Varikosel əməliyyatı

25 Oktyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1375
Varikosel əməliyyatı foto
4/5 - (5 votes)

Müasir cərrahiyyədə 5 növ varikosel əməliyyatı tətbiq olunur:

  • İvaniseviç üsulu ilə açıq əməliyyat;
  • Marmar üsulu ilə əməliyyat.
  • Xayaların mikrorevaskularizasiyası;
  • Endoskopik manipulyasiya;
  • Varikoz venaların sklerozlaşdırılması.

İvaniseviç üsulu ilə açıq əməliyyat        

Dəyişilmiş xayada aparılan ilk cərrahi əməliyyatdır. Metod toxum ciyəsindəki varikoz venaların bağlanmasına əsaslanır. Əməliyyat ümumi narkozla aparılır. Cərrah qasıq nahiyəsində qasıq kanalına paralel 5 sm-lik kəsik atır. Sonra dərialtı piy, fassiya, aponevroz olmaqla damarın yerləşdiyi dərinliyə laylarla kəsərək çatır.

Toxum ciyəsi məhz qasıq kanalından keçir. Varikoz venalar da bu kanalda yerləşir. Cərrah onları küt şəkildə toxum ciyəsindən ayırır və bağlayır. Sonra yara qatlarla tikilir. Cərrahi müdaxilə 2-3 saat davam edir. Sağalma dövrü uzundur. Əməliyyat sonrası periodda sarğıları tez-tez dəyişdirmək lazım gəlir.

Varikosel əməliyyatı foto 1

Marmar üsulu ilə varikosel əməliyyatı

Mahiyyət etibarıilə İvaniseviç metoduna bənzəyir. Üstün cəhəti varikosel əməliyyatından sonra reabilitasiya dövrünün nisbətən qısa olmasındadır. Cərrah qasıq nahiyəsini 1-2 sm kəsdikdən sonra qatları aralayır. Arteriyalar, limfa axacaqları, sinir uclarının zədələnməməsi üçün kəsiyə başlığı olan xüsusi mikroskop daxil edilir. Genişlənmiş venalar bağlanılır və kəsilir.

Həkim yaranı öz-özünə sorulan saplarla tikir. 4 saat sonra xəstə evə yazılır. Reabilitasiya müddəti 2 gündür. 10 gün ərrzində xəstələrə cinsi əlaqə qadağan olunur.

Ümumiyyətlə, əməliyyat forma və konsistensiyasını dəyişməyən xayalarda aparılır. Xayaların xəmirvari konsistensiya malik olması prosesin geri dönməz olmasından və uzunmüddətli işemiyadan xəbər verir. Belə hallarda manipulyasiyaya məqsədəuyğun deyil.

Varikosel əməliyyatı foto 3

Mikrocərrahi revaskularizasiya metodu ilə varikosel əməliyyatı

Genişlənmiş venanın sağlam damarla əvəzlənməsindən ibarətdir. Əməliyyat ümumi narkoz altında yerinə yetirilir. Bu üsul xəstələrin reproduktiv qabiliyyətini xilas etməyə imkan verir.

Laparoskopik varikosel əməliyyatı

Əməliyyat endoskopiyaya əsaslanır. Onun texnikası İvaneseviç metodu ilə analojidir. Sadəcə kəsik əvəzinə, 3 dəlik açılır. Əməliyyat demək olar ki, qansızdır. Reabilitasiya dövrü çox qısadır. Adətən ikitərəfli varikoseldə bu metoda üstünlük verilir. Varikosel əlamətləri kəskin təzahür etdikdə də laparoskopik üsul aparılır.

Varikoz venaların sklerozlaşdırılması

Cərrahi müdaxilə ultrasəs müayinəsi altında həyata keçirilir. Qasıq nahiyəsinə kiçik kəsik atılıır, varikoz damarlar ayrılır. Xüsusi preparat (sklerozant) vasitəsilə süni embollar yaradılır. Sklerozlaşdırma venaların mənfəzinin bağlanmasına səbəb olur.

Varikosel əməliyyatı foto 4

Lazerlə varikosel əməliyyatı

Müasir dövrdə cərrahi manipulyasiyalarda lazerdən geniş istifadə olunur. Bu, əməliyyatın qansız olmasına, müdaxilədən sonra fəsadların minimuma endirilməsinə imkan verir. Lakin təssüflər olsun ki, lazerlə varikosel əməliyyatı aparmaq olmaz. Həm lazer, həm də infraqırmızı şüalar geridönüşü olmayan sonsuzluq yaradır. Çünki xayalar reproduktiv orqandır, onlara lazer şüasının təsiri sonsuzluqla nəticələnir.

Varikosel əməliyyatından sonra residiv halları (xəstəliyin yenidən inkişafı)

İvaniseviç metodu ilə varikozel əməliyyatı sonrasında ağırlaşmalar və residiv ehtimalı çox yüksəkdir. Son zamanlarda həkimlərin üstünlük verdiyi üsul Marmar metodudur. Bu da onun ağırlaşma faizinin digərlərinə nisbətən az olması ilə bağlıdır.

Xülasə

Tətbiq olunan varikosel əməliyyatlarının qiyməti xəstəliyin dərəcəsindən və müdaxilənin növündən asılıdır. Əslində bütün metodlar eyni prinsipə əsaslanır. Sadəcə olaraq texniki və universallıq baxımdan fərqlənirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (5 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir