarşısını almağa çalışmışdır.
Saytda həmçinin qadınlarda cinsi həvəsin azalması və onunla mübarizə, eləcə də hamilələrdə tez-tez rast gəlinən böyrək problemi öz əksini tapmışdır.

Urologiya-andrologiya.az saytı barədə hər hansı təklif və ya suallarınızı əlaqə bölməsinə yaza bilərsiniz.