Erkən boşalmanın səbəbləri

31 Oktyabr 2019 Kateqoriya: Erkən boşalma Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2452
Erkən boşalmanın səbəbləri foto
5/5 - (11 votes)

Kişilər həyatlarının müxtəlif dövrlərində erkən boşalma problemi ilə qarşılaşırlar. Buna elmi dildə vaxtından əvvəl eyakulyasiya (sperma ifrazı) deyilir. Erkən boşalmanın səbəbləri alimlər tərəfindən hərtərəfli araşdırılmışdır. Ancaq ilk öncə bu problemin nə olduğunu izah edək.

Vaxtından əvvəl boşalma nədir?

Normadan tez boşalma – kişinin sperma mayesi ifrazına nəzarəti itirməsidir. Bu proses cinsi əlaqədən 30-60 saniyə sonra, hətta öncə də baş verə bilər. Androloq həkimlərin fikrincə normal cinsi aktın standart davamiyyəti (müddəti) 7-8 dəqiqədir. Erkən boşalma probleminə 18-40 yaşarası kişilərin 1/3-də rast gəlinir.

Erkən boşalmanın səbəbləri nələrdir və diaqnoz nə zaman təsdiqlənir?

Üzərində 3000 androloqun və alimin çalışdığı tədqiqatın nəticələrinə əsasən vaxtından əvvəl boşalma diaqnozu aşağıdakı hallarda qoyulur:

  • Cinsi orqanı qadının uşaqlıq yoluna daxil etdikdən 1 dəqiqə ərzində eyakulyasiya baş verirsə;
  • Eyakulyasiyanı intim akt əsnasında idarə etmək mümkün deyilsə;
  • Normadan tez boşaldıqdan sonra kişinin əhval ruhiyyəsi pozulur, mənəviyyatı sarsılır, seksual yaxınlıqdan qaçırsa.

Erkən boşalmanın səbəbləri foto 1

Erkən boşalmanın səbəbləri və onun təsnifatı

  • Birincili. İlk intim təcrübədən etibarən vaxtından əvvəl boşalma
  • İkincili. Problemsiz keçən cinsi əlaqələrdən sonra tədricən və ya anidən başlanan normadan tez eyakulyasiya

Erkən boşalmanın səbəbləri psixoloji və bioloji olmaqla 2 qrupa bölünür.

Erkən boşalmanın səbəbləri – psixoloi faktorlar

Cinsi təcavüz  

Şəxsi sərhədlərin istənilən şəkildə pozulması insanın xarakterində iz qoyur. Bundan qurtulmağa psixoterapevtlər yardımçı olur.

Xarici görünüşü kompleks etmək

İnternetin çox geniş istifadə edilməsi, xarici görünüşün televiziya və digər informasiya vasitələri ilə ideallaşdırılması bu standartlara uymayan kişilərin kompleks qazanmasına səbəb olur.

Depressiya

Depressiya vəziyyəti və ona qarşı qəbul olunan preparatlar vaxtından əvvəl eyakulyasiyaya zəmin yaradır. Belə vəziyyətlərdə psixoloqun yardımına ehtiyac vardır.

Boşalmanın erkən olacağı haqqında fikirlər və narahatlıq hissi

Əgər belə bir hal əvvəl də baş veribsə, kişi bu problem haqqında cinsi akt əsnasında düşünərək vaxtından əvvəl eyakulyasiyaya səbəb olur.

Erektil disfunksiya 

Psixoloji fonda cinsi zəifliyin əlamətləri kimi vaxtından əvvəl eyakulyasiya xarakterikdir.

Partnyorla münasibətdə problemlər

Əvvəlki qadınlarla seksdə problem yaşanmadıqda, hazırki partnyorla cinsi əlaqə əsnasında isə tez boşalma olduqda onunla danışıb münasibətləri düzəltməyə çalışmaq lazımdır.

Günahkarlıq hissi

Yeniyetmələrin cinsi həyat, intim gigiyena haqqında maarifləndirilməməsi, belə mövzüların bir çox ölkələrdə ailə daxilində tabu (qadağa) olması nəinki vaxtından əvvəl boşalma, hətta cinsi zəifliyə də gətirib çıxara bilər.

Erkən seksual təcrübə

Bu məsələni müzakirə etmək adətən ayıb sayılır. Oğlanlara onların mənəvi cəhətdən intim əlaqəyə hazır olub-olmadıqlarını heç kim soruşmur. Tam əksinə kişilər arasında belə bir fikir formalaşmışdır ki, uzun müddət bakir qalmaq olmaz. Bu da onunla izah olunur ki, seks haqqında danışmaq ayıbdır, yeniyetmə yalnız cinsi əlaqəyə girdikdən sonra onun haqqında öyrənə bilər. İlkin intim yaxınlıq zamanı erkən boşalma yeniyetmənin emosional və psixoloji cəhətdən yaxınlığa hazır olmadığından xəbər verir.

Erkən boşalmanın səbəbləri foto 2

Erkən boşalmanın səbəbləri – bioloji faktorlar

Mütəxəssislərə görə bioloji fonda erkən boşalmanın səbəbləri aşağıdakılardır.

  • Hormonların səviyyəsinin normaya uyğun olmaması;
  • Beynin kimyəvi hissəciklərinin (neyrotransmitterlərin) miqdarının dəyişməsi;
  • Prostatit və ya sidik kanalının iltihabı;
  • İrsi meyllik.

Erkən boşalma hallarında həkimə nə vaxt müraciət etməli?

Vaxtından əvvəl eyakulyasiya bir neçə dəfə təkrarlandıqda, uroloq-androloqa müraciət etmək lazımdır. Həkim erkən boşalmanın səbəbləri ilə tanış olduqdan sonra, bu problemin həllində pasiyentə kömək edir.

Xülasə

Bəzən kişinin həkimə gedib onunla danışması belə bu problemdən qurtulmağa yardımçı olur. Ona görə də həkimlə söhbət etməkdən heç zaman çəkinməyin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (11 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir