Uroloq kimdir?

12 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 590
Uroloq kimdir? foto
Rate this post

Belə bir fikir mövcuddur ki, uroloq ancaq kişi xəstəliklərini müalicə edir. Ancaq bu fikir yanlışdır. Bəs uroloq kimdir? Uroloq sidik yolları sisteminin xəstəliklərini həm kişilərdə, həm də qadınlarda müalicə edən mütəxəssisdir.

Urologiya haqqında

Tibbin bu sahəsi pediatriya, andrologiya və ginekologiya ilə sıx əlaqəlidir. Pediatriya – uşaqlarda rast gəlinən patologiyalar, andrologiya – kişilərdə, ginekologiya isə qadınlarda cinsiyyət orqanı xəstəliklərini öyrənən elmdir. Uroloq həkimlər aşağıdakı patologiyaları müalicə edirlər:

  • Sistit xəstəliyi – patogen və şərti-patogen mikroorqanizmlərin fəaliyyəti nəticəsində yaranan iltihabi prosesdir;
  • Uretrit – sidik kanalının iltihabı olub, əsasən xlamidiya, viruslar və bağırsaq çöpləri tərəfindən törədilir;
  • Pielonefrit– böyrəyin kasa-ləyən sistemini zədələyən xəstəlikdir;
  • Böyrəkdə daş – kimyəvi tərkibi və ölçüsünə görə fərqlənən müxtəlif konkrementlərin əmələ gəlməsi ilə xarakterizə olunur;
  • Prostat adenoması – vəzin düyünlü böyüməsinə 40 yaşından yuxarı kişilərdə rast gəlinir;
  • Uroloji orqanların onkoloji xəstəlikləri, anadangəlmə qüsurları və travmaları.

Uroloq kimdir? foto 1

Uroloq həkimlər dar ixtisaslara malik ola bilər: 

  • Uroginekoloji xəstəliklərlə məşğul olan;
  • Kişi xəstəliklərini müalicə edən;
  • Uşaq uroloqu;
  • Cərrah-uroloq;
  • Uroloq-onkoloq.

Cərrah-uroloq kimdir?

Bu həkim xəstəni müayinə edir və göstəriş olduqda bəzi cərrahi əməliyyatları aparır. Aşağıdakı hallarda cərrahi müdaxilə lazım gəlir:

  • Sidik-cinsiyyət sistemində yad cisim və ya müalicəyə tabe olmayan daşların olması;
  • Orqanların anadangəlmə və ya qazanılmış qüsurları.

Onkoloq-uroloq kimdir?

Bu həkimlərin xidmətləri çox lazımlı və önəmlidir. Onlar adətən 3 qrup xəstəlikləri müalicə edirlər:

  • Böyrəyin şişləri;
  • Sidik-ifrazat orqanlarına digər sistemlərdən yayılmış metastazlar;
  • Sidik kisəsinin xərçəngi.

Uroloq kimdir və onun müayinəsi necə keçir?

Xəstənin cinsindən asılı olaraq müayinə tərzi dəyişə bilər. Belə ki, kişilərdə aşağıdakı üsullar tətbiq olunur:

  • Xayalığa ümumi baxış və xayaların palpasiyası (əllə yoxlanılması);
  • Qasıq nahiyəsinin limfa düyüynlərinin fiziki müayinəsi;
  • Cinsiyyət orqanlarının yaxınlığındakı dəri qatına baxış;
  • Prostat vəzinin rektal müayinəsi;
  • Penisin forma və ölçüsünün dəyərləndirilməsi;
  • Palpasiya metodu ilə böyrəklərin vəziyyətinin qiymətləndirilməsi.

Qadınlara baxış:     

  • Sidik kanalının dəyərləndirilməsi;
  • Böyrəklərin və sidik kisəsinin palpasiyası.

Uroloq kimdir? foto 1

Uroloq kimdir və o, hansı analizləri təyin edir?

Xəstənin vəziyyəti haqqında tam məlumat almaq məqsədilə laborator və instrumental analizlərə ehtiyac yaranır. Urologiyada əsasən aşağıdakı analizlərə təyinat verilir:

  • Qanın ümumi və biokimyəvi analizi;
  • Qanda testosteronun konsentrasiyası;
  • Onkomarkerlərin təyini;
  • Sidik kanalından götürülən yaxmanın yoxlanılması;
  • Sidiyin ümumi analizi;
  • Spermaqramma;
  • Sidik kisəsinin sistoskopiyası;
  • uroloji USMvə MRT.

Gələcəkdə ağırlaşmalarla qarşılaşmamaq üçün ilkin simptomlar izlənildikdə mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Uroloq kimdir və bu həkimlərin qadınlara tövsiyələri

  • Soyuqlamadan qorunun. Fəsilə görə geyinin. Yayda soyuq suda çimməyin. Tərlədikdə paltarınızı dərhal dəyişin;
  • Zərərli vərdişlərinizdən əl çəkin;
  • Keyfiyyətli qidalanın;
  • Aralıq və kiçik çanaq əzələlərini möhkəmləndirən gimnastik hərəkətlər edin.

Uroloq kimdir və bu mütəxəssisin kişilərə məsləhətləri

  • Yuxu rejiminə fikir verin;
  • İdmanla məşğul olun;
  • Düzgün qidalanın;
  • Cinsi həyatınızı nizamlayın;
  • Alt paltarlarınızın təbii materiallardan hazırlanmasına diqqət yetirin;
  • Şəxsi gigiyena qaydalarına əməl edin.

Xülasə

Bu məqalədə uroloq kimdir sualına cavab verməyə çalışdıq. Sizin üçün faydalı olacağına ümid edirik.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir