Prostatitin müalicəsi

24 Oktyabr 2019 Kateqoriya: Androloji xəstəliklər Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 709
Prostatitin müalicəsi şəkil
Rate this post

Prostatitin müalicəsi iltihabi prosesin kəskin və ya xroniki formada gedişindən asılıdır. Xəstəliyin törədicisi nəzərə alınmaqla ona qarşı antibiotiklər tətbiq edilir. Kəskin prostatitdə təyin olunan antibiotiklər qısa zaman ərzində öz təsirini büruzə verir.

Prostatitin müalicəsi – antibiotik seçiminə dair nüanslar

Kəskin prostatit zamanı antibiotik seçərkən bəzi mühüm faktorları nəzərə almaq lazımdır. Belə ki:

  • Amoksisiklin istisna olmaqla beta-laktam və aminoqlikozidlərin prostat vəzi sekretinə (şirəsi) və toxuma daxilinə nüfuz etməsi zəifdir.
  • Flüorxinolon qrupu (xüsusilə moksifloksasin, levofloksasin, sparfloksasin) toxuma daxilinə və prostat şirəsinə asanlıqla keçir. Bu səbəbdən onların təsiri daha yüksəkdir.

Xəstələrdə hematoprostatik baryerin (prostat baryerinin) keçiriciliyi zəiflədiyindən kəskin prostatitin müalicəsi zamanı iltihabın törədicisini tez və effektiv şəkildə məhv edən antibioktiklərə üstünlük verilməlidir.

Prostatitin müalicəsi şəkil 1

Prostatitin müalicəsi – medikamentoz (dərman) üsul

Kəskin prostatit zamanı intoksikasiya, qızdırma və ümumi vəziyyətinin ağırlığı ilə əlaqədar təcili hospitalizasiya və antibiotiklərin venadaxili yeridilməsi göstərişdir. Yüngül formalarda xəstə ambulator şəraitdə də müalicə oluna bilər. Belə pasiyentlərə yataq rejimi məsləhət görülür. Prostatitin dərman müalicəsi aşağıdakı vasitələrlə həyata keçirilir:

  • Analgetiklər;
  • Antipiretiklər (qızdırma salan dərmanlar);
  • İltihabəleyhinə preparatlar;
  • Venadaxili hidratasiya (fizioloji məhlulun yeridilməsi);
  • Diuretiklər (sidikqovucular);
  • İşlədicilər;
  • Spazmolitiklər;
  • Antibiotiklər;
  • Alfa-blokatorlar.

Xəstələrə maye qəbulunu artırmaq tövsiyə olunur.

Prostatitin müalicəsi foto 2

Prostatitin müalicəsi – cərrahi yol

Uzun illər boyu prostatitin müalicəsi məqsədilə cərrahi manipulyasiyalar göstəriş sayılırdı. Hazırda isə radikal metodlara tələbat o qədər də yüksək deyil.

Prostat vəzin transuretral rezeksiyası

Əməliyyatın mahiyyəti sidik kanalına təzyiqi azaltmaq məqsədilə vəzin hissəvi və ya tamamən kəsilməsindən ibarətdir. Nəticədə iltihab əlamətləri azalır, ağrı tədricən itir, tezləşmiş sidik ifrazı normaya düşür. Əməliyyat rezektoskop vasitəsilə qapalı formada aparılır.

Prostatektomiya

Vəzin açıq yolla, yəni klassik cərrahi üsulla xaric edilməsidir. Reabilitasiya müddəti uzun çəkir. Bu cərrahi metod impotensiyaya səbəb olur.

Minimal invaziv metodlar – transuretral mikrodalğalı termoterapiya  

Yüksək temperatur vasitəsilə böyümüş prostat vəzinin ölçülərinin kiçilməsi əldə olunur. Cərrahi müdaxilə minimal ağrı hissi ilə müşayiət olunur.

Kriodestruksiya

Maye azotun köməkliyilə iltihablaşmış toxuma kəsilir.

Lazer üsulu xroniki prostatitin müalicəsi üçün daha uyğundur. Maqnitolazer induktoterapiya – maqnit və lazerin kompleks təsirinə əsaslanır. Bu metod qan dövranına müsbət təsir göstərir, dərmanların təsirini gücləndirir, toxumaların sağalmasını sürətləndirir.

Sidik kanalının ballon dilatasiyası

Ucunda şar (balon) olan xüsusi kateteri sidik kanalına yeritməklə, daralmış hissə genişləndirilir. Bu, əlamətlərin aradan qalxmasına səbəb olur.

Prostatitin müalicəsi foto 4

Prostat vəzin müalicəsi – masaj

Prostat vəzin massajı digər müalicə metodları ilə birgə təyin olunur. Bu üsul qan dövranını gücləndirməklə, digər metodların təsirini yüksəldir.

Xülasə

İstər kəskin, istərsə də xroniki prostatitin müalicəsi məqsədilə özbaşına antibiotik qəbul etmək qadağandır. Bu dərmanlar qaraciyər və böyrəklərdə toplandığından onları yalnız həkim məsləhəti ilə içmək lazımdır.

Həmçinin antibiotiklərə qarşı fərdi həssaslıq anafilaktik şoka (kəskin allergiya) səbəb ola bilər. O üzdən ancaq uroloq və və ya uroloq androloqun təyin etdiyi preparatlardan istifadə etmək məsləhətdir.   

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir