Sistit üçün dərmanlar

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 27109
Sistit üçün dərmanlar foto
4.2/5 - (34 votes)

Sistit nədir sualı bu diaqnozun qoyulduğu insanları maraqlandıran məqamlardandır. Sistit – sidik kisəsinin iltihabı olub, kəskin və xroniki formalara bölünür. Sistitin səbəbləri müxtəlifdir. Xəstəlik tezləşmiş sidik ifrazı əsnasında göynəmə, ağrı, sidiyin xoşagəlməz qoxulu və ya tünd rəngli olması, sidik kisəsinin tam boşalmaması hissi ilə təzahür edir.

Sistit üçün dərmanlar yalnız həkim tərəfindən təyin edilməlidir. Məqalədə sistitin müalicəsində istifadə olunan ən effektiv dərman preparatlarını sıralamışıq.

Ən güclü spazmolitik dərmanlar

Bu dərmanlar ağrı hissiyatını aradan qaldırmaq üçün tövsiyə edilir. Onlar müxtəlif formalarda buraxılırlar.

5-ci yer. Papaverin 

Qadınlarda sisititin müalicəsində ən çox papaverin qəbul edilir. Preparat effektiv ağrıkəsici olub, tablet, şam və ya inyeksiya formasında buraxılır. Üstün cəhəti hamilələrə də göstərişin olmasındadır. Dərmanın dozalanma qaydasına ciddi şəkildə nəzarət etmək lazımdır. Papaverin hemorragik sistit zamanı əks göstərişdir. Çünki qanaxmanı artıra bilər. Qəbuldan öncə həkimlə məsləhtləşmək zəruridir.

4-cü yer. Baralgin

Ağrı impulslarını blokada edir, əzələləri boşaldır. Sidik-ifrazat yollarının xəstəliklərində ən yaxşı spazmolitiklərdən sayılır. Tərkibindəki analgin və papaverin sayəsində orqanizmə kompleks təsir edir. Birinci komponent ağrını aradan qaldırır, ikinci maddə isə spazmı azaldır. Sidik-cinsiyyət sisteminin iltihabını effektli şəkildə müalicə edir. Dərmanı xəstəliyin ilkin əlamətlərindən başlayaraq, tam sağalana qədər qəbul etmək mümkündür. Tabletlər çoxlu miqdarda su ilə içilməlidir. Maksimal sutkalıq doza 6 tableti keçməməlidir. Birdəfəlik qəbul 1 tabletdir. Hamiləlikdə baralginin istifadəsi qadağandır.

Sistit üçün dərmanlar foto 1

3-cü yer. Pentalgin

Sistit üçün dərmanlar sırasında ən məşhur vasitələrdəndir. Preparatın tərkibinə parasetamol, naproksen, kofein, drotaverin, feniraminamaleat daxildir. Belə bir kombinasiya temperaturu endirir, spazm və iltihabi prosesləri azaldır. Qəbuldan bir neçə dəqiqə sonra ağrıkəsici təsir başlayır. Südvermə və hamiləlik zamanı dərmanın tətbiqi qadağandır. Dozalanma barədə həkimlə məsləhət olunmalıdır. Sutkada 3 ədəd, birdəfəlik isə 1 ədəd tabletdən çox qəbul icazəli deyil.

2-ci yer. Spazmalqon

Ağrı sindromunu sürətlə yox edir. Aktiv komponenti natrium metamizoldur. Həmçinin pitofenon əzələləri boşaldır, fenpiverin isə bu effektləri artırır. Spamalqon şiddətli ağrı və spazmlardan qurtulmağa kömək edir. Sistit zamanı güclü ağrıkəsici qismində məsləhət görülür. 15 yaşdan yuxarı şəxslərə həkim tərəfindən təyin edilir. Yeməkdən sonra 1 tablet olmaqla gündə 3 dəfə içilir. Maksimal gündəlik doza 4 tabletdir. 6-8 yaş uşaqlara 1/2 tablet, 9-12 yaşlılara isə ¾ tablet vermək olar.

1-ci yer. No-şpa

Spazmolitik qrupundan sistit üçün dərmanlar arasında ən geniş istifadə olunan preparatdır. No-şpa damarları genişləndirərək, şiddətli spazmı aradan qaldırır. Sistit zamanı çanaq ağrılarını və iltihabi prosesi effektiv şəkildə azaldır. Südverən analara və hamilələrə də uyğundur.

Sistit üçün dərmanlar foto 2

Sistit üçün antibiotik qrupundan olan effektiv dərmanlar

Son illərdə alimlər tərəfindən mikroorqanizmlərə daha davamlı antibiotiklər hazırlanmışdır. Yeni nəsil antibiotik tərkibli sistit üçün dərmanlar asılılıq yaratmır. Belə preparatları analizin nəticələrini gözləmədən həkimin tövsyəsi ilə qəbul etmək olar.

5-ci yer. Furadonin

Sistit xəstəliyinin bütün mərhələlərində istifadə olunur. Qrammənfi və qrammüsbət patogen bakteriyaları məhv edir. Preparat infeksiyanı keyfiyyətli şəkildə aradan qaldırmaqla yanaşı, iltihabın əmələ gəlməsinin də qarşısını alır. Üstün cəhəti odur ki, Furadonini 1 aylıqdan uşaqlara vermək mümkündür. Çatışmayan cəhətləri isə allergik reaksiyalar, ürəkbulanma, başgicəllənmə törətməsidir.

4-cü yer. Palin

Mikrobəleyhinə və uroantiseptik kimi əla preparatdır. Sidik kisəsində zərərli floranı məhv edir. Palin infeksion sistit üçün dərmanlar sırasında effektiv vasitədir. Digər infeksion-iltihabi xəstəliklərin müalicəsində də təyin edilir. Palinin geniş spektrli mənfi təsirləri də vardır. Bunlara əsasən mədə-bağırsaq traktı, sinir sistemi tərəfindən rast gəlinir. Preparat qanaxmaya səbəb ola bilər. Hamilələrə və südverən analara qəti qadağandır.

3-cü yer. Furamaq

Sarı rəngli kapsul şəklində buraxılır. Asılılıq yaratmır. Geniş təsirli mikrobəleyhinə preparatdır. Başqa vasitələrin təsir edə bilmədiyi patogen mikroorqanizmləri məhv edir. Uretrit, sistit, böyrək iltihabının müalicəsində əvəzolunmazdır. Preparat ginekoloji praktikada da effektiv sayılır. Yeməkdən sonra peroral, yəni ağızdan çox miqdarda su ilə qəbul olunur. Dozalanması uşaqlarda 1 kq-a 5 mq-dır. Doza 3 dəfəyə bölünür. Müalicə 7 gün davam edir. Böyüklər isə gün ərzində 3 dəfə 50-100 mq içə bilər.

2-ci yer. Levofloksasin

Geniş spektrli antibakterial preparatdır. 18 yaşdan yuxarı insanlar üçündür. Uşaqlara və 70 yaşı ötmüş şəxslərə qadağandır. Qəbul həkimlə konsultasiyadan sonra mümkündür. Levofloksasin əvvəlcə inyeksiya, bir müddət sonra isə tablet şəklində istifadə edilir. Sistit üçün 1.5-2 həftə ərzində gündəlik 250 mq tablet içilir. Müalicə əsnasında kreatinini nəzarətdə saxlamaq zəruridir.

1-ci yer. Monural

Xəstələrin rəylərinə görə Monural sistit üçün antibiotik qrupundan ən yaxşı preparatdır. Onun effektivliyi yüksəkdir. 1 tabletdən sonra gözlə görülən nəticə əldə edilir. Lakin preparatın əlavə mənfi təsirləri də var. Satın almadan öncə mütləq həkimlə məsləhətləşmək lazımdır. Monural xroniki sistitin müalicəsi üçün əlverişsizdir.

Sistit üçün dərmanlar foto 4

Sistit üçün ən yaxşı göbələkəleyhinə dərmanlar

5-ci yer. Flukonazol

Sidik kisəsinin göbələk infeksiyası tərəfindən zədələnməsində yararlı vasitədir. Tablet, toz, kapsul və inyeksiya şəklində buraxılır.

4-cü yer. Natamisin

Preparat müxtəlif formalarda buraxılır. Onun aktiv maddəsi natamisindir. Antibakterial və göbələkəleyhinə vasitədir. Natamisin xəstəliyin törədicisinin hüceyrə qılafını dağıdır. Kandida tipi göbələk infeksiyalarında çox effektivdir. Göbələk mənşəli sistit zamanı cinsi partnyorla birgə qəbul olunmalıdır. Vərəm xəstələrinə, südverən analara və hamilələrə əks göstərişdir.

3-cü yer. Mikosist

Geniş spektrli preparatdır. Aktiv maddəsi flukonazoldur. Təsiri müəyyən zaman intervalından sonra biruzə olur.

2-ci yer. Lamizil

Antibakterial, antifungal (göbələkəleyhinə), iltihabəleyhinə təsirlərə malikdir. Bu preparat haqqında həkim və xəstə rəyləri çox müsbətdir.

1-ci yer. Diflyukan

Sistit üçün dərmanlar arasında ən yaxşı kompleks preparatdır. Tərkibi flukonazoldur.

Xülasə

Yuxarıda adı çəkilən sistit üçün dərmanlar mütləq müalicə həkimindən soruşulduqdan sonra qəbul edilə bilər. Özbaşına hər hansı bir preparatı içmək təhlükəlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (34 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir