Sistit üçün çaylar
Sistit xəstəliyi və sidik-ifrazat sisteminin digər patologiyalarının müalicəsində dərman preparatları ilə yanaşı sistit üçün çaylar da qəbul edilir.
Apteklərdə satılan sistit çayı – fitonefrol
Sistit üçün çaylar arasında fitonefrol ən təsirli vasitələrdən sayılır. Onun tərkibinə ayıqulağı yarpaqları, şüyüd toxumları, gülümbahar çiçəkləri, yabanı bibərin kök hissəsi və nanə daxildir. Sistitin təbii yolla müalicəsi xəstəliyi ağrısız yolla, həmçinin əlavə mənfi təsirlər olmadan aradan qaldırmağa imkan verir.
Fitonefrol filtr paketlər şəklində buraxılır. 100 ml qaynar suda 2 paket dəmlənilir. 30 dəqiqə gözlənilir. Gündə 3 dəfə yeməkdən 20 dəqiqə öncə 100 ml içilir. Müalicə kursu 2-4 həftədir.
Sistit üçün bitki çayı «LEROS»
Tərkibində aşağıdakı bitkilər vardır:
- Ayıqulağı yarpaqları;
- Öküzotunun kök hissəsi;
- Ağcaqayın yarpaqları;
- Cəfəri kökü;
- Gicitkən;
- Boymadərən;
- Quş qırxbuğumu;
- Gəndəlaş çiçəkləri.
Sistitin müalicəsi məqsədilə yeməkdən əvvəl qaynar suda 1 paket çay dəmlənilir. Sutkada 3-5 dəfə 1 stəkan qəbul edilir.
Sistit çayı «Altay №28»
- İtburnu meyvələri;
- Kətan toxumu;
- Tarlaqatırquyruğu;
- Ağcaqayın yarpaqları;
- Biyan kökü;
- Şüyüd;
- Mərcangilə yarpaqları.
1 filtr paket 200 ml qaynar suya atılır və 15 dəqiqə dəmlənilir. Yemək əsnasında gündə 3 dəfə 1 stəkan içilir. Müalicə kursu 4 həftədir.
Sistit üçün çaylar – Uroloji sidikqovucu bitki çayı
Toz və ot qarışığı formasındadır.
- Şüyüd;
- Eleutorokokkun kök hissəsi;
- Acı nanə;
- Ayıqulağı yarpaqları.
Sidikqovucu sistit çayı aşağıdakı qaydalarda hazırlanır:
- Emal qaba 2 paket qoyub, üzərinə ½ stəkan qaynar su tökülur. Qapağını örtdükdən sonra 30 dəqiqə gözlənilir. Sonra sıxıb süzülür və 100 olana qədər su ilə qarışdırılır. Gündə 3 dəfə yeməkdən 20 dəqiqə öncə ½ stəkan həcmində içilir.
- 200 ml qaynamış suya 2 xörək qaşığı otdan töküb, su hamamına qoyulur. 30 dəqiqədən sonra əlavə olaraq, 10 dəqiqə dəmlənilir. Süzülür və əvvəlki həcmini almaq üçün üzərinə təmiz su tökülür. Yeməyə 20 dəqiqə qalmış 1/3 stəkan gündə 3 dəfə qəbul edilir. Müalicə kursu 14-28 gündür.
Sistit üçün çaylar – resept №1
Ev şəraitində sistitin əlamətlərini aradan qaldırmaq bu reseptdən istifadə olunur:
- Bərabər miqdarda kətan toxumu, bəlğəmotu, meşəlik əməköməci qarışdırılır;
- Ot qarışığından 20 qram götürüb, termosda 20 ml qaynar su ilə dəmlənilir;
- 4 saat saxlanılır və süzülür;
- Gündə 3 dəfə yeməkdən öncə 1/3 stəkan olmaqla içilir.
Sistit üçün çaylar – resept №2
Mikrobəleyhinə və sidikqovucu təsirə malikdir.
- Qarğıdalı sapları, tozağacı ziyilcikləri, ayıqulağı, ayrıqotu bərabər miqdarda qarışdırılır;
- Qarışıqdan 20 qram götürüb, 1 stəkan qaynamış qaynar suya qatılır;
- 5 dəqiqə dəmlədikdən sonra tənziflə süzülür;
- Sutkada 3 dəfə yeməkdən əvvəl 75 ml miqdarda içilir.
Sistit üçün çaylar – resept №3
İltihabəleyhinə təsir göstərir. Şüyüd toxumları və şeytanqanqalı yarpaqlarından 1 çay qaşığı götürülür. 1 stəkan qaynar suya qatıb, 2 saat dəmlənilir. Süzdükdən sonra 50-60 ml olmaqla sutkada 3 dəfə içilir.
Sistit üçün çaylar – ümumi hazırlanma qaydaları
- Sistit çayı üçün otlar yalnız ekoloji təmiz ərazidən yığılmalıdır. Bitkilərin bütün hissələri yaxşıca yuyulub, qurudulmalıdır. Otların saxlanma qaydasına riayət edilməlidir.
- Çay və dəmləmələrdə nisbətlər düzgün götürülməlidir. Ot ilə suyun nisbəti adətən 1:10 təşkil edir.
- Sistit üçün bitki çayları su hamamında hazırlanır. Ot şüşə və ya emallı tökülür. Üzərinə su əlavə edilir. Qab su hamamında 20-30 dəqiqə qızdırılır. Daha sonra 30 dəq. soyudulur.
- Su hamamı yoxdursa, otlar emallı fincanda qaynar su ilə qarışdırılır. Növbəti mərhələdə fincan oda qoyulur. Məhlul 15 dəqiqə qaynadılır, soyuduqdan sonra süzülür.
- Dəmləmə və ya çaylar tez xarab olduğundan onları soyuducuda 3 sutkadan artıq saxlamaq icazəli deyil.
Qaydalara əməl edildikdə müalicəvi sistit çayı təsirli olur.
Xülasə
Əgər evdə bitki çayı hazırlamağı bacarmırsınızsa aptekdən hazır fitoçayları ala bilərsiniz. Yuxarıda sadalanan bitkilər və hazır sistit üçün çaylar təhlükəsiz vasitələr olsa da qəbuldan öncə mütləq uroloqla məsləhətləşmək lazımdır. Çünki bitkilərdən bir və ya bir neçəsinə qarşı allergik reaksiya yarana bilər.