Varikosel nədir?

03 Noyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 688
Varikosel nədir? foto
5/5 - (1 vote)

Varikosel nədir dedikdə xayalığın toxum ciyəsində və xayada damar genişlənməsi nəzərdə tutulur. Xəstəlik əksərən soltərəfli olub, qan damarlarının fəaliyyətinə bütövlükdə təsir edən xəstəlikdir.

Varikoselin səbəbi nədir?                     

Varikoselin yaranma səbəblərinə aşağıdakılar aiddir:

  • varikoz xəstəliyinə genetik meyllik;
  • fiziki yüklənmə və gərginlik;
  • cinsiyyət orqanlarında vena zədələnməsinə şərait yaradan anatomik anadangəlmə struktur;
  • törəmələr (xoş və bədxassəli);
  • xroniki qəbizlik və diareya (ishal);
  • qeyri-müntəzəm intim həyat;
  • piylənmə;
  • müxtəlif iltihabi xəstəliklər.

Varikosel nədir? foto 1

Varikosel xəstəliyinin mərhələləri

Birinci mərhələdə xəstəliyin xarici təzahürləri müşahidə olunmur. Genişlənmiş damarlar yalnız palpasiyada (əllə müayinədə) bilinir.

İkinci mərhələdə varikoz damarlar aydın şəkildə nəzərə çarpır. Ancaq xayanın ölçüləri olduğu kimi qalır.

Üçüncü mərhələdə varikoz genişlənmə parlaq şəkildə biruzə olur. Xayanın ölçüləri dəyişir, yəni kiçilir.

Varikoselin simptomatikası nədir?

Erkən mərhələlərdə xəstəlik simptomsuz keçərək kişiyə narahatlıq törətmir. Ancaq varikosel xroniki formaya keçməyə meyllidir. Belə hallarda intim həyatda diskomfort ilə yanaşı, sonsuzluq da ortaya çıxır.

Varikosel ağrısı qasıq, xayalıq və hər iki xayada müşahidə oluna bilər. Cinsi əlaqə, qaçış zamanı, piyada yeridikdə, ağırlıq qaldırdıqda ağrı hissi kəskinləşir.

Varikosel nədir? foto 3

Varikoselin diaqnostikası     

Birincili diaqnostikaya xəstənin fiziki yolla və ultrasəslə müayinəsi daxildir. Bundan əlavə androloq xəstəni qanda cinsi hormonların təyini və spermaqramma analizlərinə yönləndirir. Bu müayinələr orqanizmin fertilliyini (mayalandırma qabiliyyətini) dəyərləndirmək üçündür.

Varikosel nədir və necə müalicə olunur?                    

Varikoselin müalicəsi cərrahi yolla aparılır. Əməliyyatın müxtəlif növləri mövcuddur. Mikrocərrahiyyə üsulu daha effektiv sayılır. Bu üsul toxumaları minimal zədələdiyindən sağalma dövrü qısa olur. Əməliyyatın məqsədi xayada normal qan dövranını və spermatogenezi (spermatozoidlərin əmələ gəlmə prosesi) bərpa etməkdən ibarətdir.

Spermanın keyfiyyətinin yaxşılaşması, ağrı simptomlarının aradan götürülməsi tam təşəkküllü intim həyat keçirtməyə imkan yaradır. Xəstəliyin genetik xüsusiyyətinin olması da istisna deyildir. Bu səbəbdən ildə ən azı 2 dəfə uroloq, uroloq- androloqun müayinəsindən keçmək lazımdır.

Varikosel xəstəliyində əməliyyatsız müalicə mümkündürmü?

Əməliyyat etmədən xəstəni sağaltmaq real deyil. Toxum ciyəsi venalarının varikoz genişlənməsində xalq təbabəti üsulları bir o qədər effektiv deyildir.

Xülasə

Məqalədə varikosel nədir sualına ətraflı cavab verməyə çalışdıq. Xəstəliyin profilaktikası məqsədilə sağlam həyat tərzi keçirtməyi tövsiyə edirik.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir