Sistit üçün antibiotik

31 Oktyabr 2019 Kateqoriya: Sistit Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 5509
Sistit üçün antibiotik foto
5/5 - (1 vote)

Sistit – sidik kisəsi divarının selikli qişasının iltihabıdır. Xəstəlik əsasən bakterial mənşəli olduğundan adətən müalicə məqsədilə sistit üçün antibiotik təyin edilir.

Sistitin müalicəsi

Sistit xəstəliyi birdəfəlik müalicə oluna bilərmi? Bu sual sistitdən, xüsusilə də onun xroniki formasından əziyyət çəkən insanların tez-tez verdiyi suallardandır. Cavab isə bəsitdir. Əgər sistitin müalicəsinə vaxtında başlanılarsa, tam sağalma mümkündür.

Müalicə uroloq tərəfindən aparılmalıdır. Bir qayda olaraq həkim kompleks müalicə təyin edir. Medikamentoz, yəni dərman ilə yanaşı qida, yataq, su rejiminə diqqət etmək lazımdır. Belə ki, gündə 2-2.5 litr su içmək, alkoqol, kofe, qızardılmış, hisə verilmiş qidalar, duzlu, turş, konservləşdirilmiş məhsullardan imtina etmək müalicənin bir hissəsidir.

Sistit üçün antibiotik foto 1

Qadınlarda sistit üçün antibiotik

Qadınlarda xəstəliyin müalicəsində hospitalizasiya zəruri deyildir. Qarnın aşağı hissəsinə isidici torba (qrelka) qoymaq, cinsi əlaqəni təxirə salmaq simptomları azaltmağa kömək edir. Müalicənin əsasını aşağıdakı dərman preparatları təşkil edir:

  • Penisillin qrupu;
  • Tərkibində xanımotu olan şamlar.

Hamilələrdə sistitin müalicəsi

Hamiləlikdə əksər antibiotiklərin istifadəsi qadağan olduğundan xəstəlik yayılıb ağırlaşaraq, böyrək iltihabı, hətta vaxtından əvvəl doğuşla nəticələnə bilər. İnfeksion sistit və hamiləliyin yanaşı getməsi həkimləri çətinliyə salan ən önəmli məsələdir. Çünki belə hallarda həm döl, həm də ananın sağlamlığına ziyan dəyə bilər.

Vəziyyətdən çıxış yolu kimi mümkün qədər təhlükəsiz preparat seçilməlidir. Bunun üçün ağrıkəsici və antixolinergik vasitələrdən istifadə edilir. Antixolinergik preparatlar sidik kisəsinin əzələ qişasının relaksasiyası üçündür. Hamilələrə sistit üçün antibiotik qismində nisbətən təhlükəsiz sayılan Monural təyin edilir. Doğuşdan sonra isə südverən analara Kanefron məsləhət görülür.

Kişilərdə sistit üçün antibiotik

Sistitin müalicəsi kişilərdə daha kəskin gedişatlıdır. Bu səbəbdən bəzən hospitalizasiya lazım gəlir. Kişilərə aşağıdakı preparatlar tətbiq olunur:

  • Flüorxinollar – Nolisin, Sifraks, Sifrolet A;
  • Nitrofuranlar -Furadonin;
  • Sefalosporin qrupu.

Sistit üçün antibiotik foto 3

Uşaqlarda sistitin müalicəsi

Uşaqların müalicəsi mütləq şəkildə həkim nəzarəti altında aparılmalıdır. Körpələrə özbaşına antibiotik vermək qadağandır. Uşaqlara xəstəliyin kəskin formasında uroseptiklər, analgetiklər, antibakterial preparatlar təyin edilir. Valideynin vəzifəsi həkimin yazdığı tövsiyələrə ciddi şəkildə əməl etməkdən ibarətdir.

Sistit üçün antibiotik və digər qrupdan olan dərmanlar

Həm böyüklər, həm də uşaqların müalicəsində antibiotiklər, iltihabəleyhinə dərmanlar, immunostimulyatorlardan istifadə olunur.

Sistit üçün ən çox tətbiq edilən antibiotik dərmanlar:

  • Furadonin
  • Levomisetin
  • Furagin
  • Seforal
  • Nolisin
  • Furamaq
  • Palin
  • Monural

Sistit üçün antibiotik şəkil 5

İlk üçlük sistitin müalicəsində uzun illərdir sınaqdan keçmiş və öz aktuallığını indiyə qədər itirməyən dərmanlardır. Onlara daha ətraflı nəzər yetirək.

Geniş spektrli mikrobəleyhinə preparatlar – Furagin və Furadonindir. Müalicə kursu 10 gündür. Dərmanlar yeməkdən sonra içilir. Kəskinləşmələr zamanı ilkin yardım qismində də çox effektlidirlər. Preparatların çatışmayan cəhəti yan təsirlərinin çox olmasıdır.

Furamaq yalnız müalicə deyil, profilaktika məqsədilə də istifadə olunur. Preparat kapsul şəklində buraxılır. Furamaq geniş spektrli mikrobəleyhinə vasitə olub, sidiyin turşuluq göstəricisini dəyişmir. Mikroorqanizmlərdəki biokimyəvi prosesləri ləngidir və onların hüceyrə qılafını məhv edir. Yanaşı olaraq, immun sistemi aktivləşdirir.

Müasir uroseptiklərin ən effektiv nümayəndəsi Palin hesab olunur. Preparatın şam, kapsul və tablet formalarına rast gəlinir. Palin sidik-cinsiyyət orqanlarının digər xəstəliklərində də müsbət nəticələr verir. Onun geniş spektrli bakterisid (bakteriyaları məhv edən) təsiri vardır.

Sistit üçün antibiotik sayılan Seforal xüsusi qranul şəklində buraxılır. Bu qranullar solyutabdır, yəni suda həll olur. Preparat çiyələk dadına malikdir. Dərman qəbulunun yeməklə əlaqəsi yoxdur.

Sistit üçün antibiotik sırasında ideal preparat Monural suda həll olan toz və tablet şəklində buraxılır. Müasir dərmandır. Onun əlavə mənfi təsirləri minimaldır. Monural tez təsir göstərir və orqanizmdən qısa müddətdə sorulur. Onun 1 tableti belə simptomların əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Xülasə

Sistit üçün dərmanların növləri və dozalanma qaydası yalnız uroloq tərəfindən təyin edilməlidir. Özbaşına antibiotik alıb içmək sağlamlığa ciddi ziyan vura bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir