Sistitin əlamətləri

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2835
Sistitin əlamətləri foto
5/5 - (2 votes)

Sistit – sidik kisəsinin iltihabi xəstəliyidir. Xəstəlik əksər hallarda bakterial infeksiyanın təsirindən inkişaf edir. Sistitin proqnozu ümumilikdə müsbət olsa da,  bir çox hallarda patologiya ağır keçir – sistit əlamətləri kəskin formada təzahür edir.

Hansı şəxslər risk altındadır? 

Araşdırmalara əsasən qadınların 50%-i həyatlarında heç olmasa 1 dəfə sistit keçirir. Qadınlarda sistitin daha çox aşkarlanması kişiləri bu xəstəlikdən siğortalamır. Yenidoğulmuşlar və az yaşlı uşaqlarda da sistitə təsadüf olunur.

Sistitin əlamətləri – cins fərqi

Kişi və qadınlarda xəstəliyin kliniki şəkli fərqlidir. Xəstəliyin kəskin dövründə kişilərdə xarici cinsiyyət orqanlarına yayılan sistit ağrısı, febril hipertermiya (davamlı qızdırma) və ümumi intoksikasiya əlamətləri meydana çıxır. Kişilər daha çox kəskin, qadınlar isə xroniki sistitdən əziyyət çəkirlər.

Sistitin əlamətləri foto 1

Sistit əlamətləri

Sistitin əlamətləri kimi aşağıdakıları sadalamaq mümkündür:

  • tez-tez və kəsik-kəsik sidiyəgetmələr, yalançı çağırışlar;
  • sidik ifrazı zamanı göynəmə;
  • çanaq, qasıq, qarnın aşağı hissəsi və cinsi orqanlarda (kişilərdə) diskomfort, sistit ağrısı;
  • xəstəliyin kəskinləşmə fazasından asılı olaraq, subfebril və ya febril hipertermiya, zəiflik, halsızlıq.

Sistitin əlamətləri sırasında sidiyin rənginin dəyişməsinə də rast gəlinir. Xəstələrdə sidik tündləşir, bulanır, tərkibində irin, çöküntü izlənilir. Ağır mərhələlərdə hemoturiya, yəni sidikdə qan müşahidə olunur. Bəzən patoloji proses böyrəklərə yayılır. Bu zaman iltihabi böyrək xəstəliyinin əlamətləri təzahür edir. Belin aşağı hissəsində ağrılar, yüksək temperatur, ürəkbulanma, qusma bu simptomlardandır.

Sistitin əlamətləri əsasında təsnifat

Xəstəliyin simptomatikasından asılı olaraq, kəskin və xroniki sistit qeydə alınır. Xroniki sistit bir müddət simptomsuz keçir və əlamətlər periodik kəskinləşmələr zamanı ortaya çıxır. Sistitin kəskin forması isə infeksiyanın ilkin olaraq, sidik-cinsiyyət orqanlarına düşməsi nəticəsində inkişaf edir.

Sistitin əlamətləri foto 2

Kəskin sistit

Analizin nəticələrinə və sidik kisəsinin divarlarının zədələnmə dərəcəsinə görə kəskin sistit kataral, hemorragik və xoralı formalara bölünür.

Əksər hallarda kəskin sistitin kataral forması müşahidə edilir. Bu zaman sidik kisəsinin selikli qişasının yuxarı qatları zədələnir, ödem və hipertermiya aşkarlanır.

Hemorragik kəskin sistit zamanı qan sidiyə keçir. Bu forma iltihabi prosesin selikli qişanın damarlı qatına qədər yayılması ilə xarakterizə olunur. Xorali sistit zamanı iltihabi proses sidik kisəsinin əzələ toxumasına keçir və nekroz (toxumanın çürüməsi) baş verir.

Kəskin sistitin əlamətləri

Sistit ağrısı, göynəmə, sidik ifrazının fasiləli (kəsik-kəsik) şəkil alması davamlı xarakter daşıyır. Xəstənin ümumi vəziyyəti pisləşir, intoksikasiya əlamətləri – baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, halsızlıq, əzginlik qeyd edilir.

Sidiyin rəngi açıq çəhrayı ilə qonur-qəhvəyi arasında dəyişir. Onun tərkibində irinli hissəciklər və ya qan izlənir.

Sidik kisəsinin xroniki iltihabı      

Kəskin sistit tam müalicə olunmadıqda xronikləşir. Xəstə sistit üçün dərmanların qəbulunu sona qədər çatdırmadıqda, bəzi əlamətlər sönsə də orqanizmdə infeksion proses qalır və həmin antibiotiklərə rezistenlik əmələ gəlir. Kisənin selikli qişası isə tam bərpa olunmur.

Bu laqeyd davranış xroniki prosesin inkişafına şərait yaradır. Xroniki forma müalicəyə çox çətin tabe olur. Arabir kəskinləşmələrlə proses uzun müddət davam edir.

Sistitin əlamətləri foto 4

Xroniki sistitin digər səbəbi

Sistitin 2-ci ən yayılmış səbəbi isə təyin edilməmiş və müalicə olunmamış cinsi infeksiyalardır.

Xroniki sistitin əlamətləri

Kişilərdə əksər hallarda heç bir əlamət izlənilmir. Xəstəlik yalnız laborator analizlər və instrumental müayinələrin köməyilə üzə çıxarılır.

Xroniki sistit ildə bir neçə dəfə kəskinləşir. Bu zaman simptomatika kəskin sistitin əlamətləri ilə eynidir.

Xülasə

Uroloq sistitə görə dərman preparatları təyin etdikdə, əlamətlərin yüngülləşməsinə baxmayaraq, müalicəni sona çatdırmaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir