Prostat vəzinin bitkilərlə müalicəsi   

06 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1127
Prostat vəzinin bitkilərlə müalicəsi foto
Rate this post

Prostat vəzinin iltihabi xəstəliyi kəskin və xroniki gedişli olur. Müalicə sxemi buna əsasən tərtib edilir. Prostatitli xəstələrdə xalq təbabəti vasitələrindən ağrı və iltihab əlamətlərinin azaldılması məqsədilə istifadə olunur. Prostat vəzinin təbii yolla müalicəsi (bitkilər, bal, fiziki hərəkətlər) çox vaxt dərmanlarla kombinə olunmuş formada aparılır.

Prostat vəzinin bitkilərlə müalicəsi – üstünlükləri

Bitkilərə alçaldıcı şəkildə baxmaq düzgün deyildir. Kimyəvi araşdırmalar nəticəsində bitkilərin tərkibində orqanizmə xeyirli mineral və vitaminlərin olması sübut edilmişdir. Prostat vəzinin təbii yolla müalicəsi aşağıdakı üstünlüklərə malikdir:

  • Bitkilərin mənfi təsiri kimyəvi preparatlara nisbətən azdır;
  • Eyni zamanda bir neçə xəstəliyi müalicə etmək olar;
  • Təbii vasitələr həm də immuniteti gücləndirir.

Prostat vəzinin bitkilərlə müalicəsi foto 1

Prostat vəzinin bitkilərlə effektiv müalicəsi

Otlardan düzgün proporsiyalarda hazırlanmış və mütəmadi şəkildə istifadə olunan reseptlər aşağıdakı nəticələri verir:

  • Virusları məhv edir;
  • İltihab və spazmı azaldır;
  • Mikrobları təmizləyir;
  • Qanaxmanı dayandırır;
  • Ağrını azaldır;
  • İmmun sistemi normallaşdırır;
  • Cinsi funksiyanı gücləndirir.

Prostat vəzinin bitkilərlə müalicəsi – faydalı reseptlər

  • Hər birindən 1 xörək qaşığı olmaqla, dərman rozmarini, ayıqulağı (toloknyanka), dağtərxunu (pijma) bitkilərini 400 ml isti suda qarışdırın. Termosda 2-3 saat dəmləyin. Soyuduqdan sonra qalın tənziflə süzün. Səhər saatlarında 3 qurtum için.
  • 1 xörək qaşığı çobanyastığı (romaşka), exinaseya və dazını (zveroboy) 350 ml suda 10 dəqiqə qaynadın. Soyudub süzün. Səhərlər qəbul edin.
  • Kiçik çanaq orqanlarında qan durğunluğunu azaltmaq məqsədilə biyan kökü (koren solodki), xəşənbül (donnik), gicitkandan 1 xör.qaşığı götürüb, 30 dəqiqə qaynar suda qarışdırın. Süzdükdən sonra sutkada 4 dəfə için.
  • Prostat vəzinin müalicəsi üçün cəfəri çox faydalıdır. Onun yarpaqlarını, quru otunu salatlarda və dəmləmə şəklində istifadə etmək mümkündür.

Prostat vəzinin bitkilərlə müalicəsi foto 2

Prostat vəzinin bitkilərlə termal müalicəsi  

Mötərizədəki rəqəm nisbəti ifadə edir:

  • Sürünən kəklikotu (timyan polzuçiy) (1)
  • Çobanyastığı (romaşka) (1)
  • Adaçayı (şalfey) (1)
  • Cökə (lipa) (1)
  • Bataqlıq qurucası (suşeniça bolotnaya) (2)
  • Xamerion (ivan-çay) (2)

Qarışıqdan 5-6 xörək qaşığı götürüb, 2 litr qaynar suda qarışdırın. 1 saat saxlayın. Sonra iri qaba töküb, üzərində 15 dəqiqə oturun. Prosedur 14 gündür.

Prostat vəzinin bitkilərlə müalicəsi – növbəti reseptlər

Ayrıqotu

Sidikqovucu və iltihabəleyhinə təsirlərə malikdir. 2 çay qaşığı xırdalanmış kökləri 200 ml soyuq suda gecədən səhərə qədər saxlayın. Səhər saatlarında qarışığı 1500 ml qaynar suya qatıb, 1 saat gözləyin. Çayı gündə 3 dəfə qəbul edin.

Propolislə imalə (klizma)

1 çay qaşığı propolis yağını 100 ml südlə yeməkdən öncə için. Onu imalə formasında da istifadə etmək olar. Bunun üçün aşağıdakıları bilmək lazımdır:

  • müalicənin ən effektiv növü həkim tərəfindən seçilməlidir.
  • satın alarkən propolisin keyfiyyətinə diqqət yetirilməli, çiçəklərinin rəngi açıq və xoşətirli olanlara üstünlük verilməlidir.

İmalə resepti:

  • 40 qram propolis və 2 qram kakaonu 200 ml spirtdə həll edin
  • 2 qram qarışığı armudvari imaləyə tökün (sprinsovka)
  • anal nahiyədən aparmaqla proseduru 2 ay təkrarlayın.

Həkimdən soruşduqdan sonra kursu davam etdirə bilərsiniz.

Prostat vəzinin bitkilərlə müalicəsi şəkil 4

Prostat vəzinin bitkilərlə təbii müalicəsi

Bitkilərlə balın qarışığı

Cökə, dazı, çobanyastığı, dəmrovotu (çistotel) otlarını eyni nisbətdə qarışdırın. 2 xörək qaşığı qarışığa 500 ml isti su və bir qədər bal əlavə edin. Çayı yeməkdən sonra qəbul edin. Gündəlik norma 50 ml-dir.

Boranı tumları

Yaşından asılı olmayaraq bütün kişilər üçün sink çox faydalıdır. Gün ərzində 30 qram boranı tumu bir çox xəstəliklərin qarşısını alır. 500 qram boranı tumunu blenderdə və ya ət maşınında əzin. Üzərinə 1 stəkan bal əlavə edin. Həmcins məhlul alınana qədər yaxşıca qarışdırın. Qarışıqdan kiçik toplar hazırlayın. Onları yeməkdən 30 dəqiqə əvvəl yeyin.

Sarımsaq

İmmuniteti gücləndirməklə yanaşı əksər xəstəliklərin müalicə və profilaktikasında təsirlidir. Yemək zamanı 1 diş sarımsağın qəbulu iltihabi prostat xəstəliyinin qarşısını almaqda mühüm rol oynayır.

Prostat vəzinin bitkilərlə müalicəsi – xülasə

Yuxarıda sadalanan bitkilərdən əlavə aptekdə hazır qarışıq şəklində satılan prostat çayından da isitfadə etmək olar. Prostat vəzinin xəstəliklərinin profilaktik tədbirlərinə piyada gəzintiləri, cinsi infeksiyaların vaxtında müalicəsi, prostat üçün xeyirli qidaların istifadəsi aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir