Androloq həkimlər

01 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1183
Androloq həkimlər foto
2.5/5 - (2 votes)

Son illərə qədər “kişi həkimi” istisnasız uroloq idi. Müasir zamanda isə urologiya, endokrinologiya, psixiatriya, nevrologiya, psixologiyadan kompleks biliklərinə əsaslanaraq cinsi pozğunluqlar və problemlərın müalicəsi ilə əsasən androloq həkimlər məşğul olur.

Ümumiyyətlə, andrologiya – kişi cinsiyyət sistemi xəstəliklərinin, həmçinin normal anatomiya və fiziologiyanın dərindən öyrənilməsinə yönəldilmiş tibb sahəsidir. Kişilərdə cinsi zəifliyin müalicəsi, libidonun (cinsi istək) zəifləməsi, seksual pozğunluqlar, cinsi orqanların kosmetik-estetik defektləri və digər intim problemlərlə androloq həkimlər məşğul olur.

Yuxarıda sadalananlardan əlavə androloq həkimlər kişilərdə piylənmə, cinsiyyət vəzilərinin natamam inkişafı, kişi frigidliyi, fizioloji, seksual və psixoloji qocalmanın nəticələrini müalicə edirlər.

Vaxtında androloqa müraciət etdikdə 50-55 yaşda başlayan fizioloji klimaksın kəskin əlamətlərini də azaltmaq mümkündür. Fizioloji klimaks yaşla əlaqədar kişilərdə daxili sekresiya vəzilərinin sönməsi, hormonal statusun dəyişməsi, dölləndirmə funksiyasının zəifləməsi deməkdir.

Androloq həkimlər və patoloji klimaks

Androloq həkimlər həm də ürək-damar sisteminin xəstəlikləri, ateroskleroz, hipertoniya, şəkərli diabet fonunda orta yaşda yaranan klimaks əlamətlərini, yəni patoloji klimaksı müalicə edirlər. Patoloji klimaks zamanı cinsi zəifliyin müalicəsi əsas xəstəliyin aradan qaldırılması ilə yanaşı, əvəzedici androgenoterapiyaya əsaslanır. Bu məqsədlə pasiyentlərə uzunmüddətli təsirə malik tablet, inyeksiya formasında dərmanlar təyin edilir.

Androloq həkimlər foto 1

Androloq həkimlər – qəbul və konsultasiya necə keçir?

Son zamanda kişilərin əksəriyyətinə məlumdur ki, detallı müayinə və həkim konsultasiyası olmadan cinsi problemləri özbaşına həll etmək mümkün deyil. Sidik-cinsiyyət sisteminin müalicəsində androloqun konsultyasiyası vacib mərhələdir. Belə ki, konsultasiya orqanizmin fərdi anatomik xüsusiyyətləri və xəstənin şikayətlərə əsaslanaraq, kompleks diaqnostika imkanı yaradır.

Mütəxəssislərin fikrincə orta yaşlardan etibarən profilaktika məqsədilə ildə ən azı 2 dəfə uroloq-androloqun müayinəsindən keçilməlidir.

Androloq həkimlər aşağıdakı patologiyalarla məşğul olurlar:

  • Sidik ifrazının tezləşməsi, onun ağrı və göynəmə ilə müşayiət olunması;
  • Seksual disfunksiyalar;
  • Patoloji klimaks;
  • Erkən boşalmanın müalicəsi;
  • Sidik-cinsiyyət sisteminin qeyri-spesifik iltihabi xəstəlikləri, cinsi infeksiyalar və onların ağırlaşmaları;
  • Prostat vəzinin xəstəlikləri, onkoandrologiya (cinsi orqanların xərçəngi);
  • Cinsi zəiflik;
  • Oğlanlarda xarici cinsi orqanlarının anadangəlmə və qazanılmış qüsurları.

Bundan əlavə cərrah-androloq həkimlər aşağıdakı əməliyyatları yernə yetirirlər:

Androloq həkimlər foto 2

Hansı əlamətlərlə qarşılaşdıqda androloq həkimlərin qəbuluna yazılmaq vacibdir?

  • Qarnın aşağı hissəsində və aralıqda ağrılar;
  • Sidik ifrazı zamanı göynəmə, ağrı, diskomfort hissi;
  • Sidik saxlamazlıq və tezləşmiş sidik ifrazı;
  • Cinsi əlaqə zamanı ağrı;
  • Qasıqda ziyil, xora, papilloma;
  • Cinsi zəiflik.

Androloqun ilkin qəbulu digər həkimlərdə olduğu kimi anamnez (xəstəlik haqqında məlumat) toplama və müayinədən ibarətdir. Androloq həkimlər xarici cinsiyyət orqanlarına, xayalığın vəziyyətinə, penisə, qasıq limfa düyünlərinə baxış keçir.

İlkin gəlişdə müəyyən analiz və instrumental müayinələr tələb olunur:

  • Qan və sidiyin ümumi analizi, spermaqramma, prostat şirəsinin analizi;
  • Sidik kanalından yaxma;
  • Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi;
  • Sidik-cinsiyyət orqanlarının doppler müayinəsi;
  • Prostate spesific antigenin təyini;
  • Cinsi zəiflik testi;
  • Cinsi hormonların və infeksiyaların yoxlanılması.

Bu müayinələrin nəticələrinə əsasən androloq həkimlər xəstəyə müvafiq müalicə təyin edirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.5/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir