Varikosel əməliyyatının qiyməti

15 Noyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 11111
Varikosel əməliyyatının qiyməti foto 2
3.7/5 - (28 votes)

Varikosel – toxum ciyəsindəki venaların varikoz genişlənməsidir. Xəstəlik həyati təhlükə yaratmasa da kişi sonsuzluğu ilə nəticələnə bilir. Varikoselin müalicəsi yalnız cərrahi yolladır. Varikosel əməliyyatının qiyməti onun ağırlıq dərəcəsinə görə dəyişir. Bu barədə irəlidə ətraflı məlumat verəcəyik.

Varikosel əməliyyatının aparılma qaydası və qiyməti

Xəstəlik spermatogenezin pozulmasına, xayaların kiçilməsinə gətirib çıxarır. Nəticədə onların funksiyası pozulur. Müasir cərrahi urologiya/andrologiyada az travmatik müdaxilələrə üstünlük verilir. Dəyişikliyə uğrayan venaların korreksiyası dəri qişalarını kəsmədən, ağrısız və qansız yolla həyata keçirilr. Varikosel əməliyyatından sonra spermatogenez normallaşır, spermatozoidlərin hərəkəti və sayı artır.

Varikosel əməliyyatının qiyməti foto 1

Laparoskopik üsulun üstünlükləri

Xəstəlik konservativ, yəni dərmanla müalicəyə tabe olmur. Cərrahi müdaxilə açıq (kiçik kəsik vasitəsilə) və laparoskopik (mini dəlik) üsulla yerinə yetirilir.

2-ci üsulla varikosel əməliyyatının üstün cəhətləri aşağıdakılardır:

  • Minimal cərrahi travma;
  • Zəif ağrı sindromu;
  • Qısa reabilitasiya periodu;
  • Sürətli sağalma;

Əksər hallarda stasionarda qalmağa ehtiyac yaranmır.

Varikoselin dərəcəsi ağır olduqda özbaşına xayalığı palpasiya (əllə müayinə) edərək, diaqnoz qoymaq mümkündür. Bunun üçün ayaq üstə rahat vəziyyətdə dayanmaq lazımdır. Əlin altında venoz bərkimə və ya ağrılı düyüncüklər hiss edildikdə vaxt itirmədən androloq həkimlərə və ya uroloq-androloqa müraciət olunmalıdır.

Varikosel əməliyyatına göstərişlər

  • Spermaqramma nəticəsinin qeyri-kafi olması;
  • Xayanın ölçüsünün dəyişməsi;
  • Xayanın atrofiyası (büzüşməsi);
  • Zədələnən tərəfdə xayalıqda şişkinlik və diskomfort hissi;
  • Sonsuzluq;
  • Xəstəliyin residivləşməsi (geri qayıtması)

Varikosel əməliyyatının qiyməti foto

Varikosel əməliyyatı necə aparılır?

Əməliyyatın növü həkim tərəfindən fərdi qaydada təyin edilir. Ən effektiv metod Marmara və xaya venasına liqaşur qoyulmasıdır.

  • Marmara əməliyyatı. Xayadakı qan axınının mikrokorreksiyasına əsaslanır. Cərrah dəridə açılan 2 sm kəsikdən toxum ciyəsini ayırır. Cərrahi mikroskop və ya binokulyar lupa ilə varikoz damarları bağlayır. Mikrocərrahiyyə alətlərinin və optikanın istifadəsi ətraf toxumaları, sinirləri zədələmədən əməliyyatın icrasına imkan yaradır. Bu üsul epidural (spinal) anesteziya ilə yerinə yetirilir.
  • Xaya venasının laparoskopik liqaşurlanması. Müdaxilə 3 dəlik açılmaqla həyata keçirilir. Cərrah optikalı endoskopik alətdən istifadə edir. Videokamera monitorda şəklin bir neçə dəfə böyüdülmüş halını ekranlaşdırır. Həkim xaya venasını ayırır və onları liqaşurlayır. Əməliyyat 1 saat davam edir. Sağalma dövrü 2-3 gün təşkil edir.

Varikosel əməliyyatının qiyməti nə qədərdir?

Ənənəvi yolla varikosel əməliyyatının qiyməti bir tərəf üçün 300-400 AZN-dir. Xəstəlik ikitərəfli olduqda varikosel əməliyyatının qiyməti 2 dəfə artır.

Laparoskopik üsulla varikosel əməliyyatının qiyməti təktərəfli 500-600 AZN, ikitərəfli isə 1000-1200 AZN-dir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (28 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir