Böyrək daşının təbii yolla müalicəsi
Böyrək daşı tərkibcə urat, kalsium-oksalat, fosfat, struivit kimi tiplərə bölünür. Bunlardan bəziləri dərman müalicəsinə tabe olsa da, digərləri yalnız cərrahi üsulla aradan qaldırılır. Məsələn, kalsium oksalat daşları heç bir müalicə ilə ərimir. Urat daşları isə ən tez əriyən kristallardır.
Daşlar arasında daha təhlükəli forma struivit kristallarıdır. Onlar çox sürətlə böyüyərək, az müddət ərzində böyrəyin yarıdan çox hissəsini əhatə edə bilir. Struvit kristallarına mərcan daşı da deyirlər. Belə hallarda müalicəsi yalnız cərrahi yolla aparılır. Çox vaxt böyrəyi tamamən kəsib götürmək lazım gəlir.
Böyrək daşının təbii yolla müalicəsi adətən böyrək dərmanları ilə kompleks şəkildə icra olunur.
Daşın təbii yolla müalicəsi – çuğundur kvası
Çuğundur kvası orqanizmi şlaklardan təmizləyir. Böyrək – daşlardan, bağırsaq – toksinlərdən, qaraciyər isə zərərli maddələrdən azad olur. Onun hazırlanma qaydası 2 cürdür: mayalı və mayasız. Mayasız üsulda kvas 3-5, mayalı üsulda isə 1-2 sutkaya hazır olur.
1-ci üsul
Çuğundur – 500 qram;
Su – 3 litr;
Çovdar çörəyi, qara çörək – 50 qram;
Maya – 10 qram;
Şəkər tozu – 100 qram.
Çiy çuğunduru yuyub təmizləyin, kiçik dilimlər şəklində doğrayın. Sobada qurudub üzərini örtəcək qədər qaynar su əlavə edin. Hazır olana kimi qaynadın. Daha sonra həmin qaba qaynar su, qara çörək, şəkər tozu və mayanı töküb qarışdırın. 1-2 gün isti yerdə saxlayın. Vaxt bitdikdə süzüb soyudun.
2-ci üsul
Çuğundur – 1 ədəd iri;
Su – 2 litr;
Şəkər tozu – 4 xörək qaşığı;
1 ədəd qara çörəyin kənarları.
Təmizlənmiş və xırda doğranmış çuğunduru şüşə bankaya qoyun. Üzərinə qaynar su, şəkər tozu və çörək kənarlarını əlavə edin. Bankanı tənziflə bağlayıb 3 gün saxlayın. 4-cü gün süzüb soyudun. Məhlulu şüşəyə tökün və qapağını bağlayın.
Böyrək daşının ağ şam yağı ilə təbii yolla müalicəsi
Böyrək daşı xəstəliyində ən effektiv xalq təbabəti vasitəsidir. Bu metod daşların tədricən parçalanması və orqanizmdən xaric olmasına əsaslanır.
Müalicəyə sidikqovucu təsirli ot çayları içməklə başlayın. Onları (dazı, qarğıdalı sapları, itburnu) 1 həftə müddətində gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. 8-ci gün aptekdən 2.5%-li şam yağı (pixtovoe maslo) alın. Ot çaylarına 5 damcı yağ qatmaqla içməyə davam edin. Müalicə kursu 7 gündür.
3-4-cü günlər sidikdə bulanıqlıq böyrək daşının əriyərək, qum şəklində tökülməsindən xəbər verir. 1-2 həftəlik fasilədən sonra kursu təkrarlayın. İri ölçülü daşları olan xəstələr ehtiyatlı davranmalıdırlar. Belə ki, daşın ölçüsü 10 mm-dən böyük olduqda böyrək daşının kanala düşməsi, ani və kəskin böyrək ağrısı baş verə bilər.
Böyrək daşının bal vasitəsilə təbii yolla müalicəsi
Ən sadə və effektiv təbii üsullardan biri də bal ilə müalicədir. Hər səhər oyandıqdan sonra 15 dəqiqə ərzində 1 stəkan ballı su için. Onu hazırlamaq üçün 2 ç.q. balı isti suda həll edin və qarışdırın. Müalicə kursu xəstəliyin ağırlığından asılı olaraq 1-6 aydır. Tünd rəngli bal sortlarını seçməyiniz məsləhətdir.
Böyrək daşının təbii yolla müalicəsi – alma qabığı
Alma qabığını qurudub toz halına gətirin. Tozdan 2 çay qaşığı götürüb, üzərinə qaynar su tökün. 20 dəqiqə dəmlədikdən sonra çay əvəzinə qəbul edin. Alma qabığının çayını davamlı şəkildə hər gün içmək lazımdır.
Böyrək daşının yumurta ilə təbii yolla müalicəsi
Axşamdan təzə yumurtanı 1 stəkan suya salın. Səhərə qədər saxlayın. Su yumurtanın üzərini tam örtməlidir. Səhər saatlarında yumurtanı sındırıb boşqaba tökün və çalın. Daha sonra ora limon suyu qatın. Ac qarnına için. Müalicə kursu 7 gündür. Qastrit və mədə xorası olanlara bu üsul əks-göstərişdir.
Böyrək daşının təbii yolla müalicəsi – yulaf
1 vedrə yulaf alın. 4 ay ərzində qaynadıb, suyunu adi su əvəzinə için. 6 ay sonra Ultrasəs müayinəsində qum, kristal və daşın əridiyini görəcəksiniz.
Böyrək daşının təbii yolla müalicəsi – qarpız
Qarpızlar nitratsız, yəni gübrəsiz olmalıdır. Müalicədən əvvəl 2 həftə ərzində limon şirəsi ilə imalə edin. 2 litr qaynadılmış suya 1 xör.qaş. limon şirəsi əlavə edin. Suyun temperaturu 18°C-dən yuxarı olmamalıdır. Bu vasitə ilə bağırsaqları təmizləyin.
Daha sonra əsas müalicəyə keçin. Su yerinə qarpız şirəsi için. Yemək əvəzinə isə qarpızla qara çörək yeyin. 2 həftə bu pəhrizə əməl edin. Başqa heç bir qida növünə icazə verilmir. Bu metod xəstələr tərəfindən sınaqdan keçirilmiş və mükəmməl nəticələr əldə olunmuşdur.
Xülasə
Böyrək daşının təbii yolla müalicəsi təhlükəsiz olsa da, sadalanan üsulları tətbiq etməzdən əvvəl uroloqla məsləhətləşin.