Gec qurtarmaq üçün təbii vasitələr
Erkən boşalma günümüzdə milyonlarla kişini narahat edən və bir çoxunun dilə gətirmədiyi problemdir. Sırf bu diaqnozla androloq həkimlərə müraciət edən xəstələrin sayı çox azdır. Bir çoxları alternativ metodlara can atır. Bu üsullar arasında gec qurtarmaq üçün təbii vasitələr ön sıralarda dayanır.
Gec qurtarmaq üçün müalicə üsulu – fitoterapiya
Müalicəvi vasitələr: otlar və bitkilər qədim zamanlardan istifadə olunur. Bir çox bitki gec qurtarmaq üçün dərmanlarla birgə tətbiq edilir.
Gec boşalmaq üçün təbii vasitələr – nanə
Nanə – ödqovucu, spazmolitik, iltihabəleyhinə, antiseptik təsirlərə malikdir. Bu bitki bağırsaqda mayalanma və çürümə proseslərini ləngidir. Həmçinin nanənin immuniteti möhkəmləndirici, yarasağaldıcı, sidikqovucu xüsusiyyətləri vardır.
Erkən boşalmanın müalicəsində onun normadan artıq sinir oyanması və baş beyin damarlarında spazmı azaltma xassəsindən yararlanırlar. O həmçinin qan dövranını normaya salır. Nanə şirəsini penisin başına sürtmək lazımdır.
Sakitləşdirici təsiri sayəsində penisin sinir hüceyrələri cinsi akt zamanı stimulyasiyaya gec reaksiya verir. Nəticədə kişi eyakulyasiyanı (sperma ifrazını) kontrol etməyi bacarır və bu prosesi bir qədər uzadır.
Gec qurtarmaq üçün təbii vasitələr – göyçiçək
Xalq təbabətində orqazmı gecikdirən vasitədir. Göyçiçək tinkturasının tərkibindəki sentaurin maddəsi boşalmanı gecikdirir. Tinktura – spirt və ya efirdə hazırlanan dərman maddəsi deməkdir.
Gec qurtarmaq üçün təbii vasitələr – moruq
Keçmiş zamanlarda kişilər cinsi aktı uzatmaq məqsədilə xörəyə moruq yarpaqları qatırdılar. Onun tərkibindəki feliamin sayəsində cinsi orqanın sinir uclarının fəaliyyəti bir qədər ləngiyir. Oyanma gec baş verdiyindən cinsi akt uzanır.
Gec qurtarmaq üçün təbii vasitələr – palıd qabığı
Bir çox xəstəliyin müalicəsində istifadə olunan palıd qabığı seksual disfunksiyada effektiv vasitə hesab edilir. Onun dəmləməsini 1 həftə ərzində içmək lazımdır. Palıd qabığı tiaminlə zəngindir. Tiamin cinsi orqanların sinir uclarının fəaliyyətini tormozlayır.
Gec qurtarmaq üçün təbii vasitələr – buğda yağı
Buğda yağının tərkib hissəsi olan entemorfin hipofizə birbaşa təsir göstərir. Hipofiz seksual oyanma və cinsi prosesləri idarə etdiyindən yağın qəbulu cinsi aktı uzadır. Bundan ötrü buğda yağını intim əlaqədən öncə 40 damcı içmək lazımdır.
Gec qurtarmaq üçün təbii vasitələr – ot qarışıqları
Resept №1
Səhləbin kök yumrularından hazırlanmış toz – 1 xör.qaş.
Mumiya – 0.2 qr.
Bal – 1 xör.qaş.
Nar şirəsi – 1 xör. qaş.
Gavalı şirəsi – 1 xör.qaş.
Quru üzüm şərabı – 100 ml.
Qaynar su – 1 stəkan.
Hazırlanma qaydası: 1 stəkan suya səhləbin tozunu töküb, uzun müddət qatı sıyıq alınana qədər qarışdırın. Sonra qaynar şəraba mumiya, bal, nar və gavalı şirələrini əlavə edin. Əldə olunan qarışığı səhləb sıyığının üzərinə töküb, həmcins kütlə əldə olunana qədər qarışdırın. Gündə ½ stəkan həcmində 2 dəfə için.
Resept №2
Qəhvəyi itburnu (meyvələri) – 3 hissə
Dərman cəbrayılotu (kökü) – 2 hissə (dyagil)
Adi turpəng (ot hissəsi) – (surepka) -1 hissə
Qoşayarpaq platantera (lyubka dvulistnaya) – kök yumruları – 2 hissə
Resept №3
Beşpaycıqlı damotu (pustırnik pyatoplastnıy) – 2 hissə
Adi boymadərən – 2 hissə
Acı nanə (yarpaqları) – 1 hissə
Adi qaraqınıq – 1 hissə
Resept №4
İtburni (qəhvəyi meyvələri) – 2 pay
Üçyarpaq suyoncası yarpaqları -1 pay
Gülümbahar (çiçəkləri) – 1 pay
Beşpaycıqlı damotu – 2 pay
№2, 3, 4 hazırlanma qaydası: 2 xör qaş. öncədən xırdalanmış otu 1 litr qaynamış su ilə qarışdırın, qaynama dərəcəsinə çatdırın. 10 dəqiqə vam odda bağlı qabda qaynadın. Otla birlikdə termosa tökün, bütün gecə qalsın. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml için. Dadlandırmaq məqsədilə bal, mürəbbə, şəkər əlavə etmək olar. Müalicə kursu 3-4 aydır. 10-14 günlük fasilədən sonra kurs təkrarlanır. Yaxşılaşmaya baxmayaraq müalicə 12 ay aparılmalıdır.
Xülasə
Hər hansı təbii vasitəni istifadə etməzdən öncə o bitkinin əks-göstərişləri və törədə biləcəyi allergik reaksiyalar haqqında həkimdən soruşun.