Prostat çayı

Prostat xəstəliyinə adətən 45 yaşdan yuxarı kişilərdə rast gəlinir. Prostat vəzinin bitkilərlə müalicəsi müasir tibb tərəfindən də təsdiqlənir. Bunun üçün müxtəlif qarışıqlardan ibarət prostat çayı istifadə oluna bilər.
Prostatitdə bitki çayının faydaları
Bitki çayları ilə prostat vəzinin təbii yolla müalicəsinin bir çox üstünlükləri vardır. Farmakoloji dərmanlardan fərqli olaraq, prostat çayı orqanizmə mənfi təsir göstərmir. Çaylar iltihabı aradan qaldırmaqla yanaşı, eyakulyatın (sperma mayesinin) keyfiyyətini yaxşılaşdırır, cinsi aktivliyi bərpa edir, immuniteti gücləndirir.
Prostat çayının tərkibindəki komponentlər öyrəşmə və asılılıq yaratmır. Prostatın profilaktikasında ən faydalı vasitələr – monastır çayı, İvan-çay, uroloji və qafqaz qarışığıdır.
Monastır çayı
Prostat vəzinin müalicəsində ən effektiv təbii vasitələrdən biri monastır çayı sayılır. O, geniş spektrli müalicəvi təsirə malikdir. Çayın tərkibinə: çobanyastığı (romaşka), itburnu, nanə, ardıc, andız, şüyüd, adi razyana, gülümbahar çiçəkləri daxildir.
Prostat üçün monastır çayı prostatitin simptomatikasına aşağıdakı formada təsir göstərir:
- aralıq və anusda kəskin, göynədici ağrı spazmını yox edir;
- vəzidə durğunluğun qarşısını alır;
- sidik ifrazını yaxşılaşdırır;
- ereksiyanın (penisin sərtləşməsi) davamlılığını artırır.
Monastır çayı digər vasitələrlə birlikdə kompleks müalicəyə daxil edilir. Həm müalicə, həm də profilaktika məqsədilə cavan və orta yaşlı kişilərə məsləhətdir.
İvan-çay
Tərkibi faydalı və müalicəvi komponentlərlə: efir yağları, üzvi karotinoid piqmentlər, bitki polifenolları, flavanoidlər, nişasta və C vitamini ilə zəngindir.
Sadalanan elementlər insan orqanizminə müsbət təsir göstərir, xüsusilə kişilərin cinsi xəstəliklərdən qurtulmasına kömək edir. Çayın antibakterial və iltihabəleyhinə xüsusiyyətləri vardır.
Dəmləmə qaydası: 1 xörək qaşığı otu 250 ml təmiz suya töküb vam odda (zəif atəşdə) dəmləyin. Hazır məhlulun 1/3-ni gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin.
Prostat çayı: Uroloji qarışıq
Uroloji prostat çayı itburnu meyvələri, bağayarpağı, gicitkən və damotundan ibarətdir. Onlar cinsiyyət sistemində iltihab yaradan bakteriya və viruslarla effektiv mübarizə aparır. Uroloq həkimlər tərəfindən bu qarışığın prostat vəzin funksiyalarını yaxşılaşdırdığı təsdiqlənmişdir. Çayın hazırlanma və içilmə qaydası çox sadədir: 1 xörək qaşığı otu 1 stəkan qaynar suya töküb dəmləyin. Gündə 3 dəfə yeməkdən sonra için.
Prostat çayı: 5№li Qafqaz qarışığı
Sidik-cinsiyyət sisteminin və prostat vəzin müalicəsində faydalı vasitə hesab olunur. Qafqaz qarışığı xəstəliyin səbəbləri və simptomları ilə mübarizə aparamağa kömək edir. Təbii komponentləri sayəsində prostatit zamanı aşağıdakı müalicəvi təsirlərə malikdir:
- İltihabi prosesi aradan qaldırır;
- Vəzin fəaliyyətini normallaşdırır;
- Potensiyanı gücləndirir, ereksiyanın davamiyyətini artırır;
- Ağrıkəsici təsir göstərir.
İstifadədən bir neçə gün sonra qarışığın müsbət effektini görmək mümkündür. Onu hazırlamaq üçün 0.5 litr qaynar suya 1 xörək qaşığı ot töküb, 1 saat dəmləyin. Sutkada 4 dəfə yeməkdən öncə için. Müalicə kursu 30 gündür.
Xülasə
Məqalədə ən effektiv və sınanmış prostat çayı qarışıqlarını Sizin nəzərinizə çatdırdıq. Onların əlavə mənfi təsirlərinə indiyə qədər rast gəlinməmişdir. Sadəcə tərkiblərindəki hər hansı komponentə qarşı fərdi allergiya yarana bilər. Bu vasitələr təbii və zərərsiz olsalar da, istifadədən əvvəl həkimlə məsləhətləşməyi unutmayın.