Böyrək dərmanları

08 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 7693
Böyrək dərmanları foto
4.9/5 - (107 votes)

Böyrəklər orqanizmdən artıq maye və toksiki maddələrin kənarlaşmasında, həmçinin arterial təzyiqin tənzimlənməsində iştirak edirlər. Onların funksional pozğunluqları bütün orqanizmə təsir göstərir. Buna görə də istənilən uroloji xəstəlik vaxtında müalicə edilməlidir. Belə hallarda əsasən böyrək dərmanları istifadə olunur.

Böyrək dərmanları hansı qruplara bölünür?

Uroloq xəstəni müayinə etdikdən və diaqnozu təsdiqlədikdən sonra kompleks müalicə aparılır. Böyrəyin patologiyalarında əsasən aşağıdakı qruplardan 1 və ya bir neçəsi təyin edilir:

  • ağrıkəsici preparatlar;
  • spazmolitiklər;
  • antibiotiklər;
  • bitki əsaslı uroantiseptiklər (böyrək daşı üçün bitkilərdən hazırlanmış preparatlar da bu qrupdandır);
  • pipemid turşusunun törəmələri (flüorxinolon qrupu);
  • vitamin kompleksi;
  • iltihabəleyhinə dərmanlar.

Böyrək dərmanları foto 1

Böyrək dərmanları qismində spazmolitiklər

Böyrək ağrısı – nefroptoz, böyrək daşı, hidronefrozu müşayiət edən xoşagəlməz hissdir. Nefroptoz – böyrəyin sallanması, hidronefroz isə kasa-ləyən sisteminin genişlənməsi ilə xarakterizə olunur. Ən effektiv spazmolitiklər sırasına aşağıdakılar aiddir:

  • Spazmol;
  • No-şpa;
  • Bespa;
  • Spazmoverin;
  • Papaverin.

Böyrək dərmanları – ağrıkəsicilər

Böyrəkdə rast gəlinən xəstəliklərin müalicəsi zamanı ağrıkəsici dərmanlar əsas patologiyanın yaratdığı ağrı sindromunu götürmək üçündür. Bu preparatlara Analgin, Baralgin, Ketanov, Ketorol, Maksiqan, Travmal və s. misal göstərmək olar. Sadalanan vasitələrin təsir mexanizmi toxumalarda serotonin və prostaqlandin sintezinin blokadası ilə əlaqəlidir.

Böyrək dərmanları foto 3

Böyrək dərmanları – iltihabəleyhinə vasitələr

İltihabi proses və ağrı müşahidə olunduqda əsasən bu dərmanlara üstünlük verilir:

  • Diklofenak – mədə-bağırsaq problemi olan şəxslərdə vəziyyəti pisləşdirə bilər. Bu dərmanın 14 gündən artıq qəbulu tövsiyə edilmir.
  • İbuprofen – tətbiqindən 5 saat sonra qanda maksimal konsentrasiyaya çatır.
  • İndometasin – diuretik, yəni sidikqovucu təsiri ilə fərqlənir.

Böyrək dərmanları – antibakterial preparatlar

Əsas patologiyaya ikincili infeksiya qoşulduqda antibiotiklər – neqram, oflosksasin, furadonin, furazolin, furazolidon və s. təyin edilir. Müalicəyə başlamazdan öncə patogen mikrofloranın antibiotikə həssaslığını aydınlaşdıran analiz, yəni antibiotikoqramma tələb olunur. Antibiotiklər ciddi şəkildə yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Böyrəyin çatışmazlığı zamanı antibiotiklər əks-göstərişdir.

Böyrək dərmanları – bitki əsaslı uroantiseptiklər

Bitkilərdən hazırlanılan antiseptiklər iltihabi prosesi aradan qaldırmaq üçün nəzərdə tutulur. Əksər hallarda Kanefron və Fitolizin istifadə olunur. Böyrəkdə fosfot daşı, nefroz və komponentlərə fərdi həssaslıq halında belə preparatların qəbulu qadağandır.

Pipemidin turşusunun törəmələri        

Bu qrupa Palin və Urotraktin daxildir. Onlar əsasən kişilərdə prostatit və böyrək patologiyalarının müalicəsi üçündür.

Böyrək dərmanları – vitamin kompleksi

Kompleks müalicədə əsasən C və B qrup vitaminlər tətbiq edilir.

Əksər hallarda müalicə sxeminə yuxarıda sadalanan dərman qrupları ilə yanaşı arterial təzyiqi endirən preparatlar (Verapamil), sidik qovucular (Hidroxlortiazid) və qan dövranını yaxşılaşdıran dərmanlar (Trenpental) əlavə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.9/5 - (107 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir