Böyrək ağrısı üçün dərman

13 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 28723
Böyrək ağrısı üçün dərman foto 1
4.3/5 - (20 votes)

Böyrəkdə ağrı əsasən daş xəstəliyi və pielonefrit zamanı müşahidə olunur. Daş fonunda ağrı qəfil meydana çıxır. Böyrək daşı sancısında isti prosedurlarla (vanna, isidici torba) spazmolitiklər birlikdə qəbul edildikdə bir qədər yüngülləşmə ola bilər. Heç bir effekt görmədikdə böyrək ağrısı üçün dərman preparatları tətbiq edilir.

Böyrək ağrısı üçün dərman vasitələri

Sancı zamanı ən təsirli preparatlardan biri Baralgindir. Dərman 5 ml dozada venadaxili yeridildikdə yaxşı nəticə verir. Və ya onu tablet şəklində gündə 3-4 dəfə 1-2 tablet olmaqla digər preparatlarla kompleks şəkildə qəbul edə bilərsiniz. Məsələn, 1 tablet (0.05 qr) Avisan + 1 tablet Baralgin və ya 1 tablet Baralgin+ 1 tablet No-şpa.

Həmçinin gündə 1-4 dəfə Spadolzin şamı anal nahiyədən yeridilə bilər. Onun əvəzedicisi qismində Triqan, Spazqan, Maksiqan şamları qeyd olunur.

Böyrək ağrısı üçün dərman foto

Cədvəl №1. Böyrək ağrısı üçün yalnız reseptlə satılan dərman vasitələri

               Preparat               

İstifadəyə göstərişlər     

Atropin

Sidik yollarının spazmı

Metasin, Platifillin, Xlorozil, Promedol

Böyrək ağrısı

Propantelin bromid

Sidik axarının və sidik kisəsinin spazmı

Fentanil

 Daş zamanı kəskin ağrını götürmək üçün
Estosin

Spazm zamanı ağrıkəsici kimi

Cədvəl 2. Daş xəstəliyi səbəbindən yaranan böyrək ağrısı üçün resept əsasında satılan dərman vasitələri 

Preparat  

İstifadəyə göstərişlər   

Metamizol

Analgin, Ronalgin, Algokalmin, Alqopurin, Analgetin,

Novapirin, Pantalgan, Piralgin, Piretin, Piridon,

Baralgin, Maksiqan, Spazmalqon, Triqan, Махigan, Spasgan, Spasmalgon, Trigan

Spazmolitin

 

 

Böyrək ağrısı

Halidor, Аngiosiklan, Desoblit, Fludilat, Ludilаt və s.

Spazmı aradan qaldırmaq üçün

Diprofen

Sidik yollarının spazmı

Drotaverin, No-şpa, Deprolen, Nospan, Nospasin, Tetraspasmin, Pinabin, Etamid

Tutmaşəkilli sancı

Papaverin

Sidik yollarının spazmı

Cədvəl №3. Reseptsiz buraxılan və daş xəstəliyində istifadə edilən böyrək ağrısı üçün dərman assortimenti        

Preparat

İstifadəyə göstərişlər   

Avisan

Böyrək daşı sancısında və sidik axarlarının spazmında  spazmolitik vasitə kimi tətbiq olunur. Preparat ağrını azaldır. Daşın sidik yollarından hərəkətini və orqanizmdən xaric olmasını təmin edir.

Blemaren

Sidiyin turşuluğunun azalmasına, sidik turşusu konkrementlərinin həll olmasına kömək edir. Urat daşlarının əridilməsində istifadə edilir.

Kanefron

Sidikçıxarıcı yolların xroniki iltihabında: sistit xəstəliyi, pielonefrit, qlomerulonefrit, interstisial nefrit, nefrourolitiazda effektivdir.

Maqurlit

Sidik turşululuğunun davamlı olduğu hallarda mövcud daşların əriməsində və yenidən əmələ gəlməsinin qarşısının alınmasında iştirak edir.

Cədvəl №4. Reseptsiz buraxılan və daş xəstəliyində istifadə edilən böyrək ağrısı üçün dərman vasitələri      

Preparat

Təsirləri

Metionin

Асimetion, Аtinon,

Ваntionin, Меоnin, Меtion, Тiomedon

 

Azot balansının normallaşdırılması, sidiyin qələvi reaksiyasının turşuluğa doğru yönəldilməsi

 

Oksalit С

Kalsium oksalat duzlarının residivinin qarşısının alınması

Olimetin

Böyrək ağrısı yaradan kiçik daşların sidik yollarından çıxarılması

Marelin

Böyrək konkrementləri (kalsiumoksalat, kalsiumfosfat) əridilməsi, sancının zəiflədilməsi

Spazmosistenal

Daşla bağlı sancının aradan qalxması

Daşın səbəb olduğu böyrək ağrısı zamanı analgetiklər, spazmolitiklər effekt vermədikdə əzələdaxili Diklofenak , Voltaren və ya Dikloran yeridilir. Bunlar qeyri-steroid iltihabəleyhinə preparatlardır.

Pielonefritdə isə mikrosirkulyasiyanı yaxşılaşdıran Pentoksifillin, Trental, Aqapurin, Pentilin, Relofekt, kalsium antaqonistləri – Verapamil, dezaqreqantlar (Kurantil, Persantin) antibakterial preparatlarla kompleks şəkildə təyin edilir. Antibakterial xassəli böyrək dərmanları isə sidiyin əkilməsindən sonra fərdi həssaslıq əsasında seçilir.

Qeyd

Təqdim olunan preparatlar mütləq şəkildə həkim təyinatı ilə qəbul edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (20 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir