Böyrək soyuqlaması

08 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 2 dəq Oxunma sayı: 15096
Böyrək soyuqlaması foto
4/5 - (22 votes)

Bel-oma nahiyəsində xoşagəlməz ağrı hissi böyrək soyuqlamasının əlamətlərindən sayılır. Sağlamlığa laqeyd yanaşıb, yelçəkəndə (skvoznyak) qalmaq, fəsilə görə geyinməmək, soyuq daş üzərində oturmaq iltihabi proseslərə yol açır. Böyrəyin iltihabı kəskin və ya xroniki olur.

Xroniki iltihab uzunmüddət gizli getdiyindən kəskin formaya nisbətən daha təhlükəlidir. Onun fəsadları ağır olur. Böyrək soyuqlaması əlamətlərinə aşağıdakılar aiddir:

  • bədən temperaturunun anidən 39°C-yə qədər yüksəlməsi;
  • soyuq tər və əzginlik;
  • artan baş ağrıları;
  • bel nahiyəsində diskomfort, böyrək ağrısı;
  • ürəkbulanma və qusma;
  • ümumi halsızlıq;
  • susuzluq;
  • ağrılı sidiyəgetmə;
  • sidiyin bulanması, tərkibində qan və çöküntünün olması.

Böyrək soyuqlaması, daha doğrusu iltihab əlamətləri ilə qarşılaşdıqda insanların yol verdikləri başlıca səhv özbaşına müalicəyə cəhd göstərməkdir. Bu isə xəstəliyin xroniki formaya keçməsinə səbəb olur. Nəticədə vəziyyət daha da pisləşir.

Böyrək soyuqlaması foto 1

Böyrək soyuqlaması zamanı nə etməli?

İlkin olaraq uroloqun qəbuluna yazılmaq lazımdır. Müayinə vasitəsilə iltihabın səbəbləri və zədələnmiş nahiyə dəqiqləşdirilir. Erkən mərhələdə xəstəliyin aşkarlanması uğurlu müalicənin təminatıdır. Belə hallarda özbaşına müalicə qadağandır.

Diaqnostika

Diaqnostika metodlara sidik və qanın ümumi analizi, sidiyin əkilməsi, uroloji ultrasəs müayinəsi aiddir.

Böyrək soyuqlaması zamanı müalicə

Xəstəyə aşağıdakı böyrək dərmanları təyin edilir:

  • antibakterial preparatlar;
  • iltihabəleyhinə vasitələr;
  • spazmolitiklər;
  • analgetiklər;
  • bitki tərkibli dərmanlar (fitopeparatlar, uroloji çaylar).

Əlavə olaraq, müalicəvi pəhrizə riayət edilməlidir. Bununla yanaşı istirahət və əmək rejimi adekvat şəkildə seçilməli, müalicəvi vannalar qəbul edilməlidir. Təkrar soyuqlama hallarına yol verilməməldir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (22 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir