Böyrək ağrısı üçün nə etməli?

12 Noyabr 2019 Kateqoriya: Böyrək xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 20477
Böyrək ağrısı üçün nə etməli? foto
4.3/5 - (65 votes)

Böyrəkdəki proseslərin 70%-i əsasən ağrı simptomu olmadan keçir. Sadəcə böyrək daşı xəstəliyi və pielonefritdə kəskin ağrılar müşahidə edilir. Sancışəkilli ağrılara adətən daş sidik axarında və ya kanalda ləngidikdə, eləcə də sidik axınına maneə yarandıqda rast gəlinir.

Bəzən isə kiçik konkrementlər, qum şəklində duzlar fonunda arabir kəskinləşən ağrılar yaranır. Böyrək ağrısı üçün nə etməli? Məqalədə bu suala ətraflı və dəqiq cavab verilmişdir.

Böyrək ağrısı üçün nə etməli – tövsiyələr

Qızardılmış, yağlı və düzlü yeməkləri, hisə verilmiş qidaları gündəlik rasiondan çıxarın. Şirniyyatı məhdudlaşdırın. Gündə 2 litrdən artıq su və ya maye qəbul etməyin. Ən faydalı içkilər adi su, qazsız mineral sular və morslardır. Tərəvəz şirələrindən hazırlanmış kokteyllər də böyrəyin fəaliyyətinə müsbət təsir göstərir. Bu kokteylləri ev şəraitində asanlıqla hazırlamaq mümkündür.

Böyrək ağrısı üçün nə etməli – şirə reseptləri

¼ stəkan cəfəri şirəsi və 1 xörək qaşığı balın üzərinə stəkan dolana qədər qaynadılmış su tökün. Qarışığı gün ərzində için.

Çuğundur, kök, xiyar şirələrini bərabər nisbətdə qarışdırıb, sutkada 0.5 litrə qədər qəbul edin.

Mərcanı (klyukva) və mərcangilə (brusnika) şirəsini qarışdırıb, 2 bərabər hissəyə bölün. Gün ərzində için.

Böyrək ağrısı üçün nə etməli? foto 1

Böyrəyin ağrısı üçün nə etməli – effektiv və tez təsir edən metod

Uroloqun təyinatı olmadan özbaşına dərman içmək olarmı? Əgər təhlükəsiz dərmanlardan söhbət gedirsə, bəli, olar. Məsələn, No-şpa, Papaverin və bitki əsasında olan Kanefron bu tip preparatlardan sayılır. Kanefron məhlul və tablet şəklində buraxılır.

Həmçinin aptekdən quru ot qarışıqlarını əldə etmək mümkündür. Lakin burada bir məqam da var. Hətta ən təhlükəsiz və zərərsiz dərmanlar, fitopreparatlar insanda allergik reaksiya törədərsə, bu hal bəzən xəstəliyin özündən də qorxulu ola bilər. Bu səbəbdən dərmanın həkim təyinatı əsasında qəbulu məsləhətdir.

Böyrək ağrısı üçün nə etməli? foto 2

Böyrək sancısı zamanı ilk yardım

Böyrək daşı sancısı tutmaşəkilli ağrı olub, böyrəkdən sidik axınının kəskin və ani ləngiməsi, eləcə də kəsilməsi nəticəsində əmələ gəlir.

Bu zaman beldə sidik axarı boyu qasığa və cinsi orqanlara yayılan ağrılar, sidik ifrazının tezləşməsi, ürəkbulanma, qusma müşahidə edilir.

Belə vəziyyətlərdə yataq və istirahət rejimi tələb olunur. Bel nahiyəsinə isti su torbası (qrelka) qoyub, 10-15 dəqiqə saxlamaq tövsiyə edilir.  Eyni zamanda ağrıkəsici və və ya spazmolitik dərmanlardən istifadə etmək gərəkdir:

Spazmolitiklər: əzələdaxili 0.1%-li 1 ml Atropin məhlulu, 0.2%-li 1 ml Platifillin, 2%-li 2 ml Papaverin, 2%-li 2 ml No-şpa məhlulu.

Ağrıkəsicilər: 50%-li 1 ml Analgin, 1%-li 1 ml Promedol, 2%-li 1 ml Omnopon.

5 ml dozada Baralgin böyrək ağrısı üçün ən yaxşı preparatlardan hesab olunur. Ona allergik reaksiyası olan xəstələrdə bu dərmanın istifadəsi əks-göstərişdir.

Xülasə

Böyrəyin ağrısı üçün nə etməli sualı ilə qarşılaşan insanlara kəskin sancı zamanı təcili yardım çağırmaq məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (65 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir