Erkən boşalma – eyakulyasiyanın, yəni sperma ifrazının normadan tez baş verməsidir. Erkən boşalma cinsi disfunksiyanın ən çox yayılmış formasıdır. Ölkəmizdə kişilərin 25%-i bu problemdən əziyyət çəkir. 18-30 yaş kişilərdə normal eyakulyasiya vaxtı 8-12 dəqiqədir.
Cinsi orqanın pülük yüyəninin uzun olması. Penis başının yuxarı səthi aşağı tərəflə müqayisədə bir qədər uzundur. Bu üzdən pülük yuxarı hissədə daha uzun olub, alt tərəfdən yüyən vasitəsilə penis başının aşağı səthi ilə bitişir. Problemin həlli məqsədilə yüyəni plastik əməliyyat edirlər. Cərrahi müdaxilədən 1 ay sonra artıq erkən boşalma müşahidə olunmur.
Həkim ilk öncə pasiyentin anamnezini (xəstəlik haqqında məlumat) toplayır. Daha sonra onu laborator və instrumental müayinələrdən keçirir. Nəticələr normal olduqda xəstə psixoloqa yönləndirilir.
Lidokain testi
Əməliyyata göstərişin olub-olmadığını dəqiqləşdirmək üçün 10%-li lidokain məhlulundan və ya Emla kremindən istifadə edilir. Testin 2 forması vardır: selektiv (hissəvi) və tam. Test ev şəraitində həkimin iştirakı olmadan yoxlanılır.
Selektiv lidokain testi. İntim yaxınlıqdan öncə penis başının pülük (sünnət yeri) və yüyən hissəsinə hissiyyat tam itənə qədər yuxarıda adı çəkilən krem ya da məhlul çəkilir. Daha sonra qoruyucu (prezervativ) ilə cinsi akt yerinə yetirilir. Cinsi əlaqənin davamlılığını, ereksiyanın (penisin sərtləşməsi) keyfiyyətini yoxlayıb, qeyd etmək lаzımdır. Test bir neçə dəfə təkrarlanmalıdır. Cinsi əlaqənin vaxtı uzandıqda cərrahi müdaxilə göstəriş sayılır.
Tam lidokain testi. Əgər selektiv testdə cinsi aktın müddəti nisbətən uzanıbsa tam lidokain testi aparılır. Penisin başının bütün hissəsinə məhlul və ya krem çəkilir. Test müsbətdirsə penis başının denervasiyası (sinirlərinin bərpa olunması) əməliyyatı keçirilir.
Erkən boşalma necə müalicə olunur?
Erkən boşalmanın müalicəsi medikamentoz (dərman) və cərrahi yolla aparılır. Ehtiyac yarandıqda xəstəyə psixoterapiya tətbiq olunur.
Erkən boşalma üçün dərmanlar
Bəzi kişilər bu vəziyyətdə anestetik dərmanlar (keyləşdiricilər) tətbiq edirlər. Lakin bu preparatlar qarşı tərəfdə də hissiyatın itməsinə səbəb olduğuna görə həkimlər tərəfindən məsləhət görülmür.
Erkən boşalma üçün dərmanlar kateqoriyasına nə qədər qəribə olsa da antidepressantlar – fluoksetin, prozak, paroksetin, paksil, sertralin (zoloft), deprivoks daxildir. Lakin bu preparatların bir çox əks-göstərişi və mənfi təsiriləri vardır. Onlardan özbaşına istifadə etmək qadağandır.
Erkən boşalmanın müalicəsi həm də cərrahi yolla aparılır. Əməliyyatın məqsədi penis başının sinir təchizatının bərpa olunmasından ibarətdir. Bu əməliyyat selektiv, yəni hissəvi və tam denervasiya olmaqla 2 tipə bölünür.
Erkən boşalma və psixologiya
Bəzən erkən boşalma sırf psixoloji faktorlarla və partnyorların bir-birini anlamaması ilə əlaqəli olur. Bu zaman hər iki tərəfin psixoloqla danışması vacibdir.
Psixoloq cütlüyün problemini araşdıraraq, onun həlli məqsədilə terapiya aparır. Bir neçə seans psixoterapiyadan sonra problem tamamən həll olunur.
Xülasə
Erkən boşalma əslində qorxulduğu qədər dəhşətli və müalicəsi olmayan bir problem deyil. Hətta bunu təkbaşına xəstəlik adlandırmaq da olmaz. Bu sadəcə olaraq cinsi disfunksiyanın bir formasıdır. Vaxtında uroloq-androloqa müraciət və aparılan müalicə bu məsələni kökündən həll edir.