Varikosel müalicəsi

Varikosel – toxum ciyəsi venalarının genəlməsidir. Onun müalicəsi əsasən cərrahi yolla həyata keçirilir. Medikamentoz (dərmanlarla) müalicə varikosel əməliyyatından sonra spermatogenezin (spermatozoidlərin yaranması və formalaşması) stimulyasiyası məqsədilə təyin olunur.
Varikosel müalicəsi – bəzi qadağalar
Qeyri-medikamentoz müalicəyə həyat tərzində qoyulan məhdudiyyətlər daxildir:
- Fiziki gərginlik və yüklənmələri azaltmaq;
- Velosiped, at və motosikl sürməkdən imtina etmək;
- İşlədici preparatları istifadə etməmək (çünki qarın divarına təzyiq göstərilməməlidir);
- Soyuq vanna qəbul etməmək
- Cinsi əlaqənin tezliyini və sayını azaltmaq.
Varikosel müalicəsi – təyin olunan dərmanlar
Əməliyyat sonrası spermatogenezi normallaşdırmaq üçün pasiyentlərə xorionik qonadotropin və klostilbegit məsləhət görülür.
Varikosel müalicəsi – cərrahi metod
Kişidə sonsuzluğun aşkarlanması Varikosel əməliyyatına göstərişdir. Sol toxum ciyəsi venasına liqaşur qoyulması uşaq və yeniyetmə yaşlarda yerinə yetirilir. Çünki heç bir valideyn xəstəliyin ağırlaşmasını istəmir. Bu əməliyyat çox sadə və təhlükəsizdir.
Varikoselin fəsadları sırasına sonsuzluqla yanaşı, həm də toxum ciyəsi venasında tromb, tromboflebit, xayalığın hematoması daxildir. Sadalanan ağırlaşmalar kəskin klinik simptomlarla təzahür edir. O üzdən xəstədə müayinə zamanı varikosel aşkarlandıqda ilkin olaraq, əməliyyat nəzərdə tutulur.
Varikosel müalicəsi – əməliyyatların növləri
Varikosel əməliyyatlarına xaya damarlarına liqaşur qoyulması, laparoskopik, endovaskulyar üsullar, embolizasiya və digər minimal invaziv (az travmatik) metodlar aiddir. Əməliyyatların məqsədi damarlar arasında anastomoz (əlaqə) yaradaraq, qan axınını süni şəkildə tənzimləməkdir.
Varikosel müalicəsi – kremlər
Varikosel kremi bir neçə adla apteklərdə satılır. Lakin onu da vurğulamaq lazımdır ki, varikoselin müalicəsi əsasən cərrahi yolladır. Kremlər sadəcə əlamətləri bir qədər yüngülləşdirir.
Varikosel kremi – Zdorov
Onun tərkibinə aşağıdakı komponentlər daxildir:
- Arı mumu. İltihabəleyhinə, sorucu, ağrıkəsici, regenerasiya edici təsir göstərir. Xırda kapilyarları bərpa edir. Bu maddə A qrup vitaminlə zəngindir.
- Arı zəhəri. Amin turşuları və fermentlər sayəsində damar divarında elastin (damara elastiklik verən zülal) əmələ gəlir. Həmçinin tərkibindəki heparin və noradrenalin tromb əmələ gəlmənin qarşısını alır. Arı zəhəri damar keçiriciliyini azaldır.
- Propolis. Ödemi və ağrını aradan qaldırır. Qan axınını tənzimləyir.
- Sidr ağacının şirəsi. Bərpaedici və antiseptik təsirlərə malikdir. O həm də venaları tonuslandırır.
- B qrup vitaminlər. İmmun sistemini stimulə edir.
- Zeytun yağı. Damarları və dərini qidalandırır, nəmləndirir.
Krem venaları tonuslandırır, damarların gərginliyini və dartılmasını azaldır. Bunun sayəsində qan dövranı tənzimlənir. Zdorov kremi iltihabı zəiflədir, damarların elastikliyini bərpa edir, trombları əridir.
Müalicə kursu 1.5-3 aydır. Effektin yüksəlməsi üçün varikosel kremi ilə yanaşı xüsusi sarğılar tövsiyə olunur. Onlar xayalığın sallanmasının qarşısını alır. Zdorov kremi xəstəliyin yalnız yüngül dərəcəsində müsbət nəticə verir.
Varikoselin ilkin mərhələsində Zdorov kremi:
- Xayadan qan axınını tənzimləyir;
- Xayalıqdakı diskomfort və ağrı hissini zəiflədir;
- Ödem, qıcolma və spazmı azaldır;
- Durğunluq və tromblaşmanın qarşısını alır;
- Damarların vəziyyətini yaxşılaşdırır;
- Spermatogenezi bərpa edir;
- Residiv halları (xəstəliyin geri qayıtması) və ağırlaşmaların qarşısını alır.
Krem təbii tərkibli olduğundan mənfi təsiri yoxdur.
Variderm kremi
Tərkib komponentləri: süpürgəotu ekstraktı, aloe vera, nanə yağı, zəncəfil kökü, qərənfil, melatonin, çobanyastığı yağları, qarağat ekstraktı, yulaf yağı. Onun təsiri Zdorov kremi ilə eynidir. Arıçılıq məhsullarına allergiyası olan şəxslər rahatlıqla istifadə edə bilər.
Varikosel kreminin istifadə qaydası
Krem gündə 2 dəfə səhər və axşam saatlarında qasıq nahiyəsinə çəkilir. İstifadədən öncə qasığı yuyub, dəsmalla tam qurudun. Kremdən bir qədər götürüb, yaxın və dəriyə hopana qədər gözləyin.
İnqrediyentlərin hər hansı birinə qarşı yüksək həssaslıq olduqda kremin istifadəsi qadağandır.
Varikoselin müalicəsi üçün nəzərdə tutulan vasitələr hər nə qədər təhlükəsiz və sınanmış olsalar da istifadədən öncə mütləq həkimlə məsləhətləşmək gərəkdir.