Prostat vəzinin müalicəsi

06 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1150
Prostat xəstəliyinin müalicəsi foto
5/5 - (1 vote)

Prostat xəstəliyinin müalicəsi bir neçə yolla həyata keçirilir. Bura aşağıdakılar daxildir:

  • Antibakterial terapiya;
  • İltihabəleyhinə müalicə;
  • Səs dalğalı terapiya;
  • Prostatın masajı.

Prostat vəzinin müalicəsi xəstəliyin mənşəyi və törədicisinə əsasən dəyişir. Antibiotiklər mikroba görə həssaslıq əsasında təyin edilir. Müalicənin effektivliyini artırmaq məqsədilə prostat vəzi üçün dərmanlar lazer üsulu və masajla birgə istifadə olunur.

Prostat vəzinin dərman preparatları ilə müalicəsi

Prostat vəzinin iltihabi xəstəliyində müxtəlif qrup dərmanlar tətbiq edilir:

Virusəleyhinə

Xəstəlik virus mənşəli olduqda qəbul edilir.

  • Asiklovir;
  • Valtreks;
  • Famvir.

Famvir virus prostatitində ən yaxşı preparatlardan hesab edilir.

Prostat xəstəliyinin müalicəsi foto 1

Antibakterial                         

Bu qrup preparatlara xəstəliyin bakteriya mənşəli formalarında üstünlük verilir. Antibiotikləri düzgün seçmək üçün öncədən mikrofloranın bakterioloji əkilməsi və antibiotikoqrammaya ehtiyac yaranır. Antibiotikoqramma – əkilmə nəticəsində aşkarlanan törədicilərə əsasən antibiotik spektridir. Bu yolla törədicinin həssas olduğu antibiotiklər aydınlaşdırılır. Bakterial prostatitdə təyin edilən preparatlar aşağıdakılardır:

  • Salyutab;
  • Ofloksasin;
  • Siprofloksasin;
  • Klaforan;
  • Supraks;
  • Amoksiklav;
  • Sumamed.

Qeyri-steroid iltihableyhinə dərmanlar

Bu qrupa daxil olan dərmanlar xəstəliyin neqativ təzahürlərini (şişkinlik, əzginlik, temperaturun yüksəlməsi) aradan qaldırmaq üçündür. Onlara İndometasin, Diklofenak, Ketorol, Ketoprofen aiddir.

Diklofenak şamları ödemi azaldır. Ketorol isə kəskin və şiddətli ağrıları yox edir.

Yüksəlmiş əzələ tonusunu azaltmaq üçün preparatlar

Miorelaksantlar (Baklofen, No-şpa, Tamsulozin və s.) kiçik çanaq əzələlərinin spazmına qarşıdır.

Prostat xəstəliyinin müalicəsi foto 2

Prostat vəzinin müalicəsi – ən çox təyin edilən preparatlar

  • Prostatilen – mikrosirkulyasını bərpa edir, damarların divarını möhkəmləndirir, ödemi aradan qaldırır. Xroniki prostatitdə çox effektivdir. İnyeksiya və şam formasında buraxılır.
  • Prostamol uno – sidik-cinsiyyət sisteminin funksiyasını normallaşdırır. İltihabəleyhinə təsirə malikdir.
  • Prostanorm – prostatda maddələr mübadiləsini tənzimləyir. İltihabəleyhinə, ağrıkəsici, yüngül sidikqovucu xüsusiyyətləri vardır.
  • Prostalamin – bioloji aktiv əlavədir. Prostatın fəaliyyətini, metabolizmi və sidik ifrazını normaya salır.
  • Eskuzan – vəzidə qan dövranını yaxşılaşdırır.

Prostat vəzinin müalicəsi – səs dalğalı terapiya

Akustik səs dalğalı terapiya tibbin müxtəlif sahələrində tətbiq olunur. Aşağı tezlikli akustik səs dalğaları diabet xorasının sağalmasında, vətər və bağların iltihabında, həmçinin stenokardiya əlamətlərinin yüngülləşməsində, böyrək daşının parçalanmasında effektiv hesab olunur.

Bu üsuldan son zamanlar urologiya və andrologiyada cinsi zəifliyin müalicəsində, Peyroni xəstəliyində (penisin anadangəlmə əyri olması), prostatın hiperplaziyasında, xroniki prostatitdə geniş istifadə edilir.

Səs dalğalı terapiyanın mahiyyəti

Akustik dalğalar prostat vəzinin toxumalarına fokuslanaraq, hüceyrə səviyyəsində təsir göstərir. Nəticədə müxtəlif bioloji aktiv hissəciklər əmələ gəlir. Onlar da öz növbəsində aşağıdakı funksiyaları yerinə yetirir:

  • Vəzidə qan dövranını yaxşılaşdırır, durğunluğu aradan qaldırır;
  • İltihabı və ağrını azaldır;
  • Çanaq dibi əzələlərini boşaldır;
  • Toxumaların bərpasına səbəb olur;
  • Dərmanların effektivliyini artırır, vəzidə maddələr mübadiləsini tənzimləyir.

Bu metodla müalicə olunan xəstələrin 80%-də müsbət nəticələr əldə edilmişdir.

Prostat xəstəliyinin müalicəsi foto 3

Prostat vəzinin müalicəsi zamanı səs dalğalı terapiya necə aparılır?

Səs dalğalı terapiya əlavə mənfi təsirləri olmayan qeyri-invaziv prosedurdur. Həkim cihazı xəstənin ağrıya həssaslığına əsasən individual şəkildə tətbiq edir.

Aralıq nahiyəsinə və ya cinsi orqanın əsasına xüsusi gel sürtülür. Müxtəlif kənarlardan applikatorlar qoyulur. Artıq 1 seansdan sonra xəstə ağrının azaldığını hiss edir. Kursun intensivliyi həftədə 3 prosedur olmaqla 10 dəqiqə davam edir.

Prosedura əks-göstərişlərə kəskin infeksiyalar, qanın laxtalanmasının pozulması, qan durulaşdırıcı dərmanların istifadəsi, steroid preparatlarla müalicə, şiş xəstəlikləri aiddir.

Prostat vəzinin masajla müalicəsi

Vəzin masajı əksərən xroniki prostatitdə tətbiq olunur. Anal kanaldan barmaq vasitəsilə prostata təsir edilir, şirənin və irinin xaric olmasına şərait yaradılır. Masajla aşağıdakı effektlərə malikdir:

  • Axarların keçiriciliyini bərpa edir;
  • Antibiotiklərin toxuma keçiriciliyini artırır;
  • Qan dövranını yaxşılaşdırır;
  • Əzələ tonusunu normaya salır;
  • Prostatdan venoz qan və limfa axınını tənzimləyir.

Prosedura əks-göstərişlər:

  • Kəskin prostatit, uretrit, orxoepididimit. Uretrit sidik kanalın, orxoepididimit isə xaya və xaya artımının iltihabıdır.
  • Prostat xərçəngi;
  • Prostat adenoması;
  • Vəzidə daş, kalsinat, vərəm prosesi;
  • Anal çat, babasil.

Xülasə

Prostat vəzinin müalicəsi əksər hallarda sadaladığımız sxem üzrə aparılır. Sadəcə onu da vurğulamaq lazımdır ki, qeyd olunan dərmanlar nümunə məqsədilə göstərilmişdir. Hər bir halda xəstəliyin müalicəsi yalnız uroloq və ya uroloq-androloq tərəfindən təyin olunmalıdır. Özbaşına içilən dərmanlar arzuolunmayan hallar törədə bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir