Erkən boşalmanın müalicəsi

15 Noyabr 2019 Kateqoriya: Erkən boşalma Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4146
Erkən boşalmanın müalicəsi foto 2
4.2/5 - (19 votes)

Erkən boşalma kişi cinsi sferasında baş verən patologiyadır. Bu zaman sperma ifrazı vaxtından əvvəl baş verir. Statistik məlumatlara əsasən bu hala kişi xəstəlikləri arasında tez-tez rast gəlinir. Vaxtından əvvəl boşalmadan əziyyət çəkən kişilər cinsi aktın davamlılığını idarə edə bilmir. Erkən boşalmanın müalicəsi barədə məlumat verməzdən əvvəl bu xəstəliyin səbəblərinə nəzər salaq.

Erkən boşalmanın əsas amilləri

Erkən boşalmanın səbəbləri aşağıdakı kateqoriyalara bölünür:

  • üzvi – problemin əsasında hər hansı patoloji proses dayanır. Buna xroniki vezikulit, uroloji xəstəliklər, travma, prostatit, hormonal pozğunluqlar və s. misal göstərmək olar.
  • fizioloji – penis başının həssaslığının artması, uzunmüddət cinsi aktın olmaması, partnyorun yenilənməsi və s.
  • psixoloji – qorxu, stress, partnyora güvənsizlik.
  • genetik – nəsildəki kişilərdə daha öncə belə problemin yaranması.

Sosial sorğulara əsasən reproduktiv yaşda olan kişilərdə erkən boşalmanın rast gəlmə tezliyi 30% təşkil edir. Bu da cinsi partnyorlar arasında mübahisə və anlaşılmazlığa şərait yaradır. Bəzən erkən boşalma uğursuz intim təcrübənin nəticəsi kimi meydana çıxır.

Ümumiyyətlə, erkən boşalmanın müalicəsi onu yaradan səbəbin aradan qaldırılmasına əsaslanır. Buna görə də ilk növbədə xəstə müayinə olunmalıdır.

Erkən boşalmanın müalicəsi foto 1

Erkən boşalmanın müalicəsi – effektiv metodlar

Vaxtından əvvəl boşalmanın səbəbindən asılı olaraq, medikamentoz müalicə (dərman preparatları), fizioterapiya, cərrahi korreksiya həyata keçirilir. Bu problemin həllində çox zaman hər 2 tərəf iştirak edir.

Erkən boşalmanın müalicəsi – tətbiq olunan üsullar

  • iltihabi proseslərin dərmanla aradan qaldırılması;
  • psixoloji terapiya;
  • penisin hiperhəssaslığının müalicəsi (anestetik mazlı prezervativlərlə);
  • antidepressantların təyini;
  • refleksoterapiya, akupunktur (iynə batırma);
  • cərrahi müdaxilə – penis başının mikrocərrahi denervasiyası (sinirsizləşdirilməsi).

Qeyd etmək lazımdır ki, yerli müalicə və gec qurtarmaq üçün dərmanların istifadəsi müvəqqəti, qısamüddətli effekt verir.

Erkən boşalmanın müalicəsi foto 4

Erkən boşalmanın cərrahi yolla müalicəsi

Cərrahi müdaxilə tez bir zamanda arzuolunan nəticəni əldə etməyə imkan verir. Penis başının mikrocərrahi üsulla denervasiyası erkən eyakulyasiyadan, yəni vaxtından əvvəl sperma ifrazından qurtulmağın radikal yoludur.

Cərrahi müdaxilə ümumi narkozla aparılır. Əməliyyat prosesində cinsiyyət orqanının başının sinirləri ehmalca ayrılır, çıxarılır. Yara səthi səliqəli şəkildə tikilir. Təcrübəli cərrah-uroloqun əlində bu, 1 saatlıq əməliyyatdır. Onun köməyilə cinsi aktın davamlılığı 3-5 dəfə artır.

Androloq həkimlər erkən boşalmanın müalicəsi zamanı taktikanı hər xəstəyə uyğun fərdi şəkildə qururlar. Bəzən xəstədən əmək, istirahət, yuxu və qidalanma rejimlərini qaydaya salmaq tələb olunur.

Vaxtından əvvəl boşalmanın profilaktikası məqsədilə uzunmüddətli stressdən uzaq durmaq, sağlam həyat tərzi sürmək məsləhət görülür.

Xülasə

Erkən boşalma probleminiz varsa, əsla çəkinməyin. Tibbi etikaya görə həkim xəstə haqqında kənar şəxslərə heç bir məlumat verməməyə, xəstənin ona etibar etdiyi sirləri saxlamağa borcludur. Odur ki, belə hallarla qarşılaşdıqda dərhal həkimə müraciət edin. Sağlamlığınızın qayğısına vaxtında qalın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (19 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir