Gec qurtarmaq üçün dərmanlar

03 Noyabr 2019 Kateqoriya: Erkən boşalma Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 79032
Gec qurtarmaq üçün dərmanlar foto 1
2.1/5 - (853 votes)

Erkən boşalma problemi cinsi disfunksiyalara aiddir. Müxtəlif farmakoloji laboratoriyarlar bu problemin həlli məqsədilə hər il bir sıra tədqiqatlar aparır. Mövcud nəticələrə əsasən gec qurtarmaq üçün dərmanlar tərtib edirlər. Bu vasitələr müxtəlif sınaqlardan keçdikdən sonra dərman bazarına buraxılır.

Gec qurtarmaq üçün dərman – Dapoksetin

Gec qurtarmaq üçün dərmanlar arasında yeganə lisenziyalı antidepressantdır. Serotoninin geriyə sorulmasının selektiv inhibitorudur. Kişinin cinsi aktivliyini bir neçə dəqiqə artırır. Satışına Almaniya, İtaliya, İspaniya, İsveçrə və bir sıra ölkələrdə icazə verilir.

Effektivliyinə şübhə yoxdur, çünki Dapoksetin klinik şəraitdə 6000 könüllü üzərində 5 fərqli sınaqdan keçmiş preparatdır. Qəbuldan 2 saat sonra orqanizmdə konsentrasiyası optimal səviyyəyə çatır. İntim əlaqədən 2-3 saat öncə qəbul edilir. Əlavə mənfi təsirlərinə ürəkbulanma, baş ağrıları, yuxusuzluq, qarında ağrılar aiddir.

Preparatın aşağıdakı əks-göstərişləri vardır:

  • Epilepsiya;
  • Ürək-damar xəstəlikləri;
  • Penisin deformasiyası;
  • Fərdi həssaslıq;
  • Peyroni xəstəliyi (penisin anadangəlmə əyri olması);
  • Böyrək və qaraciyər xəstəlikləri.

Dapoksetini atazanavir, ritonavir, ketokanazol və digər antidepressant dərmanlarla birgə qəbul etmək olmaz.

Gec qurtarmaq üçün dərmanlar foto 1

Gec qurtarmaq üçün dərmanlar – Lidokain

Bu preparatla bir çox insan tanışdır. Yerli anestetikdir. Anestetik – sinir hissiyatını itirən deməkdir. Lidokain cinsi orqanın başına sürtüldükdə stimulyasiyadan asılı olmayaraq, penis ereksiya (düzləşmiş) vəziyyətində qalacaqdır. Preparatın təsiri 40-50 dəqiqədir.

Lidokain erkən boşalmanın müalicəsində təmiz halda istifadə edilmir. Bu məhsul aerozol formasında STUD 5000 kommersiya adı ilə lazımi dozada buraxılır. Rahat və təhlükəsiz preparatdır. Əlavə mənfi təsirləri yoxdur. İstifadəsinə məhdudiyyət qoyulmur. Preparatın analoqlarına – Prikolain və Mepivakain aiddir. Mepivakainin effekti lidokainlə müqayisədə 2 dəfə çoxdur.

Gec qurtarmaq üçün qəbul edilən dərmanlar – Vistaqra

Tədqiqatçılar Viaqra, Levitra, Sialis, Dapoksetin kimi preparatları kombinə etməklə, Vistaqra, Kamaqra, Zhewitra preparatlarını icad etmişlər. Tableti qəbul edən şəxs bir neçə cinsi akta qadir olur. Preparatların müsbət cəhəti isə kişinin ereksiyanı kontrol edə bilməsidir. Onun əks-göstərişləri aşağıdakılardır:

  • Ürək–damar problemləri;
  • Mədə xorası;
  • Priapizm (seksual stimulyasiya olmadan penisin davamlı ereksiyasıdır. Ereksiya 4 saatdan çox davam etdikdə priapizm diaqozu qoyulur)
  • Cinsi orqanın əyriliyi (Peyroni xəstəliyi);
  • Ağır formada böyrək və qaraciyər xəstəlikləri.

Preparatın yan təsirlərinə ürəkbulanma, başgicəllənmə, burun tutulması, üz dərisinin qızarmasını misal göstərmək olar.

Gec qurtarmaq üçün dərmanlar foto 2

Gec qurtarmaq üçün bitki tərkibli dərmanlar

Bitki əsaslı preparatlardan ən çox tövsiyə olunanı Sealeks-dir. Bioloji aktiv əlavədir. Sealeksin tərkibindəki aktiv komponentlər:

  • Cinsi zəiflik üçün bitkilərin ən məşhuru – jenşen kökü;
  • Gümrahlıq və enerji verən yaşıl çay ekstraktı;
  • İmmuniteti yüksəldən sarımsaq ekstraktı.

Bundan əlavə Sealeksin tərkibində digər bitki əlavələri: cırtdan palma, şirinbiyan, uzunyarpaqlı evrikoma mövcuddur.

Gec qurtarmaq üçün dərmanlar – SS krem

Təsiri STUD 5000-ə bənzəyir. Tərkibində 9 bitki ekstraktı və vitaminlər vardır. Krem cinsi aktdan 1 saat öncə penisə sürtülür. Əlaqəyə girməzdən əvvəl kremi yumaq lazımdır. Onun mənfi təsirləri yoxdur. İstifadə edən kişilərin 80%-i nəticədən razı qaldıqlarını bildirmişlər.

Xülasə

Məqalədə gec qurtarmaq üçün dərmanlar arasında ən çox istifadə olunan, nisbətən təhlükəsiz və effektiv növləri təqdim etdik. Nəzərinizə çatdiraq ki, istənilən tərkibdə dərmanın hər nə qədər təhlükəsiz olduğu iddia edilsə də, komponentlərə qarşı fərdi həssaslıq halları istisna deyil. Bu səbəbdən aptekə yaxınlaşmazdan əvvəl uroloq-androloqla məsləhətləşmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.1/5 - (853 votes)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir