Böyrək ağrısı

08 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 6366
Böyrək ağrısı foto
3.2/5 - (17 votes)

Böyrək ağrısı kasa-ləyən sistemindən sidik axınının çətinləşməsi və ya tamamən kəsilməsi zamanı müşahidə edilən simptomlar kompleksidir. Sidiyin ləyəndə toplanması ilə əlaqədar onun divarları genişlənir. Əzələ qatı qıcolmalar şəklində yığılmağa başlayır. Spazmlar törənir, toxumalar ödemləşir və böyrəyi qidalandıran damarlar daralır.

Orqanda oksigen çatışmazlığı vəziyyəti daha da pisləşdirir. Xəstə bu əsnada kəskin böyrək ağrısı hiss edir. Ümumiyyətlə, böyrək ağrıları intensivliyinə və şiddətinə görə doğuş ağrısına bərabərdir.

Böyrək ağrısı necə olur?        

Kəskin faza. Sancı anidən başlayır. İnsan bu ərəfədə yuxuda olduqda ağrıdan qəfil oyanır. Böyrək ağrıları fiziki aktivlikdən asılı olmur. Ancaq onun yaranmasına çoxlu miqdarda su qəbulu, sidikqovucular, stress və ya minik maşını ilə uzun məsafəni qətetmə təkan verə bilər.

Daimi faza. Adətən bu faza xəstə üçün çox ağır keçir. Onun müddəti 4 saata qədər uzana bilər. Bir qayda olaraq, davamlı fazada xəstələr həkimə müraciət edir və ya tibb müəssisələrinə çatdırılır.

Sakitləşmə fazası. Bu mərhələdə sancı azalaraq, tədricən itir. Xəstənin halı qənaətbəxş olur. Böyrək ağrısı başladıqdan sonra istənilən saatda bu fazaya keçə bilər.

Böyrək ağrısı foto

Böyrək ağrısı əlamətləri

Böyrək sancısını digər xəstəliklərin yaratdığı ağrıdan necə fərqləndirmək olar? Böyrək ağrıları üçün əsas göstərici onun xarakteridir. Böyrək ağrısı anidən meydana çıxır. İlk öncə insan yan tərəfdə sancı hiss edir. Daha sonra ağrı belə və aşağıda yerləşən qabırğalara yayılır.

Tədricən ağrı artaraq, yerini dəyişir. İlkin təzahür etdiyi nahiyədən aşağı enir, cinsi orqanlara, düz bağırsağa və ayaqlara yayılır. Böyrək ağrısı aşağı endikcə daha da şiddətlənir.

Xəstələr tutmaşəkilli kəskin sancılardan şikayətlənirlər. Onlar özlərinə rahat vəziyyət tapa bilmədiklərindən önə-arxaya gəzmək məcburiyyətində qalırlar. Bu hal hətta uroloqun qəbulunda da müşahidə olunur.

Sancını yaradan xəstəlikdən asılı olaraq simptomlar fərqlənə bilər:

  • tez-tez təkrarlanan yalançı sidiyəgetmə çağırışları;
  • sidik kanalı və sidik kisəsində kəsici-dəlici ağrılar;
  • ağızda quruluq;
  • qusma, ürəkbulanma. Qusmadan sonra rahatlaşma hiss olunmur;
  • ürəkdöyünmə, yüksək təzyiq;
  • bağırsaqda qaz yığılması səbəbindən qarında şişkinlik, defekasiya (nəcis ifrazı) çağırışları;
  • titrəmə.

Ağrı sindromu aradan qalxdıqdan sonra çoxlu miqdarda sidik ifraz edilir. Sidikdə qanın olması onun rəngini qırmızımtıla çevirir.

Böyrək ağrısı səbəbləri

  • böyrək daşının kanala düşməsi;
  • böyrək vərəmi;
  • nefroptoz (böyrək sallanması);
  • sidik axarının burulması;
  • böyrək şişi, prostat xərçəngi;
  • böyrəkdə hematoma (kapsullaşmış qansızma);
  • hidronefroz (kasa-ləyən sisteminin genişlənməsi);
  • böyrək venalarının trombozu (venada tromb əmələ gəlməsi).

Böyrək ağrısı üçün otlar

Resept № 1

  • Quş qırxbuğumu
  • Meşə çiyələyi
  • Mərcangilə

Hər otdan 1 xör.qaş. götürüb qarışdırın. Üzərinə 1 stəkan qaynar su tökün. 30 dəqiqə emallı qabda su hamamında, daha sonra isə otaq temperaturunda 1 saat saxlayın. İsti halda 1/2 stəkan olmaqla gündə 3 dəfə için. Rahatlıq məqsədilə termosda dəmləmək olar. Termosun daxildən şüşəli olması mütləq şərtdir. Metal termosdan istifadə etmək qadağandır, çünki zəhərlənə bilərsiniz. Meşə çiyələyi və mərcangilə həm də antiseptik, antibakterial, iltihabəleyhinə təsirlərə malikdir.

Böyrək ağrısı foto 2

Böyrək ağrısı üçün bitkilər – resept № 2

  • itburnu meyvələri (1 hissə)
  • adaçayı (1 hissə)
  • ayıqulağı (2 hissə)

Otlaqı qarışdırıb, 1 xör.qaş. miqdarında götürün. Onları 200 ml qaynar suya qatıb, 30 dəqiqə su hamamında, daha sonra isə 1 saat otaq temperaturunda saxlayın. İsti halda ¼ stəkan olmaqla daxilə qəbul edin.

Bu bitkilərin sidik və ödqovucu, antiseptik xüsusiyyətləri vardır.

Böyrək ağrısı üçün resept № 3

  • Böyrəkotu (10 hissə)
  • Ayıqulağı (10 hissə)
  • Tarla qatırquyruğu (10 hissə)
  • Gülümbahar (15 hissə)
  • Çobanyastığı (15 hissə)
  • Bağayarpağı yarpağı (15 hissə)

1 xörək qaşığı qarışığı 250 ml qaynar su ilə qarışdırın. 30 dəqiqə su hamamında, 1 saat otaq temperaturunda saxlayın. İsti halda ¼ stəkan olmaqla sutkada 8 dəfə için. Onun sidikqovucu, antiseptik, spazmolitik, ağrıkəsici, iltihabəleyhinə, yarasağaldıcı təsirləri mövcuddur.

Böyrək ağrısı foto 3

Böyrək ağrısı üçün resept № 5

  • Şüyüd toxumu (1 hissə)
  • Çobanyastığı çiçəkləri (1 hissə)
  • Gülümbahar çiçəkləri (1 hissə)
  • Dəvədabanı yarpaqları (2 hissə)

Qarışıqdan 1 xör.qaş. götürüb, üzərinə 200 ml qaynar su tökün. Dəmləyin. Gün ərzində ¼ stəkan həcmində 8 dəfə yeməkdən əvvəl qəbul edin.

Təsirləri: spazmolitik, antiseptik, vitamin deposu, ödqovucu.

 Resept № 6                                            

  • Çobanyastığı (1 hissə)
  • Dazıotu (1 hissə)
  • Bağayarpağı (2 hissə)
  • Nanə (1 hissə)
  • Adaçayı (1 hissə)

Qarışıqdan 1 xör.qaş. götürüb, 200 ml qaynamış su ilə qarışdırın. 15 dəqiqə su hamamında, 45 dəqiqə otaq temperaturunda saxlayın. ¼ stəkan olmaqla sutkada 5 dəfə için.

Effektləri: spazmolitik, ağrıkəsici, antiseptik, sidikqovucu, sakitləşdirici.

Xülasə

Bu reseptlər faydalı olsa da, onları tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.2/5 - (17 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir