Sistitin təbii yolla müalicəsi
Sistit xəstəliyi sidik kisəsinin iltihabı ilə xarakterizə olunur. Onun kəskin və xroniki formaları vardır. Müalicə adətən medikamentoz yolla aparılır. Dərman preparatlarından ehtiyat edən bir sıra insanlar sistitin təbii yolla müalicəsi ilə maraqlanırlar. Əslində bu üsullar da effektiv sayılır.
Sistitin müalicəsinə vaxtında başlamaq üçün xəstəliyin əlamətlərini bilmək lazımdır:
- Tezləşmiş sidik ifrazı;
- Şiddətli ağrılar;
- Bəzən sidikdə qan və ya qanlı ifrazat;
- Pis qoxulu sidik;
- Qızdırma;
- Halsızlıq;
- Sidikdə ərpşəkilli çöküntülər;
- Ürəkbulanma və qusma (bəzi hallarda).
Hansı hallarda sistitin təbii yolla müalicəsi aktualdır?
Yuxarıda sadalanan əlamətlər müşahidə olunduqda mütləq uroloqa müraciət etmək lazımdır. Həkimə getmək imkanı yoxdursa, kəskin əlamətləri azaldıb vaxt qazanmaq üçün təbii vasitələrə əl atmaq olar.
Sistitin təbii müalicəsi hansı yolla aparılır?
İlk öncə su qəbulunu artırmaq, çayın miqdarını isə azaltmaq lazımdır. Kofe və tünd içkilər rasiondan xaric edilməlidir. Tərkibində kalsium olan bütün qida məhsullarının qəbulu qadağandır.
Ağrını azaltmaq üçün aralığı, bel və qarın nahiyəsi isti saxlanılmalıdır. İsti su dolu şüşə və ya istiqac (qrelka) da məqsədəuyğundur.
Sidiyin turşuluğunu azaltmaq məqsədilə az miqdarda soda qatmaqla 1 stəkan su için.
Sistitin təbii yolla müalicəsi – xalq təbabəti reseptləri
- Gil ilə müalicə. Adi gildən orta böyüklükdə dairəvi kütlələr düzəldin. Onların qalınlığı barmaq qədər olmalıdır. Sonra gili bir neçə saatlıq qarın nahiyəsinə qoyun. 3-5 prosedurdan sonra kəskin əlamətlərin azaldığını görəcəksiniz.
- Göyçiçək (vasilki). Qurudulmuş çiçəkləri qaynar su ilə qarışdırıb, 30 dəqiqə saxlayın. Kiçik qurtumlarla səhər və axşam saatlarında qəbul edin.
- Adi quşarmudu (kora ryabinı). Xəstəliyin təbii yolla müalicəsi məqsədilə bitkini aptekdən əldə edib, 1 litr qaynar su ilə qarışdırın. Gün ərzində için. 2-ci gün xəstəliyin əlamətlərinin xeyli azaldığı və ya tamamən yoxa çıxdığı aşkarlanır.
- Quru otların qarışığı. Şüyüd, kərəviz, kəklikotu və dazını (zveroboy) bərabər miqdarda götürüb, isti suya tökün və gözləyin. Dəmləndikdən sonra gündə 3 dəfə için. Bu yolla əlamətlərin itməsini əldə edəcəksiniz.
Sistitin təbii yolla müalicəsi – növbəti 5 resept
- Soda ilə isitmək. Ağrılar kəsici xarakterli olduqda, iri ölçülü təmiz qab götürün. İçərisinə isti su və 1 qaşıq soda tökün. Ora oturub, yorğana bürünün. Su soyuyana qədər gözləyin.
- Ayıqulağı (toloknyanka). Otun yarpaqlarının üzərinə isti su tökün. Su hamamında 40 dəqiqə qızdırın. Sonra həcmini su ilə 1 litrə çatdırın və gün ərzində 1 xörək qaşığı qəbul edin.
- Buğda kəpəyi. Yarım stəkan kəpəyi soyuq su ilə qarışıdırıb, bu suyu yeməkdən öncə gün ərzində için. Hər dəfə yeni məhlul hazırlayın. Buğda kəpəyi xroniki sistitin müalicəsində çox effektivdir.
- Adi ardıc (mojjevelnik), razyana (semena fenxelya) və aptekdən alınmış şüyüd toxumlarını bərabər porsiyada otaq temperaturunda dəmləyin. Daha sonra su hamamında qızdırın. Alınmış çayı bir neçə dəfəyə bölüb için.
- Süd. Bu məhsul sistitin müalicəsi üçün efefktiv sayılır. 3 litr südü qızdırın. Qaba 1/2 litr süd töküb, ora oturun. Yorğana bürünməyi unutmayın. Soyuduqca üzərinə isti süd əlavə edə bilərsiniz. Ertəsi gün həmin südü qızdırıb yenidən otura bilərsiniz.
Sistitin profilaktik tədbirləri
Profilaktika məqsədilə bir neçə sadə qaydaya əməl etmək kifayətdir:
- Vaxtında, yəni ilk sidiyə getmə çağırışında tualetə gedin. Sidik kisəsini dolu halda saxlamayın;
- Gündə ən azı 1,5 litr təmiz su için;
- Sağlam qidalanın;
- Şəxsi gigiyena qaydalarına əməl edin. Düzgün formada, yəni öndən arxaya doğru yuyunun;
- Alt paltarlarının keyfiyyətinə fikir verin;
- Cinsi əlaqə zamanı təmizliyə riayət edin;
- Cinsi partnyorunuzu dəyişməyin.
Xülasə
Sistitin təbii yolla müalicəsi üçün nəzərdə tutulan reseptlər faydalı olsa da, onları tətbiq etməzdən öncə mütəxəssislə məsləhətləşmək lazımdır.