Prostat ağrısı

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2096
Prostat ağrısı foto
5/5 - (1 vote)

Prostat ağrısı adətən bu orqanda iltihabi proses nəticəsində meydana çıxır. Bildiyimiz kimi prostat vəzi kişi cinsiyyət sisteminin mühüm orqanlarından biridir. Bu parenximatoz, yəni vəzili orqan cinsi hormonların ifrazında iştirak edir.

Prostatda ağrı cinsi əlaqə zamanı hiss edilə, fiziki yük və ya ağırlıq qaldırdıqda daha da kəskinləşə bilər. Prostat xəstəliyi ilə əlaqəli sancılar qasıq, aralıq, xayalıqda və oma nahiyəsində hiss olunur. Sancı sinir uclarının qıcıqlanması səbəbindən yaranır.

Prostat ağrısı – xüsusiyyətləri

Sancılar müxtəlif xarakter və intensivlikdə olur. Xəstələrdə zəif, kəskin, deşici, kəsici, göynədici ağrılar müşahidə edilir. Əksər hallarda cinsi əlaqədən uzunmüddət imtina etdikdə ağrı hissi azalır və ya tamamən itir. Ereksiya və sperma mayesinin ifrazı ilə əlaqədar anidən kəskinləşir. Ağrının xarakteri androloqa iltihabi prosesin hansı mərhələdə olduğunu aydınlaşdırmağa imkan verir.

Prostat ağrısı foto 1

Kəskin prostatit  ağrısı

Kəskin prostatitdə ağrılar ani, kəskin, intensiv olur. Həkim vəzini palpasiya etdikdə (əllə müayinə) sancılar şiddətlənir.

Xroniki prostatit ağrısı

Xroniki prostatitdə xəstələr anal dəlik, qasıq nahiyəsi və xayalıq ətrafında göynədici ağrılardan şikayət edirlər. Vəzin həkim tərəfindən palpasiyası qarnın aşağı hissəsində və penis başında sancı ilə müşayiət olunur.

Xərçəng xəstəliyində prostat ağrısı

Prostat xərçənginin gecikmiş mərhələlərində sümük sisteminə birincili metastaz zamanı xəstələri qalça, çanaq, bel və oma nahiyələrində ağrılar narahat edir.

Vəzdə ağrılar digər mühüm xəstəliklərdən də qaynaqlana bilər. Bunlar aşağıdakılardır:

Prostat ağrısı foto 2

Ağrının digər səbəbləri

Bel və aralıqda formalaşan ağrılar hər zaman prostat vəzinin problemlərindən irəli gəlmir. Onlar digər xəstəliklər: ostoeoxondroz, fəqərəarası disk yırtığı, paraproktit və s. fonunda da müşahidə oluna bilər. Buna görə də androloq həkimlər xəstələri hər zaman ətraflı müayinə edərək, yalnız laborator və instrumental nəticələrinə əsasən diaqnoz qoyurlar.

Xülasə

Kişilər bilməlidirlər ki, prostata aid xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə başlanılması tam sağalma ilə nəticələnir. Ona görə də prostat ağrısı zamanı özbaşına müalicə ilə məşğul olmaq əvəzinə, mütəxəssisə müraciət etmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir