Kişi sonsuzluğunun səbəbləri

22 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 632
Kişi sonsuzluğunun səbəbləri foto
Rate this post

Sonsuzluq reproduktiv yaşda (60 yaşa qədər) olan kişinin qadını mayalandırma qabiliyyətinin olmamasıdır. 1 il ərzində kontraseptiv (qoruyucu vasitə) istifadə etmədən normal cinsi həyat yaşayan qadın hamilə qalmırsa, bu artıq sonsuzluq şübhəsi yaradır.

Təcrübələr göstərir ki, kişi sonsuzluğunun səbəbləri bəzən uşaqlıqda keçirilmiş infeksion və ya digər xəstəliklərlə əlaqəli olur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən reproduktiv yaşda olan cütlüklərin 10%-i bu problemlə rastlaşır.

Kişi sonsuzluğunun səbəbləri haqqında daha ətraflı

  • eyakulyator pozğunluq, retroqrad eyakulyasiya. Eyakulyasiya sperma mayesinin ifrazıdır. Sidik-cinsiyyət orqanların sinir təchizatının pozulması fonunda yaranır.
  • erektil disfunksiya (cinsi zəiflik). Kişilərdə ereksiyanın (penisin sərtləşməsi) zəif olması və ya ümumiyyətlə itməsidir.
  • kişi cinsi orqanlarının inkişaf anomaliyaları. Bu forma anatomik sonsuzluq adlanır. Məsələn, hipospadiya zamanı toxum kanalı dəliyi penisin başına deyil, xayalara açılır. Belə halda sperma uşaqlıq yoluna düşə bilmir.
  • endokrin patologiyalar (hiper və ya hipoqonadotrop qonadizm, hiperprolaktinemiya və s.). Spermatogenezin (spermatozoidlərin yaranma prosesi) pozulmasına gətirib çıxarır. Bu patologiyaların diaqnostikasında prolaktin, testosteron, FSH, LH hormonlarının səviyyəsi yoxlanılır.

Kişi sonsuzluğunun səbəbləri foto 1

  • spermatogen epitelinin zədələnməsi. Kimyəvi terapiya, toksiki maddələrin təsiri, yüksək temperatur, infeksiyalar, xayalığın travmaları, hidrosel (xayalara maye dolması) zamanı müşahidə olunur. Sadalanan faktorların təsirindən xayalarda spermatozoidlərin əmələ gəlməsi pozulur və ya tamamən dayanır. Bu prosesi bəzən müalicə etmək mümkündür.
  • genetik xromosom anomaliyaları nəticəsində spermatogenezin olmaması
  • cinsi infeksiyalar
  • immunoloji faktor
  • varikosel (xayada damar genişlənməsi). Kişi sonsuzluğunun geniş yayılmış səbəbləri sırasına daxildir.

Kişi sonsuzluğunun səbəbləri hər nə olursa olsun, onlar öz əksini spermaqramma analizində tapır. Buna görə də uzun müddət uşağı olmayan cütlüklərin müayinəsini spermaqrammadan başlamaq lazımdır. Spermaqramma kişinin fertilliyini (dölləndirmə qabiliyyətini) yoxlamağa kömək edən analizdir.

Kişi sonsuzluğunun səbəbləri foto 2

Kişi sonsuzluğunun səbəbləri – idiopatik sonsuzluq

Mənşəyi məlum olmayan sonsuzluq idiopatik forma kimi qiymətləndirilir. Bu, hər iki tərəfin ətraflı müayinəsindən sonra heç bir səbəbin tapılmamasıdır. Yəni həm qadın, həm də kişi sağlamdır, ancaq hamiləlik baş vermir. Son zamanlar belə vəziyyətlərə tez-tez rast gəlinir.

Əksər hallarda idiopatik sonsuzluğun səbəbi immunoloji və bioloji uyğunsuzluqdur. Bunun ən yaxşı sübutu – uzun müddət bir yerdə yaşayan, amma uşaqları olmayan sağlam cütlüklərin boşandıqdan sonra hər birinin övladının dünyaya gəlməsidir.

Xülasə

Bu məqalədə kişi sonsuzluğunun səbəbləri haqqında Sizi məlumatlandırmağa çalışdıq. Sonsuzluq əslində hər iki cinsin problemidir və bu ikitərəfli həll olunmalıdır. Müayinəyə mütləq həm qadın, həm də kişi getməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir