Sistitin səbəbləri

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 704
Sistitin səbəbləri foto
Rate this post

Statistikaya görə kişilərin 19%, qadınların 40-50%, uşaqların isə 35%-i sistit xəstəliyindən əziyyət çəkir. Sistitin səbəbləri müxtəlifdir. Onlar arasında infeksiyalar, böyrək soyuqlaması, avitaminoz və hətta cinsi əlaqə qeydə alınır.

Sistitin inkişaf səbəbləri

80-90% hallarda xəstəliyin törədicisi bağırsaq çöpüdür. Bu şərti-patogen mikroorqanizm normalda bağırsaq mikroflorasında mövcuddur. Lakin o sidik yollarına düşdükdə iltihabi proses yaradır. Digər hallarda isə sistitin törədiciləri stafilokokk, streptokokk, kandida göbələyi və viruslar ola bilər.

Hər 2 cinsin nümayəndələrində sistitin səbəbləri

Qadınlarda sistitin inkişaf amillərinə aşağıdakılar aiddir:

  • Soyuqlama;
  • Avitaminoz;
  • Cinsi əlaqənin tezliyi;
  • Hamiləlik;
  • Təsadüfi cinsi partnyorlar;
  • Cinsi infeksiyaların qalxan yolla sidik kisəsinə keçməsi.

Sistitin səbəbləri foto 1

Kişilərdə sistitin səbəbləri:

Uşaqlarda sistitin səbəbləri

Xəstəlik uşaqlarda 4-12 yaşarası intervalda daha çox rast gəlinir. Onlarda sistit inkişafına bir çox faktorlar səbəb olur:

  • Xarici cinsiyyət orqanlarının inkişaf anomaliyaları və anatomik patologiyaları;
  • Daxili sidik-cinsiyyət orqanlarının quruluş patologiyaları;
  • Cinsi orqanların gigiyenasının lazımi səviyyədə olmaması. Yenidoğulmuşlarda isə bezlərin vaxtında dəyişdirilməməsi;
  • İmmuniteti zəiflədən avitaminozlar;
  • Soyuqdəymə;
  • Sulfanilamidlərlə dərman terapiyası;
  • Genetik meyllik.

Uşaqlar narahatlıqlarını tam anlada bilmədiklərinə və sidik ifrazını kontrol etmədiklərinə görə xəstəliyin ilkin diaqnostikası çətinlik törədir.

Sistitin səbəbləri foto 2

Bəs sistit olmamaq üçün nə etməli?

Bakterial sistitin yaranma riskini minimuma endirmək üçün 3 tövsiyəyə əməl olunmalıdır:

  • Soyuq yerdə oturmayın və havaya uyğun geyinin;
  • Şəxsi gigiyena qaydalarına riayət edin;
  • Sidik kisəsini dolu saxlamayın.

Sistitin diaqnostik göstəricilərinə: çöküntülü sidik, onun rənginin tündləşməsi aiddir. Ultrasəs müayinəsində sidik kisəsi divarının qalınlığının artması, mənfəzində hərəkətli çöküntü izlənilir. Sidiyin ümumi analizində leykositlərin artması, bakteriyanın pozitiv nəticəsi, sidiyin əkilməsində isə streptokokk və stafilokokk, göbələklər qeyd edilir. Törədici virus təbiətlidirsə, sidikdə leykositlərin miqdarı dəyişmir.

Xülasə

Səbəbindən asılı olmayaraq, sistitə şübhə yarandıqda mütləq uroloqun konsultasiyasından keçib, müalicə almaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir