Prostat vəzi

15 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 4178
Prostat vəzi foto
4.9/5 - (186 votes)

Prostat vəzi – vəzili  və saya əzələ toxumalarından təşkil olunmuşdur. Bu vəzi kişilərdə kiçik çanağın aşağı şöbəsində sidik kisəsinin altında yerləşir. Prostat sidik kanalının başlanğıc hissəsini örtür. Sidik kanalının bu şöbəsi prostat hissəsi (parsprostatica) adlanır.

Quruluşuna görə mürəkkəb alveolar-borulu vəzi qrupuna aiddir. Xarici görünüşcə şabalıdı xatırladır. Sidik-cinsiyyət diafraqmasına yönəlmiş zirvəsi dar, sidik kisəsinə yönəlmiş əsası isə genişdir. Ön səthi qasıq simfizinə, arxa səthi isə düz bağırsaq ampulasına yönəlir.

Prostatın quruluşu

Prostatda sağ və sol paylar ayırd edilir. Paylar bir-birindən vəzin boğaz hissəsi ilə ayrılır (isthmus prostatae). Yaşlı kişilərdə boğaz böyüdüyündən onu orta pay kimi dəyərləndirirlər (lobus medius). Sidik kanalı vəzin ön-aşağı şöbəsindən onun zirvəsinə elə keçir ki, prostatın çox hissəsi kanalın arxasında, bir hissəsi isə kanalın önündə qalır. Yuxarı-arxa istiqamətdən aşağı-ön istiqamətə doğru vəzin əsasından toxumçıxarıcı axacaqlar keçir.

Prostat vəzi foto 1

Prostat vəzi – ölçüləri

Orqanın uzunluğu orta hesabla 4 sm, eni 3 sm, ön-arxa ölçüləri isə 2 sm-ə yaxındır. Çəkisi təxminən 20 qramdır. Ölçülər və çəki yaş artdıqca dəyişir. Vəzi uşaqlarda kiçik, yaşlılarda isə toyuq yumurtası boyda ola bilər.

Prostat vəzi – daxili quruluşu

Orqan parenximadan və əzələ cisimciyindən təşkil olunmuşdur. Bu toxumalar orqan boyu qeyri-bərabər paylanmışdır. Belə ki, yoğun bağırsaq istiqamətində vəzili parenxima, sidik kanalı istiqamətində isə əzələ cisimciyi üstünlük təşkil edir.

Vəzili parenxima

Vəzili parenxima sidik kanalının prostat hissəsini əhatə edir. 30-50 ədəd budaqlı alveolyar-borulu prostat axacaqlarından ibarətdir. Uzun axacaqlar vəzin arxa və yan hissələrində sıx yerləşmişdir. Qısa axacaqlar isə seyrək şəkildə ön hissədə paylanır. Mərkəzi hissədə axacaq olmur. Burada sırf əzələ cisimciyinə rast gəlinir.

Prostat xaricdən kapsulla əhatə olunur. Bu kapsuldan vəzə birləşdirici toxuma lifləri və saya əzələləri keçir. Onlar da vəzin stromasını əmələ gətirirlər. Stroma axacaqlar arasında yerləşərək, vəzili parenximanı paycıqlara bölür. Kapsulun altında prostatın venoz kələfinə keçən venalar yerləşir. Bu venoz kələfə penisin arxa dərin venası açılır.

Prostat vəzi foto 2

Prostat vəzi – innervasiya və vaskulyarizasiyası

Orqan venoz kələfdən və çanaq kələfindən sinirlər daxil olur. Vəzi düz bağırsağın orta toxumluğun aşağı arteriyasından arterial qanla, daxili qalça venasından ayrılan şaxələr və prostatın venoz kələfindən gələn venoz qanla təchiz olunur. Limfa damarları limfanı daxili qalça limfa düyünlərinə aparır.

 Xülasə

Məqalədə prostat vəzi haqqında dolğun məlumat verdik. Faydalı olacağına ümid edirik.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.9/5 - (186 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir