Prostat vəzi üçün dərmanlar
Prostat xəstəliyinə kişilərin 1/3-də rast gəlinir. Bu patologiya müxtəlif üsullarla: medikamentoz (dərmanlarla), təbii və cərrahi yolla müalicə edilir. Yeri gəlmişkən qeyd edək ki, prostat əməliyyatının qiyməti xəstəlikdən və onun mərhələsindən asılı olaraq dəyişir. Medikamentoz müalicədə istifadə olunan prostat vəzi üçün dərmanlar bir neçə qrupa bölünür.
Antibakterial preparatlar
Antibakterial dərmanlar (siproflokasasin və azitromisin tərkibli) patogen mikrofloranın məhv edilməsində böyük rol oynayır. Preparatların aktiv komponentləri sayəsində infeksion prosesi törədən mikroblar yox olur. Antibiotiklər xəstəliyin kəskinləşmə və remissiya (əlamətlərin sönməsi) dövründə qəbul edilir.
Prostat vəzi üçün dərmanlar – alfa-adrenoblokatorlar
Alfa-adrenoblokatorlar: Tamsulozin, Omnik urodinamikanı, yəni sidik axınını yaxşılaşdırmaq və vəzin hiperplaziyasının (böyüməsi) qarşısını almaq üçündür.
Adenorm və Bazetam, Flosin prostat adenomasında effektivdir. Onlar kapsul şəklində buraxılır. Bu preparatların aktiv maddəsi olan tamsulozin hidroxlorid vəzin saya əzələlərinin tonusunu azaldır. Gündəlik doza 1 kapsuldur. Preparat səhər vaxtı ac qarına çoxlu miqdarda su ilə içilir.
Uşaqlar, eləcə də ağır forma qaraciyər çatışmazlığından əziyyət çəkən şəxslərə preparatın qəbulu qadağandır. Alfa-adrenoblokatorların tətbiqi zamanı yan təsirlər: başgicəllənmə, dəridə qızarma, səpki, qaşınma, təzyiqin anidən kəskin şəkildə enməsi müşahidə oluna bilər.
Prostat vəzi üçün dərmanlar – spazmolitiklər
Spazmolitiklər: Noşpa, Spazmalqon, Papaverin saya əzələlərin boşalması, ağrının aradan qaldırılması, qan dövranının normallaşması məqsədilə təyin edilir.
Qeyri-steroid iltihabəleyhinə preparatlar
Ağrıkəsici təsirə malik qeyri-steroid iltihabəleyhinə dərmanlar – Midokalmom, Nimesulid, Meloksikam, Diklofenak sidik ifrazının pozulması, aralığın tonusunun yüksəlməsi, deşici ağrıların və iltihabi proseslərin yaranması zamanı tətbiq olunur.
Prostat vəzi üçün dərmanlar – analgetiklər
Bu qrupa daxil olan Andipal, Analgin, Baralgin, Diklofenak ağrı hissini azaldır. Onlar tablet, rektal şam və inyeksiya şəklində istifadə olunur.
Prostat vəzi üçün dərmanlar – fitopreparatlar
Bitki tərkibli preparatlar: Prostamol uno, Prostata-forte, Prostanorm təbii komponentlərdən təşkil olunmuşdur. Onlar farmakoloji dərmanlarla kompleks şəkildə qəbul edilir. Fitopreparatlar ağrı, iltihab və psixoloji gərginliyin azalmasına səbəb olur. Bu tip dərmanlar həm də xroniki sistit və onun kəskinləşmələrində müsbət nəticələr verir.
Prostat vəzi üçün preparat – Bioprost
Bakterial və qeyri-bakterial mənşəli xroniki prostatit, eləcə də adenoma zamanı tövsiyə edilir. Onun tərkibi boranı tumunun yağı və timoldan ibarətdir.
Timol
İltihabəleyhinə, ağrıkəsici və antibakterial xüsusiyyətlərə malikdir. Şam şəklində buraxılır. Gündə 1-2 dəfə anal nahiyədən daxilə yeridilir. Müalicə kursu 14 gündür.
Peponen aktiv
Bitki tərkibli preparatdır. Prostatitin müalicəsi üçün nəzərdə tutulur. Əsas komponenti boranı tumu yağıdır. Tərkibindəki maddələr dehidrotestosteron hormonunun sintezini ləngidir. Peponen aktiv həm də iltihabı azaldır, mikrosirkulyasiyanı tənzimləyir.
Prostatın müalicəsi ilə yanaşı bağırsağı da şlaklardan təmizləyir. Preparat 1 kapsul olmaqla, gündə 3 dəfə yeməkdən sonra içilir. Müalicə müddəti 1 aydır. Öd daşı və mədə-bağırsaq xəstəliklərində onun istifadəsi icazəli deyil.
Prostamed
Bitki tərkibli vasitə xroniki prostatit və vəzin hiperplaziyası (vəzin böyüməsi) zamanı tətbiq olunur. Preparat boranı tumları tozu, qızılsəbət ekstraktı, boranı qlobulini, əsməqovaq yarpağı ekstraktı əsasında hazırlanılır. Prostamed tablet formasında buraxılır. Həkimlər gündə 3 dəfə 1 kapsul qəbul etməyi məsləhət görürlər. Müalicə 12 həftə davam edir.
Prostat vəzi üçün hormonal dərmanlar
Bu qrupa daxil olan Androkur, Flutamil iltihabi prosesi ləğv edir, vəzin şişkinliyini azaldır, sidik ifrazını normallaşdırır.
Prostat vəzi üçün dərmanlar – bioloji aktiv əlavələr
Bunlara Prostatan və Prostata plus aiddir. Prostata plus tablet şəklindədir. Tərkibində boranı tumları tozu, selen, sink, sitrus pektini, gicitkən ekstraktı, pomidordan alınan likopen, Afrika palmasının ekstraktı, Afrika gavalı ağacının qabığının ekstraktı mövcuddur. Dərman 30 gün müddətində gündə 1 dəfə yemək vaxtı qəbul edilir.
Xomvio prostan
Xomvio prostan – sidik-cinsiyyət sistemi və prostat xəstəliklərində təyin olunur. Preparat iltihabi prosesi və spazmı aradan qaldırır.
İstifadəsinə göstərişlər:
- prostat adenoması;
- sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri;
- kəskin və xroniki sidik ləngiməsi;
- pielonefrit;
- böyrək daşı sancısı;
- böyrək daşı xəstəliyi.
Preparatın prostatit üçün nəzərdə tutulan forması damcı şəklində buraxılır. 1 dəfəyə 5-15 damcı içilir. Gündə 3 dəfə qəbul etmək məsləhət görülür. Qaydaya əsasən dərmanı yeməkdən 30 dəqiqə sonra ağıza tökərək, yavaş-yavaş sormaq lazımdır. Müalicə müddəti patoloji prosesdən asılıdır. Minimal olaraq, 6 həftə götürülür.
Xülasə
Tərkibindən asılı olmayaraq prostat vəzi üçün bütün dərmanlar həkim təyinatı ilə alınmalıdır. Özbaşına müalicə arzuolunmaz fəsadlar törədə bilər.