Prostat vəzinin təbii yolla müalicəsi

08 Noyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 6275
Prostat vəzinin təbii yolla müalicəsi foto
4/5 - (2 votes)

Prostat xəstəlikləri müxtəlif üsullarla müalicə olunur. Bura dərman preparatları, təbii vasitələr və cərrahi yol aiddir. Prostat vəzinin təbii yolla müalicəsi müasir tibbdən heç də geriyə qalmır və xəstənin vəziyyətini bəlli dərəcədə yaxşılaşdırmağa imkan yaradır. Təbii yolla hazırlanan bəzi dəmləmə və şirə reseptlərinə nəzər yetirək.

Qəpikotu ilə prostatitin müalicəsi

25 qram bitki köklərini 1 litr qaynamış qaynar su ilə qarışdırıb termosda 1 saat saxlayın. Gündə 3 dəfə yeməkdən öncə çay şəklində 1/3 stəkan daxilə qəbul edin. Onu süd və bal ilə də içmək olar. Bu məhlul prostatitdən əlavə kəskin respirator virus infeksiyaları, qrip, haymorit kimi iltihabi xəstəliklərlə mübarizəni gücləndirir. Dəmləmə xoşagəlimli dada malikdir.

Prostat vəzinin təbii yolla müalicəsi – qulançar şirəsi

Qulançar şirəsinin gündəlik dozasına hədd qoyulmur. Nə qədər içə bilirsinizsə, o qədər qəbul edin. Müsbət nəticənin əldə olunması üçün gündə ən azı 600 ml şirə içilməlidir.

Ümumiyyətlə, heyvan mənşəli zülalların daimi istifadəsi böyrəkləri və digər orqanların yükünü artırır. Nəticədə sidik turşusunun az miqdarı orqanizmdən xaric olur, çox hissəsi isə əzələlər tərəfindən sorulur. Bu isə prostat xəstəliyinin səbəblərindən sayılır. Belə hallarda qulançar, kök, çuğundur və xiyar şirələri çox faydalıdır. Onları qarışdırıb içmək lazımdır.

Prostat vəzinin təbii yolla müalicəsi foto 1

Prostat vəzinin təbii yolla müalicəsi – propolis

Propolis ekstraktını hazırlamaq üçün 40 qram propolisi 200 ml təmiz spirtdə buxarlandırın. Sonra 0.1 qram propolis ekstraktı və 2 qram kakao yağından şam hazırlayın. Sutkada 1 dəfə axşam vaxtı bu şamı düz bağırsağa qoyun. Müalicə 30 gün davam edir. 1-2 ay fasilədən sonra kursu təkrarlamaq lazım gəlir.

Prostat vəzinin qaz qaytarması ilə təbii müalicəsi

Qaz qaytarmasının (qusinaya lapka) süddə dəmləməsi prostatit, nefrit, böyrək daşı, sistit xəstəliyində effektiv vasitədir. O həm də güclü sidikqovucudur.

Prostat vəzinin təbii yolla müalicəsi – cəfəri toxumları

Cəfəri toxumlarını toz halında üyüdün. Ondan 4 çay qaşığı götürüb, 1 stəkan qaynadılmış suya əlavə edin. 15 dəqiqə qaynadın, soyuduqdan sonra süzün. Gündə 4-6 dəfə 1 xörək qaşığı daxilə qəbul edin.

Toxumlardan soyuq çay da hazırlamaq mümkündür. Bunun üçün 1 xörək qaşığı toxumu 1 stəkan qaynar suda 8 saat saxlayın. Gündə 1/4 stəkan həcmində 4 dəfə için.

Prostat vəzinin təbii yolla müalicəsi – aclıq

Piylənmədən əziyyət çəkən şəxslərdə prostat adenoması aşkarlandıqda ac qalmaq tövsiyə olunur. Aclıq əlamətlərin müvəqqəti yüngülləşməsinə səbəb olur. Belə hallarda həyat tərzini tamamən dəyişdirmək zəruridir. Prostat ölçülərini bariz dərəcədə kiçiltmək üçün qısamüddətli aclıq kifayət deyil. Prostatitin erkən mərhələsində 1-2 həftəlik aclıq sidiyin normal axınını təmin etməyə imkan yaradır.

Prostat vəzinin təbii yolla müalicəsi foto 3

Prostat vəzinin təbii yolla müalicəsi – Vanqanın reseptləri

  • yanmış cökənin kömürünü xırda rəndələyib, qəhvə kimi dəmləyin. 7 gün ərzində qəbul edin.
  • 10 ml düzqalxan qaytarmanı, dərman sabunotunu, 20 ml ağ öksəotu dəmləməsi və 10 ml kinə çayını qarışdırıb, gündə 3 dəfə 30-50 damcı istifadə edin.

Prostat vəzinin təbii yolla müalicəsi – meşə fındığı çayı

Meşə fındığının qabıqları və ya yarpaqlarından 1 xör.qaş. götürüb, 1 stəkan qaynar suda dəmləyin. Ağzını bərk bağlayıb, 30 dəqiqə saxlayın. Daha sonra süzün və gündə 4 dəfə ¼ stəkan için.

Prostat vəzinin təbii üsulla müalicəsi –  əsməqovaq

Əsməqovaq qabığını aprelin 2-ci yarısında yığın. Qabığın qalınlığı 3-5 mm olmalıdır. Qabıqları topladıqdan sonra sobada və ya qaranlıqda qurudun. Növbəti mərhələdə qabıqlardan 100 qram götürüb, xırdalayın. 0,5 litrlik bankaya doldurun və üzərinə 200 ml araq əlavə edin. Bankanı qapaqla bağlayıb, 2 həftə qaranlıq yerdə saxlayın. Daha sonra süzün. Gündə 3 dəfə 1/4 stəkan suya hazır qarışıqdan 20 damcı əlavə edib için. Məhlul yeməkdən öncə qəbul edilir.

Prostatın təbii üsulla müalicəsi – şabalıd

Prostat adenoması və prostatitdə şabalıd qabıqları çox effektivdir. Qabıqlar iynəli olmalıdır. Onları dəmləyib çay əvəzinə için. Həmçinin çaydan mikroimalə də etmək olar. Bu məqsədlə 250 ml dəmləmə həftədə 2 dəfə düz bağırsaqdan yeridilir.

Sentyabrda yetişib qəhvəyi rəng alan şabalıdları toplayın və təmizləyin. Xıradalanmış qabıqlardan 3 xör.qaş. götürüb, 600 qr. qaynar suya qatın. Bütün gecəni saxlayın. Səhər yuxudan oyandıqda süzüb, həcmi 200 qrama çatana qədər su hamamında buxarlandırın. Gündə 3 dəfə acqarnına 30 damcı için. Hazır qarışığı soyuducuda saxlayın. Müalicə müddəti dərman bitənə qədər davam edir. 2 ay fasilədən sonra qəbulu yenidən təkrarlayın. Cəmi 3 kurs kifayətdir.

Xülasə

Prostatın təbii yolla müalicəsi faydalı sayılsa da, bu reseptləri tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (2 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir