Cinsi zəiflik üçün bitkilər    

03 Noyabr 2019 Kateqoriya: Cinsi zəiflik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5441
Cinsi zəiflik üçün bitkilər foto
4.1/5 - (10 votes)

Tez və ya gec hər bir kişi həyatında bu sualla qarşılaşır: potensiyanı necə artırmaq olar? Ereksiya (penisin sərtləşməsi) problemləri istənilən dövrdə yarana bilər. Dərman preparatlarının effektivliyi ilə yanaşı, əks-göstərişləri də olduğundan bəzi kişilər cinsi zəifliyin təbii müalicəsinə əl atırlar. Xalq təbabətində illərin sınağından keçmiş və özünü təsdiqləmiş vasitələr – cinsi zəiflik üçün bitkilər faydalı təsirlərə malikdir.

Adi məryəmnoxudu (trava dubrovnik)

Mütəxəssislər potensiyanı artırmaq üçün adi məryəmnoxudu bitkisini tövsiyə edirlər. Onun iltihabəleyhinə və tonuslandırıcı xüsusiyyətləri vardır. Bitkinin köməyilə ereksiyanın cinsi akt əsnasında davamlılığına, libidonun (cinsi istək) yüksəlməsinə nail olmaq mümkündür.

Məryəmnoxudu seksual aktivliyi bərpa edir, kiçik çanaq orqanlarında qan dövranını tənzimləyir. Ondan prostatın iltihabında, ümumiyyətlə sidik-cinsiyyət sisteminin xəstəliklərində istifadə olunur. Həmçinin impotensiyanın profilaktikasında da yararlıdır.

Cinsi zəiflik üçün bitkilər foto 1

Cinsi zəiflik üçün bitkilər – jenşen

Qədim zamanlardan bəri bu bitki cinsi aktivliyi artırmaq məqsədilə tətbiq edilir. Jenşen kökü cinsi zəiflik üçün əksər dərmanların tərkibinə daxildir. Bununla yanaşı jenşen damaq qanaxmalarında, mədə yarasında və orqanizmdəki digər iltihabi proseslərdə köməyə gəlir. Apteklərdə jenşen kökündən müxtəlif siroplar və məlhəmlər satılır. Erkən boşalmanın təbii müalicəsi də jenşendən istifadə olunur.

Jenşen kökü cinsiyyət orqanlarında qan dövranı normallaşdırır. Onun sayəsində potensiya yüksəlir, ereksiyanın davamiyyəti artır. Bitki zəngin tərkibi hesabına aşağıdakı təsirlərə malikdir:

  • damarları genişləndirir;
  • arterial təzyiqi normallaşdırır;
  • qanda qlükozanın miqdarını azaldır;
  • penisə qan axınını artırır;
  • prostat vəzinin fəaliyyətini tənzimləyir;
  • fiziki aktivliyi yüksəldir;
  • spermanın keyfiyyətini yaxşılaşdırır;
  • yuxu rejimini normallaşdırır.

Cinsi zəiflik üçün bitkilər foto 2

Cır Çin limonotu

Cır Çin limonotunu cinsi zəifliyin müalicəsində istifadə edirlər. Onun tərkibindəki liqnan adlanan bioloji aktiv maddə kişi androgen hormonları – testosteronun sintezini sürətləndirir.

Cinsi zəiflik üçün bitkilər – gicitkən

Potensiyanı artıran otlar arasında gicitkan daha məşhurdur. Onu çay kimi dəmlədikdən sonra gün ərzində içmək tövsiyə olunur.

Cinsi zəiflik üçün bitkilər – kəklikotu

Kəklikotu sinklə zəngin bitkidir. Bu mikroelement testosteronun sintezində mühüm rol oynayır. Həmçinin sink eyakulyatın (sperma mayesinin) hərəkiliyini, spermatozoidlərin yaşama qabiliyyətini artırır. Kəklikotu çay şəklində dəmlənir və gün ərzində qəbul edilir. Bundan əlavə kəklikotu toxumlarını yeməklərə və un məhsullarına qatmaq olar.

Cinsi zəiflik üçün bitkilər foto 3

Cinsi zəiflik üçün bitkilər – damotu (pustırnik)

Bitki öz təsirinə görə pişikotuna (valeriana) oxşardır. Tərkibindəki komponentlər yüksək sinir gərginliyi və qıcıqlanmalarda sedativ, yəni sakitləşdirici təsir göstərir. Sinir sisteminin stabilliyi cinsi funksiyanın normallaşmasına şərait yaradır.

Xülasə

Erektil disfunksiya ilə qarşılaşmamaq üçün ildə 2 dəfə müayinədən keçmək lazımdır. Xroniki cinsi infeksiyalar vaxtında müalicə edilməlidir. Habelə intim gigiyena və kontrasepsiya qaydalarına riayət olunmalıdır.

Yuxarıda sadalanan bitkilər effektiv və təhlükəsiz sayılsalar da mütləq qəbuldan öncə androloq-uroloq ilə məsləhət edilməlidir. Çünki bitkilərin tərkibindəki komponentlərə fərdi allergiya halları istisna olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (10 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir