Prostatan

28 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4846
Prostatan foto 5
3.5/5 - (16 votes)

Prostatan – bitki ekstraktlarından hazırlanılan və sink-aminoxelat ilə zənginləşdirilən qida əlavəsidir. Bu məhsul kapsul şəklində istehsal edilir.

Prostatan nə üçündür?

Bu vasitə prostat vəzin fəaliyyətini tənzimləyir. Tərkibinə palma, gicitkan və boranı tumu ekstraktları, eləcə də likopen əsaslı bioloji aktiv komponentlər daxildir.

Palma ekstraktı – kişi cinsi orqanlarının fəaliyyətini tənzimləyir. Spermanın miqdarını artırır.
Balqabaq tumu ekstraktı – prostat vəzinin işini normallaşdırır, sidik ifrazını yaxşılaşdırır.
Gicitkan ektraktı – iltihabəleyhinə və sidik qovucu təsirlərə malikdir, həmçinin sidik-ifrazat sistemində olan daşları parçalayır.
Sink – potensiyanı artırır, spermatogenezi aktivləşdirir.
Lİkopin – antibakterial və göbələkəleyhinə təsir göstərir.

Prostatan foto 1

Prostat problemi niyə yaranır?

Prostat vəzi endokrin sistem tərəfindən tənzimlənir. Cinsi hormonlar, xüsusilə testosteron vəzin funksionallığında mühüm rol oynayır. Testosteron prostat vəzidə toplanaraq, dehidrotestosterona çevrilir.

Bu hormon isə spesifik reseptorlar vasitəsilə vəzin hüceyrələrinə birləşərək, onların böyümə və bölünməsini stimulə edir. Dehidrotestosteronun səviyyəsi çox olduqda prostat vəzinin hipertrofiyası və şiş əmələ gəlmə riski yüksəlir.

Arzuolunmaz dəyişikliklərin qarşısını necə almaq olar?

Bəzi aktiv hissəciklər, məsələn, palma ekstraktı testosteronun dehidrotestesterona çevrilməsini ləngidir. Bu maddə dehidrotestosteronun prostata təsirini azaldır. 40 yaşdan yuxarı kişilərə palma ekstraktının müntəzəm qəbulu məsləhət görülür.

Prostatan – effektləri

  • Prostat vəzidə testosteronun ifrat dərəcədə aktivliyini zəiflədir;
  • Prostatitin və cinsi disfunksiyanın qarşısını alır;
  • Orqanizmi zərərli toksinlərdən və şlaklardan təmizləyir;
  • Kişi cinsi hormonlarının səviyyəsini stabilləşdirir;
  • Sidik-cinsiyyət sisteminin fəaliyyətini normaya salır;
  • Xərçəng hüceyrələrinin əmələ gəlmə ehtimalını azaldır;
  • Toxumaların qocalma prosesini ləngidir.

Prostatan şəkil 3

Prostatan oxşar təsirə malik digər bioloji əlavələrdən nə ilə fərqlənir?

Aktiv palma ekstraktı ilə yanaşı Prostatanın tərkibində prostat vəzinin normal fəaliyyətini dəstəkləyən digər maddələr də mövcuddur. Boranı tumu ekstraktı digər inqrediyentlərlə birgə seksual disfunksiyanın inkişafının qarşısını alır. Likopen sərbəst radikalları neytrallaşdırır, vəzidə testosteronun həddindən artıq ifrazına və mənfi təsir göstərməsinə yol vermir.

Sink isə güclü antioksidant hesab olunur. Xelat formasında sink tez sorulur. Qeyri-üzvi formada mineral maddələr orqanizm tərəfindən absorbsiya (sorulma) olunmadığı halda, xelat formasında sink mədə-bağırsaq traktında qida ilə birlikdə asanlıqla həzm olunur.

Prostatan – istifadə qaydası

Preparat gündə 2 dəfə 1 kapsul olmaqla daxilə qəbul edilir. Tövsiyə edilən doza həddini aşmaq olmaz.

Prostatan – qida dəyəri

PROSTATAN 1 kapsul 2 kapsul
Palma ekstraktı 160 mq 320 mq
Boranı tumları 100 mq 200 mq
Gicitkən ekstraktı 100 mq 200 mq
Likopen 0.5 mq 1 mq
Sink 5 mq 10 mq

Bəzi insanlarda preparatın tərkib komponentlərinə qarşı allergiya ola bilər.

Xülasə

Prostatan dərman preparatı deyil, sadəcə qida əlavəsidir. Ondan özbaşına müalicə məqsədilə istifadə etmək olmaz. Hər bir halda uroloqla məsləhətləşmək vacibdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.5/5 - (16 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir