Sistit xəstəliyi

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1063
Sistit xəstəliyi foto
3.7/5 - (4 votes)

Sistit xəstəliyi – sidik kisəsinin selikli qişasının iltihabıdır. Patologiyadan ən çox qadınlar əziyyət çəkir. Bu qadın orqanizminin anatomik quruluşu ilə əlaqəlidir. Çünki qadınlarda sidik kanalı kişilərlə müqayisədə geniş və nisbətən qısadır. Belə hallarda infeksiyanın kisəyə keçmə ehtimalı yüksəlir. Lakin kişilərdə və uşaqlarda sistitə sıx rast gəlinir.

Sistit xəstəliyinin yaranma səbəbləri

Adətən sistitin səbəblərinə bağırsaq çöpü bakteriyalarının qalxan yolla kisəyə düşməsi aid edilir. Ancaq digər mikroozqanizmlər də xəstəlik törədə bilir. İnsanlar arasında sistitin sadəcə ilin soyuq fəsillərində inkişaf etməsi haqqında yanlış fikirlər formalaşmışdır. Əslində bu patologiyaya yay mövsümündə də təsadüf edilir.

Sistit keçirilmiş respirator (tənəffüs yolları) infeksiyalardan, təsadüfi cinsi partnyorlardan sonra, həmçinin vaginal dezodorant və ətirli sabuna allergiya şəklində təzahür edə bilər. Sidik kisəsinin iltihabı kəskin formadan xronikiyə keçmə və residivləşmə (geri qayıtma) qabiliyyətinə malikdir.

Yaşlı insanlar çox hərəkət etməkdə çətinlik çəkdiklərindən xəstəlik tam boşaldılmamış sidik kisəsi və gec-gec sidiyəçıxma səbəbindən inkişaf edir. Nadir hallarda xəstəlik şiş fonunda yaranır. Kişilərdə sistit əsasən kəskin və xroniki prostatit zamanı meydana çıxır.

Sistit xəstəliyi foto 1

Sistit xəstəliyi haqqında

Sistitin əlamətlərinə aşağıdakılar aiddir:

  • Tezləşmiş sidik ifrazı;
  • Sidiyə getmə zamanı diskomfort;
  • Bel və qarnın aşağı hissəsində ağrılar;
  • Sidiyin rənginin dəyişməsi;
  • Sidikdə yad hissəciklərin olması və onun bulanıqlaşması;
  • Bədən temperaturunun yüksəlməsi.

Uşaqlarda sistit xəstəliyi

Uşaqlarda xronikiyə nisbətən kəskin forma daha çox rast gəlinir. Çox ağır hallarda və müalicə olunmadıqda proses xronikiləşir.

Hamilələrdə sistit xəstəliyi

Hamiləlik dövründə sidik kisəsinin infeksiyalaşması dölün böyüməsi ilə əlaqədar uşaqlığın bu orqana təzyiqinin artması nəticəsində baş verir. Sistit və hamiləlik demək olar ki, bir-birindən ayrılmaz proseslərdir.

Sistit xəstəliyi necə aşkara çıxarılır?

Hər iki cinsin nümayəndələrində xəstəlik aşağıdakı metodlarla təyin olunur:

  • Sidiyin ümumi analizi;
  • Uroloji ultrasəs müayinəsi;
  • Sidiyin bakteroloji əkilməsi.

Sistit xəstəliyi foto 3

Sistit xəstəliyi hansı üsulla müalicə olunur?

Sistitin müalicəsi ambulator və stasionar şəraitdə həyata keçirilir. Ağırlaşmalar olduqda xəstə hospitalizasiya edilir. Əksər hallarda antibiotiklər və spazmolitiklər təyin olunur. Kisənin instilyasiyası (yuyulması) da effektiv sayılır. Hamilələrdə müalicə mütləq şəkildə həkimin nəzarəti altında aparılmalıdır.

Sistit xəstəliyinin profilaktikası

Residivlərin profilaktikası məqsədilə mütəxəssislər aşağıdakıları məsləhət görürlər:

Sistitin əlamətləri ilə qarşılaşdıqda, ağır fəsadlarla rastlaşmamaq üçün mütləq uroloqa müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (4 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir