Varikosel haqqında

22 Oktyabr 2019 Kateqoriya: Varikosel Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 647
Varikosel haqqında foto
Rate this post

Varikosel – xayadan qan axınının pozulması ilə xarakterizə olunur. Çox vaxt yeniyetmə yaşda oğlanlarda inkişaf edir. Varikosel toxum ciyəsi venalarının genişlənməsindən əmələ gəlir. 97-98% hallarda sol tərəfdə aşkarlanır. Bu məqalədə varikosel haqqında geniş məlumat verəcəyik.

Varikosel xəstəliyi haqqında

Kişi orqanizmində xayalar 2 əsas funksiyanı yerinə yetirir: testosteron hormonunun sintezi və spermatogenez (spermatozoidlərin əmələ gəlməsi). Elə məhz damar kələfi də bu proseslərlə əlaqəlidir. Venoz axında yaranan istənilən pozğunluq xayalardakı damarların genişlənməsinə gətirib çıxarır. Nəticədə cinsi vəzdə (xayada) qan dövranı pozulur.

Bəs niyə varikosel adətən sol tərəfdə yaranır?

Sol xaya venası sağa nisbətən uzundur. Bu damar xayadan sol böyrəyə keçərək, sol böyrək venasına birləşir. Sağ xaya venası daha qısa olub, aşağı ətraflardan qanı daşıyan kələfə açılır. Yuxarı sol venada təzyiq venoz axının pozulmasına səbəb olur.

Yeniyetməlik dövründə venoz damarlar böyüyən orqanizmin sürətinə çatmır. Buna görə də venalarda qanın hərəkət mexanizmi pozulur. Durğunluq yaranır.

Varikosel haqqında foto 1

Varikosel haqqında – bu xəstəlik təhlükəlidirmi?

Əgər xəstəlik diskomfort yaratmırsa, onunla normal yaşamaq mümkündür. Lakin həyati vacib problem var. Belə ki, kişi sonsuzluğu varikoselin fəsadlarından biridir. Yəni xəstəlik müalicə olunmadıqda gələcəkdə sonsuzluq meydana çıxır.

Varikosel xəstəliyi haqqında – onun gedişatı

Bir qayda olaraq xəstəlik simptomsuz keçir, şikayətlər olmur. Bəzən xayada ağırlıq və diskomfort hissi yaranır. Adətən bu patologiya yeniyetmələrin profilaktik müayinəsində və ya hərbi tibbi komissiyada aşkarlanır. Bir sıra hallarda xəstə özü xayalığın böyüməsini aşkar edir.

Varikosel haqqında foto 2

Varikosel haqqında – xəstəlik necə müalicə olunur?

Müalicə adətən cərrahi yolla həyata keçirilir. Ancaq qorxu və narahatlığa əsas yoxdur. Çünki hər zaman əməliyyat lazım gəlmir. Əməliyyata mütləq göstərişlər aşağıdakılardır:

  • xayada ağrı hissi;
  • 6-18 ay ərzində xəstənin dinamiki müayinəsində patoloji xayanın ölçülərinin kiçilməsi;
  • spermaqrammada dəyişikliklər.

Cərrahi əməliyyat əksərən az travmatik yolla aparılır. Bu üsulun üstünlükləri az ağrılı olması, tikiş izinin qalmaması, varikosel əməliyyatından sonra bərpa dövrünün qısalığıdır.

Son olaraq varikosele haqqında daha bir məlumatı nəzərinizə çatdırmaq istərdik. Varikosele tədricən inkişaf edən və ağırlıq dərəcələrinə bölünən xəstəlikdir. Əməliyyatdan sonra residiv (geri qayıtma) ehtimalı da mövcuddur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir