Cinsi zəifliyin səbəbləri

31 Oktyabr 2019 Kateqoriya: Cinsi zəiflik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1416
Cinsi zəifliyin səbəbləri foto
2.5/5 - (4 votes)

Cinsi zəiflik nədir dedikdə kişinin ereksiya (penisin sərtləşməsi) vəziyyətinə çatmasında və onu saxlamasında çətinlik çəkməsi, ya da ümumiyyətlə ereksiyanın olmaması nəzərdə tutulur. Bu vəziyyətin tibbi adı erektil disfunksiyadır. Alimlər tərəfindən 20-45 yaşarası kişilərdə cinsi zəifliyin səbəbləri yetərincə araşdırılmışdır.

Psixoloji impotensiya

Erektil disfunksiya əksər hallarda kişi orqanizmindəki fiziki patologiya deyil, onun psixoloji vəziyyətinin təzahürüdür. Kişinin narahatlığı, sıxıntı və depressiyası nə qədər çoxdursa, cinsi əlaqə zamanı uğursuzluq və bununla bağlı sarsıntının daha da dərinləşməsi qaçılmazdır. Bu hal psixoloji impotensiya adlanaraq, cəmiyyətdə çox geniş yayılmışdır.

Cinsi zəifliyin səbəbləri – psixoloji fon

Kişinin cinsi funksiyası əsasən onun psixo-emosional halından asılıdır. Stress, yorğunluq, gərgin iş rejimi müvəqqəti erektil difunksiya yaradır. Bəzən isə impotensiya sinir sistemindəki patologiyalar fonunda əmələ gəlir.

Cinsi zəifliyin səbəbləri foto 1

Cinsi zəifliyin səbəbləri – digər faktorlar

Bir sıra hallarda erektil disfunksiya damar xəstəlikləri, şəkərli diabet, bəzi dərman preparatlarının qəbulu ilə əlaqədar formalaşır.

Cinsi zəiflik nədən əmələ gəlir?

Uzun illər boyu erektil disfunksiyanın əsas səbəbi testosteron çatışmazlığı və psixogen faktorlar sayılırdı. Lakin araşdırmalar göstərir ki, ereksiya mexanizmində müxtəliv üzvi dəyişikliklər də cinsi zəiflik ilə nəticələnir.

Psixogen faktorlar

  • Depressiya
  • Narahatlıq

Cinsi zəifliyin səbəbləri – neyrogen faktorlar

  • Onurğa beyni və baş beyində neyromediator pozğunluq – impulsun mərkəzdən periferik sinirlərə ötürülməsində pozulma
  • Travmalar
  • Onurğanın mielodisplaziyası – onurğa sütununun əksərən bel hissəsinin və onurğa beynin anadangəlmə inkişaf anomaliyası
  • Fəqərəarası disklərin zədələnməsi
  • Dağınıq skleroz – mərkəzi və periferik sinir liflərinin zədələndiyi xroniki formalı autoimmun xəstəlik
  • Şəkərli diabetdə periferik neyropatiya – çanaq sinirlərinin fəaliyyətində zəifləmə
  • Alkoqol istifadəsi
  • Çanaq orqanlarında cərrahi manipulyasiyalar
  • Hormonal çatışmazlıqlar

Cinsi zəifliyin səbəbləri foto 2

Cinsi zəifliyin səbəbləri – arterial faktorlar

  • Hipertoniya – yüksək arterial təzyiq
  • Tütün və tütün məhsullarından istifadə zamanı damarların spazmı
  • Diabet
  • Hiperlipidemiya – qanda yağların və lipidlərin yüksək miqdarda olması

İmpotensiyanın səbəbləri – venoz faktor

  • Venookklüziv funksional zədələnmə – kiçik venoz damarların mənfəzinin tutulması və funksiyasının pozulması
  • Peyroni xəstəliyi – penisin anadangəlmə əyri olması.

Cinsi zəifliyin səbəbləri araşdırılmadan müalicənin aparılması

Bir çox kişilər həkimə gedib yoxlanmaqdan çəkinirlər və buna görə də əlacsız qalıb, cinsi zəifliyin müalicəsi ilə özbaşına məşğul olurlar. Müxtəlif vasitələrlə cinsi zəiflik üçün dərmanlar tapmağa çalışırlar. Bəziləri isə problemin həllini partnyorunu dəyişməkdə görürlər.

İmpotensiya problemi ilə rastlaşan kişilər özünə qapanmaq əvəzinə sıxıntılarını partnyorları ilə bölüşsələr bəlkə də dərman müalicəsinə ehtiyac qalmadan məsələ həll olunar. Əgər problem daha ciddidirsə, androloqa müraciət etməklə, impotensiyanın səbəbləri aydınlaşdırılmalıdır.

Həkim xəstənin şikayətlərinə qulaq asdıqdan sonra ehtiyac olduqda onu psixoloqa yönləndirməli, əks təqdirdə isə özü uyğun müalicə təyin etməlidir. Özbaşına müalicə hər zaman arzuolunmaz nəticə ilə bitir. Bu səbəbdən sağlamlığınızı yalnız mütəxəssislərə etibar edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.5/5 - (4 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir