Urologiya-andrologiya.az – cinsi zəiflik, varikosele, prostat vəzi və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuşdur. Sayt kişilərdə sidik-cinsiyyət orqanlarının xəstəliklərinin yaranma səbəbləri, əlamətləri və müasir müalicə üsullarına həsr olunmuşdur. Burada tibb terminlərinə açıqlama verməklə, hər bir insanın oxuduğu materialı rahat şəkildə anlamasına imkan yaradılmışdır. Bundan əlavə axtarılan mövzunun asanlıqla tapılması üçün məqalələr tematik bölmələr şəklində yerləşdirilmişdir. Əlavə olaraq, ayrı-ayrı sözlər üzrə axtarış imkanı yaradılmışdır.
Saytda həmçinin müvəqqəti olaraq, həkimə getməyə imkanı tapmayan şəxslərə kömək məqsədilə təbii yolla, yəni bitkilərlə müalicə üsullarına da yer verilmişdir. Eləcə də son zamanlarda tez-tez rast gəlinən kişi sonsuzluğunun səbəbləri aydınlaşdırılmışdır.
Komandamız həkimlərdən təşkil olunduğundan dərc etdiyimiz materiallar əhalini maarifləndirmək xarakteri daşıyır. Qeyd etdiyimiz əlamətlərlə qarşılaşdıqda, özbaşına müalicə etmədən uroloq-androloqa müraciət etməyiniz lazımdır. Yalnız bu yolla sağlamlığınızı qoruyub saxlaya bilərsiniz.
Sonda onu da vurğulayaq ki, hazırladığımız bütün məqalələr Urologiya-andrologiya.az üçün tərtib olunmuşdur. Onlardan digər saytlarda istifadə edildikdə, aktiv linkin qoyulması mütləqdir.