Prostat nədir?

15 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1776
Prostat nədir? foto
4.1/5 - (16 votes)

Prostat vəzi güclü cinsin nümayəndələrinin həyatında elə əhəmiyyətli rol oynayır ki, bəzən onu “ikinci ürək” adlandırırlar. Bu orqanın vəziyyəti kişinin həyatını kökündən dəyişə bilər. Bəs bu qədər önəmli orqan olan prostat nədir?

Prostat vəzi nədir?

Prostat vəzi tərsinə çevrilmiş trapesiya və ya şabalıd formasındadır. Bu orqan bətndaxili inkişafın 2-3-cü ayında əmələ gəlir. Oğlan uşaqlarında onun çəkisi bir neçə qramdır. Yetkin kişləridə isə 18-20 qram təşkil edir.

20 yaşda vəzi tam normal həcmini alaraq, 26 sm3 dan çox olmur. 45 yaşından sonra tədricən böyüyür. Məhz bu yaşdan yuxarı kişilərin 60-70%-də prostat adenoması inkişaf edir.

Hiperplastik prostat nədir? 

Vəzi sidik kisəsinin altında yerləşir. Onun orta payı böyüdükdə sidik ifrazında müxtəlif problemlər yaranır. Orqanın böyüməsi hiperplaziya adlanır. Böyümüş prostata isə elmi dildə hiperplastik prostat deyilir.

Prostat nədir? foto 1

Ereksiyada (penisin sərtləşməsi) prostatın vəzifəsi nədir?

Vəzi ereksiya zamanı sidik kanalının kisədən çıxmasının qarşısını alan sfinkter rolunu yerinə yetirir. Buna görə də eyakulyasiya (sperma ifrazı) zamanı sidiklə sperma qarışmır. Cinsi yetişkənliyə qədər prostatın əzələvi funksiyası üstünlük təşkil edir. 17 yaşda isə vəzi funksiyası aktivləşir.

Normada vəzin 30-50%-i birləşdirici və saya əzələlərdən, qalan hissəsi isə vəzi toxumasından təşkil olunur. Vəzi hətta cüzi dəyişikliyə reaksiya verən mürəkkəb sinir-əzələ aparatına malikdir. Onun arxa kənarı düz bağırsağa söykənir. Buna görə də uroloqlarandroloqlar fiziki müayinə zamanı düz bağırsaqdan prostatı barmaqla palpasiya edə bilirlər.

Prostat şirəsi

Vəzi kapsulunun saya əzələ liflərinin və  toxum qovuqcuqlarının yığılması zamanı eyakulyasiya baş verir. Prostat şirəsinin tərkibində həmçinin immunoqlobulinlər, fermentlər, limon turşusu, sink ionları, vitaminlər mövcuddur. Bununla yanaşı şirə ereksiya funksiyasını tənzimləyir.

Funksional prostat nədir?

Vəzin funksiyaları çoxşaxəlidir. Bunlara motor, sekretor, inkretor, baryer funksiyaları aiddir.

Prostatın motor funksiyası nədir?

Vəzin daxilində yerləşən əzələ lifləri sidiyi saxlayan sfinkter əmələ gətirir. Əzələlər ritmik yığılaraq, sperma ilə birlikdə şirə ifraz edir.

Prostat nədir? foto 2

Sekretor prostat nədir?  

Vəzi ereksiyaya, spermtozoidlərin keyfiyyətinə və toxum mayesinin sintezinə cavabdehdir. Onun əsas funksiyası sekret (şirə) ifraz etməkdir. Sekret spermatozoidləri qidalandırır və müdafiə edir. Prostat şirəsi maye və qatı fraksiya, zülal, karbohidrat, elektrolit, yağ və hormonlardan ibarətdir. Bu orqan spermatozoidlərin həyat qabiliyyətini və hərəkiliyini təmin edir.

İnkretor funksiya nədir?

Prostatda sintez olunan hormonabənzər hissəciklər – prostaqlandinlər qan axını ilə digər orqanlara paylanmaq əvəzinə, vəzin özü tərəfindən geriyə sorulur. Prostaqlandinlər orqanın fəaliyyətinə müsbət təsir göstərir.

Prostat vəzin baryer funksiyası nədir?

Vəzi sidik kanalından infeksiyanın sidik kisəsinə daxil olmasının qarşısını alır. Həmçinin hipofiz hormonları, androgenlər, estrogenlər, steroid hormonlar, xüsusilə testosterona nəzarət edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (16 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir