Prostate spesific antigen

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 444
Prostate spesific antigen foto
Rate this post

Prostate spesific antigen – qan plazmasında təyin olunan onkoloji markerdir. Prostat xərçəngi, adenoması və vəzin xoşxassəli hiperplaziyasının diaqnostik göstəricisidir. Eyni zamanda adı çəkilən xəstəliklərin müalicəsinin dinamikasında yoxlanılır. Qısa adı PSA-dır.

Prostate spesific antigen orqanospesifik markerdir. PSA hər hansı prostat xəstəliyinin xüsusi markeri deyildir. Bu spesific antigen ilk dəfə 1980-ci illərdə diaqnostik məqsədlə yoxlanılaraq, tibb dünyasında inqilaba səbəb olmuşdur.

Prostate spesific antigen nədir?

PSA prostat vəzinin epitel hüceyrələri tərəfindən sintez olunan proteazadır (fermentdir). Normada PSA sperma mayesinə, prostat vəzi şirəsinə keçir. Onun çox az hissəsi isə qana ifraz olunur. Prostate spesifik antigen vəzi axarlarından başqa parauretral (sidik axarı ətrafı) və süd vəzilərində də mövcuddur.

Prostate spesific antigen şəkil 1

Prostate spesific antigen – formaları

Qan plazmasında PSA-nın aşağıdakı formaları vardır:

  • sərbəst
  • α-1-antiximotripsinlə birləşmiş
  • α-2-makroqlobulinlə birləşmiş

Laborator diaqnostikanın xüsusiyyətlərini nəzərə alaraq, sərbəst və alfa-1-antiximotripsinlə birləşmiş formalar bir yerdə ümumi PSA adını daşıyır.

Prostate spesific antigen – klinik əhəmiyyəti

Qanda onkomarkerin yüksək səviyyəsi prostat xərçəngindən şübhələnməyə imkan verir. Norma halının limitləri yaş kateqoriyasına əsasən tərtib edilmişdir:

  • 40-49 yaş— 2,5 nq/ml;
  • 50-59 yaş— 3,5 nq/ml;
  • 60-69 yaş— 4,5 nq/ml;
  • 70 yaşdan yuxarı— 6,5 nq/ml.

10 nq/ml-ə qədər şübhəli sərhəd (boz zona) hesab olunur. Bu zaman prostat vəzin biopsiyası göstərişdir. 10nq/ml-dən yüksək göstəricilər biopsiya vasitəsilə təsdiq olunan nəticələrlə birlikdə patologiyadan xəbər verir. Prostat vəzi xərçəngində PSA-nin birləşmiş forması yüksəlir. Sərbəst forma isə normadan 15% çox olur.

Prostate spesific antigen – xüsusi parametrləri

  • Yaş artdıqca vəzin həcminin böyüməsilə qanda PSA-nın səviyyəsi artır. Spesific antigen səviyyəsinə vəzin ölçüsünün təsirinin azalması üçün PSA qatılığı (PSA density) parametrindən istifadə olunur. Bu göstərici ümumi PSA-nın vəzin həcminə bölünməsi ilə əldə olunur. Normal limit 0.15 nq/ml/sm3 –dur. Ondan yüksək nəticə vəzin biopsiyası üçün göstəriş sayılır.
  • Prostat vəzi xərçənginin inkişaf riskini müəyyənləşdirmək məqasədilə önəmli bir parametr PSA dəyişmə sürətidir (PSA velosity). Bu göstəricinin il ərzində 75 nq/ml-dən yuxarı olması vəzidə xərçəng prosesi üçün xarakterikdir. İl ərzində hər 3 aydan bir PSA yoxlanılaraq, nəticələr riyazı yolla dəyərləndirilir. Yəni PSA-nın il ərzində dəyişmə sürəti riyazi üsulla hesablanır. Məsələn, ilkin nəticə 6 nq/ml, 2-ci göstərici isə 10nq/ml-dirsə, 6 ay ərzində dəyişmə sürəti 1.7 –yə bərabərdir. 10÷6= 1.666~1.7.

Prostate spesific antigen foto 2

PSA – müalicə göstəricisi kimi

PSA diaqnostik əhəmiyyətilə yanaşı xərçəng xəstəliyində müalicənin dinamikasını izləmək üçün mühüm parametrdir. Belə ki:

  • Prostatektomiyadan (vəzin kəsilməsi) sonra PSA qanda 4 ay ərzində 0.2 nq/ml-dən az olmalıdır.
  • Şüa terapiyası kursundan sonra isə onkomarkerin miqdarı 2 nq/ml-ə qədər azalmalıdır. PSA səviyyəsinin 1nq/ml-ə enməsi xəstəliyin 3-5 il residiv verməyəcəyindən xəbər verir. Bu da çox müsbət dinamika hesab olunur.
  • Əməliyyat və şüa terapiyasından sonra spesifik antigenin yüksəlməsi metastaz və ya residiv (xəstəliyin geri dönməsi) hallarına işarədir.

Prostate spesific antigen səviyyəsinə təsir edən faktorlar

  • Xərçəng zamanı şiş hüceyrələrinin PSA ifrazı hesabına onun səviyyəsi yüksəlir.
  • İnfeksiya və iltihabi proseslərdə PSA səviyyəsinin artması damar keçiriciliyinin güclənməsi və epitelin zədələnməsi ilə əlaqəlidir.
  • Prostatın xoşxassəli hiperplaziyası (böyüməsi) zamanı vəzin ölçüsünün böyüməsi və adenomatoz toxumanın kompressiyası hesabına PSA-nın miqdarı artır.
  • Prostat adenomasında sidik ləngiməsi nəticəsində toxuma zədələnməsi fonunda onkomarkerin səviyyəsi yüksəlir.

Buradan belə bir nəticə çıxarmaq olar ki, qanda spesifik antigenin səviyyəsinin çoxalması hər zaman bədxassəli şiş əlaməti deyildir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir