Böyrək iltihabının müalicəsi

01 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3629
Böyrək iltihabının müalicəsi foto 1
4.8/5 - (22 votes)

Nefrit – böyrəyin müxtəlif mənşəli iltihabi xəstəliyidir. Onun daha lokal forması olan pielonefrit kasa-ləyən sisteminin, böyrək parenximasının qeyri-spesifik iltihabı ilə xarakterizə olunur. Bu termin yunan mənşəlidir: “pielo” – ləyən, kasa, “nefro” isə böyrək deməkdir. Pielonefritin 2 forması vardır: kəskin və xroniki.

Böyrək iltihabının müalicəsi onun simptomatikasından, törədicidən (mənşəyindən) və formasından asılıdır. Kişi və qadınlarda müalicə sxemi bir qədər fərqlənir. Xəstəliyin diaqnostikasında laborator (qan və sidiyin ümumi analizi) və instrumental üsullardan (USM, KT) istifadə olunur.

Böyrək iltihabının müalicəsi foto

Böyrək iltihabının – pielonefritin müalicəsi

Pielonefritin terapiyası kompleks şəkildə aparılır. Müalicə medikamentoz üsulları və fizioterapiyanı özündə birləşdirir. Kəskin pielonefritdə sağalma prosesini sürətləndirmək üçün antibiotiklər təyin olunur. Müalicənin uğurla nəticələnməsi və prosesin, yəni bakteriyanın antibiotikə öyrəşməməsi məqsədilə preparatlar tez-tez dəyişdirilir.

Antibiotiklərlə yanaşı uroloq orqanizmin infeksiyalara qarşı müqavimətini artırmaq və xəstəliyin xroniki mərhələyə keçməsinin qarşısını almaq üçün pasiyentə immunomodulyatorlardan istifadə etməyi məsləhət görür. İmmunitetin gücləndirilməsində polivitaminlər də effektiv vasitə sayılır.

Xroniki pielonefritin müalicə sxemi xəstəliyin kəskin formasının müalicə sxemindən cüzi fərqlənir. Böyrək iltihabının xroniki formasının müalicəsi aşağıdakı məqsədləri daşıyır:

  • Sidik axınını çətinləşdirən səbəbin aradan qaldırılması;
  • Böyrəkdə sidik ləngiməsinin qarşısının alınması;
  • Orqanizmin immunitetin yüksəldilməsi.

Terapiya davamlı remissiyanın əldə olunmasına yönəldilir. Bəzən buna 1 il lazım olur. İlkin antibiotik kursu 6-8 həftə davam edir. Böyrəkdə iltihabi prosesi azaltmaq və ağırlaşmanın qarşısını almaq üçün 9 həftə tələb olunur.

Böyrək iltihabının müalicəsi foto 2

Böyrək iltihabının müalicəsi bu hallarda uğurlu sayılır:

  • sidik axını normallaşmışdır;
  • sidik və qan analizinin göstəriciləri optimal səviyyədədir;
  • bədən temperaturu 36.6ºC–dir;
  • ödem (şişkinlik) və arterial təzyiq azalmışdır.

Dərman müalicəsi qeyri-effektiv olduqda və xəstənin vəziyyəti yaxşılığa doğru dəyişməyib, əksinə daha da pisləşdikdə əməliyyata ehtiyac yaranır. Bir qayda olaraq irinli pielonefrit və ya abses zamanı cərrahi müdaxilə edilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, aşağıdakı tip cərrahi manipulyasiyalar tətbiq edilir:

Sidik-ifrazat sistemin anatomik xüsusiyyətləri ilə əlaqədar kişi və qadın orqanizminə infeksiya fərqli yollarla düşür. Böyrək iltihabının müalicəsi də buna uyğun aparılır.

Qadınlarda böyrək iltihabının müalicəsi

Terapiya sidik axınının bərpasına və böyrəkdəki iltihabi ocağın məhvinə istiqamətləndirilir. Qadınlara antibiotiklər və uroseptiklər təyin olunur.

Dərman preparatları ilə bərabər qida rasionunu yüngül karbohidratlar, süd məhsulları ilə zənginləşdirmək, maye qəbulunu artırmaq tövsiyə olunur. Kəskin böyrək iltihabının müalicəsi 10-14 gündür. Xroniki formada davamlı remissiya 6 həftəyə əldə edilir.

Böyrək iltihabının müalicəsi foto 4

Kişilərdə böyrək iltihabının müalicəsi

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün peroral (ağızdan), venadaxili, infuzion (sistem) şəklində antibiotiklər tətbiq edilir. Antibiotiklərdən başqa spazmolitiklər də müalicə sxeminə daxildir. Lazım gəldikdə sidik kisəsinin kateterizasiyası aparılır. Kateterdən sidikdə durğunluq zamanı istifadə edilir. Bu proses yalnız stasionar şəraitdə icra edilir. Kəskin fazadan çıxdıqdan sonra B qrup vitaminlər, askorbin turşusu, antioksidantlar (selen, E vitamini), sidikqovucu preparatlar qəbul edilir.

Ağır hallarda cərrahi əməliyyatlar həyata keçirilir. Pielonefritli xəstələrdə aşağıdakı əməliyyatlar aparılır:

  • böyrəyin dekapsulyasiyası – böyrəyin fibroz kapsulunun kəsilməsi;
  • pielostomiya – böyrək ləyənində sidiyin normal axması üçün fistul açılması;
  • nefropielostomiya – böyrək toxumasından ləyənin drenajı;
  • nefrektomiya – diffuz və yayılmış irinli proseslərdə böyrəyin xaric edilməsi.

Bununla yanaşı xəstəyə xüsusi pəhriz tövsiyə edilir. Remissiyadan (prosesin sönməsi) sonra il ərzində residiv (xəstəliyin qayıtması) baş verdikdə, xəstənin dispanser qeydiyyatını 3 ilə qədər artırırlar.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.8/5 - (22 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir